AzMİU-da Tələbə Həmkarlar İttifaqı Komitəsinin                                         illik hesabat yığncağı keçirilib

                          AzMİU-da Tələbə Həmkarlar İttifaqı Komitəsinin 
                                       illik hesabat yığncağı keçirilib

          Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin  illik hesabat yığıncağı keçirilib. Tədbirdə  AzMİU-nun rektorluğu, dekanlarıyla yanaşı, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə və müxtəlif universitetlərin həmkarlar təşkilatlarının sədrləri də iştirak edib. 
         Tələbələr əsasən 5 istiqamət – ictimai işlər, vətənpərvərlik, idman, özfəaliyyət və media üzrə görülən işlər barədə hesabatları təqdim ediblər. Yığıncaq məruzələr ətrafında çıxışlarla davam edib. Çıxış edən komitə üzvləri məruzələrdə qeyd olunmuş məsələlərə münasibət bildirib, təkliflər irəli sürüblər. 
          İştirakçılar Həmkarlar İttifaqı Komitəsinin hesabat dövründəki fəaliyyətini qənaətbəxş qiymətləndirib, AzMİU THİK-in sədri Bayram Aslanov yığıncağın sonunda ictimai işlərdə fəallığı ilə seçilən tələbələri komitə rərəfindən mükafatlandırıb, tədbir iştirakçılarına uğurlar diləyib. 


 

29-12-2021