AzMİU-da “Yaradıcı düşün və ideyanı yarat” mövzusunda Bootcamp keçirdib

AzMİU-nun İnnovativ Biznes İnkubator Mərkəzi “Yaradıcı düşün və ideyanı yarat” (Think creatively and generate ideas) mövzusunda Bootcamp keçirdib.

16 dekabr 2021-ci il tarixində Azərbaycan Memarlıq və İnşaat Universitetinin  İnnovativ Biznes İnkubator Mərkəzi (İBİ) və Böyük Britaniyanın London South Bank Universiteti (LSBU) ilə birlikdə  " Yaradıcı düşün və ideyanı yarat " mövzusunda onlayn formada Bootcamp keçirilib. Bootcamp 30 nəfərdən artıq müəllim və tələbə iştirak etmişdir. İBİ rezidentləri birbaşa mərkəzdən qoşulmuşdular. Təlimin spikeri Peter Harrington parlaq ideyanın yaradılması və generasiyası barədə maraqlı təqdimatı ilə müəllim və tələbə kontingentinin diqqətini cəlb etdi. Peter Harrington hər bir iştirakçıya yüksək motivasiyaya sahib olmağın və ideyanı təqdim edən zaman özündən əmin olmağın yollarını izah etdi.  
Təlimin sonunda mövzu ətrafında iştirakçılarla müzakirələr aparıldı və təlimçiyə çoxlu sayda suallar ünvanladı. 


 

23-12-2021