Additional education


Sənədlərin qəbulu 2024-ci il  may ayının 29-dan avqustun 31-dək aparılacaq.

Təkrar ali təhsilə sənəd qəbulu yalnız elektron qaydada azmiu.edu.az saytı vasitəsi ilə

( https://portal.edu.az/ ) həyata keçirilir.

Qeyd olunan ixtisaslara qəbul olmaq istəyənlər tələb olunan sənədləri elektron qaydada təqdim etdikdən sonra müvafiq  tələblərə cavab verdikləri halda təkrar ali təhsil hüququnu qazanacaqlar.

 Təkrar ali təhsili almaq üçün əvvəlki ali   təhsili və ya hal-hazırda işlədiyi vəzifəsi seçdiyi ixtisasa uyğun gələn şəxslər qəbul oluna bilərlər. Bu şərtlərin ödənilməsi təhsil müəssisəsində  müsabiqə komissiyası tərəfindən müəyyən edilir. 

QEYD: 1993-cü ildən sonra xarici ölkələrdə ali təhsil almış şəxslər yalnız diplomlarını mövcud qaydada Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tanındıqdan sonra universitetdə təkrar təhsil ala bilər.


Təkrar ali təhsil almaq istəyənlər aşağıdaki sənədləri təqdim etməlidirlər:

  •  Rektorun adına ərizə;
  • Ali təhsil haqqında sənədin (diplomun) notarial qaydada təsdiqlənmiş surəti (diploma əlavə ilə birlikdə);
  • Iş yerindən  Rektorun adına xahişnamə-xasiyyətnamə;
  • Əmək kitabçasının surəti (təsdiq olunmuş)
  • 3x4 proporsiyada rəngli fotoşəkil;
  • Şəxsiyyət vəsiqəsinin surəti .

Əlavə ixtisas alanların təhsil xərclərinin miqdarı və müvafiq ixtisas üzrə əyani formada təhsil alan bir tələbəyə sərf edilən illik ödənişindən az olmamaqla ali (orta ixtisas) təhsil müəssisəsinin özü tərəfindən müəyyən edilir və bütün təhsil müddəti ərzində sabit saxlanılır. 
Təkrar ali təhsil aşağıdakı ixtisaslar üzrə aparılır:

Memarlıq fakültəsi (əyani təhsil)

  • Memarlıq
  • Dizayn
  • Şəhərsalma

 

Qeyd: Aşağıda adları sadalanan ixtisaslar üzrə təhsil əyani və qiyabi formada həyata keçirilir.

 

İnşaat fakültəsi

  • İnşaat  mühəndisliyi
  • Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi
  •  Sənaye  mühəndisliyi
  • Materiallar  mühəndisliyi

   Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsi

  • Kommunikasiya sistemləri mühəndisliyi
  • Meliorasiya   mühəndisliyi
  • Ekologiya  mühəndisliyi
  • Neft-qaz   mühəndisliyi
  • Elektrik və elektronika mühəndisliyi

Nəqliyyat fakültəsi

  • Yer quruluşu və daşınmaz əmlakın kadatrı
  • Geomatika və geodeziya  mühəndisliyi
  •  Nəqliyyat mühəndisliyi
  • Nəqliyyat tikintisi mühəndisliyi
  • Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi

Tikinti-iqtisad  fakültəsi

  •  İqtisadiyyat
  •  Biznesin idarə olunması
  • Menencment
  • Marketinq

Mexanika və  İnformasiya  texnologiyaları fakültəsi

  • İnformasiya  texnologiyaları 
  • Maşin    mühəndisliyi
  • Mexanika  mühəndisliyi
  • Prosseslerin  avtomatlaşdrma  mühəndisliyi

Təkrar ali təhsil ilə bağlı onlayn müraciət

Ünvan: Bakı şəhəri, A.Sultanova 11, Azərbaycan Memarlıq və İnşaat Universiteti
Əlaqə: 
E-mail: 
[email protected]























11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]