AzMİU-da Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə əlaqədar möhtəşəm bayaram konserti keçirilib

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə möhtəşəm bayram konserti təşkil edilib. 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə təşkil olunan tədbirdə universitetin rəhbərliyi, professor-müəllim heyəti və 1000-ə yaxın tələbə iştirak edib. 
AzMİU-nun tədris işləri üzrə prorektoru, professor Akif Qasımov çıxış edərək tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib və onlara fəaliyyətlərində uğurlar arzulayıb. Prorektor qeyd edib ki, 44 günlük Vətən müharibəsindən sonra ölkəmizin artan nüfuzu haqlı olaraq dünyanın dörd bir yanında yaşayan həmyerlilərimiz üçün ümid işığına çevrilib. 31 dekabr tarixinin önəminə diqqət çəkən Akif Qasımov hələ Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri olarkən ulu öndər Heydər Əliyevin dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, bu günü Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdiyini vurğulayıb. O, əlavə edib ki, zamanında atılan düzgün addım bu gün ölkəmizin daha da qüdrətlənməsinə xidmət edir. Prorektor çıxışının sonunda gəncləri hər zaman olduğu kimi bundan sonra da dövlət siyasəti ətrafında sıx birləşməyə çağırıb. 
Digər çıxış edənlər də tələbələri bayram münasibətilə təbrik ediblər, onlara uğurlar arzulayıblar. 
Çıxışlardan sonra TGT tərəfindən 2022-ci ildə göstərdikləri fəaliyyətlərə görə universitetin struktur rəhbərlərinin, fakültə dekanlarının və tələbələrin mükafatlandırılması olub. 
Rəsmi hissədən sonra “ToNİGHT MASK PARTY” adlı qala gecəsi təşkil olunub. 

29-12-2022