“Azərbaycan universitetlərində keyfiyyətə nəzarət mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi EQAC” layihəsi çərçivəsində növbəti təlim

     Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMIU) müəllimlər üçün “Azərbaycan universitetlərində keyfiyyətə nəzarət mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi EQAC” layihəsi çərçivəsində silsilə tədbirlərindən biri keçirilib.

     “Tələbə yönümlü təhsil”, “Avropa təhsil məkanında AST standartları”, “Mənimsəmə nəticələri və kompetensiyalar”, “Tədris və qiymətləndirmə” adlı sessiyalar zamanı AzMİU əməkdaşlarının fərdi tədris metodları tədbir iştirakçılarının diqqətinə çatdırılıb.  Tədbiri AzMİU-nun Strateji planlaşdırma şöbəsinin müdiri Türkan Əliyeva aparıb.

18-02-2020