"Bir Könüllü" Təşkilatı qrant müsabiqəsi elan edir

"Bir Könüllü" Təşkilatı qrant müsabiqəsi elan edir

Prioritet istiqamətlər:

İnklüziv təhsil

İnnovativ təlim mühiti

Rəqəmsal bacarıqlar

Müsabiqənin əsas məqsədi tələbələr arasında təhsil sahəsində innovasiyaların və tədqiqatların stimullaşdırılması, prioritet İstiqamətlər üzrə təhsil müəssisələrində gənclərin fəaliyyətə cəlb edilməsi, rəqəmsal resursların inkişaf etdirilməsi və tətbiqi, eyni

zamanda, təhsil sahəsində maarifləndirmənin həyata keçirilməsidir.

Müsabiqənin şərtlərinə əsasən təqdim olunmuş layihələrin icra müddəti 1 aydan, məbləği isə 500 AZN-dən çox olmamalıdır. Qrant müsabiqəsində tələbələr və koordinatorlar iştirak etmək hüququna sahibdirlər.

Müsabiqə üçün müraciət etmək istəyən şəxslər layihəni və şəxsiyyət vəsiqəsinin skan olunmuş versiyası ilə birlikdə 12 iyun 2022-ci il,
saat 18:00-dək [email protected] elektron poçt ünvanına göndərməlidirlər. Layihə üçün müraciət forması:

https://bit.ly/3t80uZu

03-06-2022