AzMİU-da ötən həftə 11425 iş qiymətləndirilib

      Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) payız semestrinin imtahan sessiyası bakalavriat və magistratura səviyyələrində uğurla davam edir.
       Zoom platforması üzərindən keçirilən imtahanlarda bütün tələbələr aktiv iştirak edir. İmtahanların gedişini AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova, prorektorlar yaxından izləyirlər.
      11-16 yanvar 2021-ci il tarixlərində ümumilikdə imtahanda 11425 iştirak qeydə alınıb. Bunlardan 1-ci kurslardan 2951, 2-ci kurslardan 2599, 3-cü kurslardan 2884, 4-cü kurslardan isə 2991 tələbə üçün imtahan təşkil edilib. İmtahan prosesini pozan və qoyulan qaydalara riayət etməyən tələbələr imtahandan kənarlaşdırılıb.
       Qeyd edək ki,  AzMİU-da imtahan sessiyasının mövcud qaydalara uyğun təşkili, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması istiqamətində bütün tədbirlər görülüb. Universitetdə sessiyanın gedişinə nəzarət edilməsi və imtahan prossesi ilə bağlı şikayətlərin araşdırılması məqsədi ilə   İmtahan Qərərgahı, imtahanların qiymətləndirilməsi ilə bağlı şikayətlərin baxılması üçün isə AzMİU-nun rektorluğu yanında Münaqişə Komissiyası yaradılıb. 

21-01-2021