“Creative Spark” layihəsi çərçivəsində London South Bank Universitetinin nümayəndələri AzMİU-nun müəllimlərinə təlimlər keçiblər [27.05.2022]

 Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) British Council tərəfindən həyata keçirilən “Creative Spark” layihəsi çərçivəsində Böyük Britaniyanın aparıcı universitetlərindən biri olan London South Bank Universiteti ilə 3 ildir ki əməkdaşlıq edir. “Creative Spark” Birləşmiş Krallığın dəstəyi ilə Mərkəzi Asiya ölkələrində (Qazaxıstan, Özbəkistan, Qırğızıstan), Cənubi Qafqaz ölkələrində (Azərbaycan, Gürcüstan, Ermənistan) və Ukraynada (ümumilikdə yeddi ölkədə) biznes bacarıqlarını və yaradıcı iqtisadiyyatı inkişaf etdirmək məqsədi ilə universitetlərarası və institusional əməkdaşlığı beynəlxalq səviyyədə dəstəkləmək üçün layihədir.
     Layihə çərçivəsində London South Bank Universitetinin nümayəndələri professor İssa Chaer, Struktur mühəndisliyi üzrə baş müəllimləri İvana Kraincanic və Luis Santos bu günlərdə AzMİU-da qonaq olublar, AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova ilə görüşüblər. Görüşdə BİM texnologiyası, Net Zero layihəsi, əməkdaşlığın gələcək inkişaf perspektivlərinə dair müzakirələr aparılıb. Sonra qonaqlar universitetin laboratoriyaları, oradaki avadanlıqlarla tanış olublar. 
     London South Bank Universitetinin nümayəndələri ingilis dilində dərs deyən müəllimlər üçün “Öyrənmə və tədris zamanı rəqəmsal bacarıqlardan istifadə” və “Sənaye əsaslı layihələr” adlı treyninqlər keçirib. 

01-06-2022