AzMİU əlavə təhsil (təkrar ali təhsil) almaq üçün tələbə qəbulu elan edir
Əlavə ixtisas təhsili əyani və qiyabi təhsil formalarında həyata keçirilir. Əlavə 2-ci ixtisas təhsili almaq üçün əvvəlki ali təhsili və ya hal-hazırda (bir ildən az olmayaraq) işlədiyi vəzifəsi seçdiyi ixtisasa uyğun gələn şəxslər qəbul oluna bilərlər. Bu şərtlərin ödənilməsi təhsil müəssisəsində müsabiqə komissiyası tərəfindən müəyyən edilir.
Təkrar ali təhsil üçün sənəd qəbulu 03-31 avqust tarixlərində və yalnız onlayn formada http://kabinet.azmiu.eu ünvanı vasitəsilə həyata keçrilir.
Təkrar ali təhsil almaq istəyənlər aşağıdaki sənədləri təqdim etməlidirlər:
- Təhsil müəssisəsi rəhbərinin adına ərizə;
- Ali təhsili haqqında sənədin (diplomun) surəti və qiymət kitabçasından çıxarış (diploma əlavə, 3 nüsxə) ;
- əmək kitabçasından çıxarış;
- iş yerindən xahişnamə-xasiyyətnamə;
- 4 ədəd 3x4 fotoşəkil;
- Şəxsiyyət vəsiqəsinin surəti (3 nüsxə).
- Sağlamlıq haqqında arayış
Qeyd: Özəl və ya xarici aıi məktəbləri bitirmiş məzunlar diplomun tanınıması barədə sənəd təqdim etməlidir
Əlavə ixtisas alanların təhsil xərclərinin miqdarı və müvafiq ixtisas üzrə əyani formada təhsil alan bir tələbəyə sərf edilən illik ödənişindən az olmamaqla ali (orta ixtisas) təhsil müəssisəsinin özü tərəfindən müəyyən edilir və bütün təhsil müddəti ərzində sabit saxlanılır.
Memarlıq fakültəsi (əyani təhsil)
• Memarlıq
• Dizayn
• Şəhərsalma
Aşağıda adları sadalanan ixtisaslar üzrə təhsil əyani və qiyabi formada həyata keçirilir.
İnşaat fakültəsi
• İnşaat mühəndisliyi
Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsi
• Kommunikasiya sistemləri mühəndisliyi
• Meliorasiya mühəndisliyi
• Ekologiya mühəndisliyi
• Neft-qaz mühəndisliyi
• Elektrik və elektronika mühəndisliyi
Nəqliyyat fakültəsi
• Yer quruluşu və daşınmaz əmlakın kadatrı
• Geomatika və geodeziya mühəndisliyi
• Nəqliyyat mühəndisliyi
• Nəqliyyat tikintisi mühəndisliyi
• Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi
İnşaat-texnologiya fakültəsi
• Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi
• Sənaye mühəndisliyi
• Materiallar mühəndisliyi
Tikinti-iqtisad fakültəsi
• İqtisadiyyat
• Biznesin idarə olunması
• Menencment
• Marketinq
Mexanika və İnformasiya texnologiyaları fakültəsi
• İnformasiya texnologiyaları
• Maşin mühəndisliyi
• Mexanika mühəndisliyi
• Prosseslerin avtomatlaşdrması mühəndisliyi
Təkrar ali təhsil ilə bağlı onlayn müraciət
Əlaqə:
E-mail: [email protected]
[email protected]
Tel: (+994 12) 539 07 45; 538 92 79