Əcnəbi tələbələrin təhsili dekanlığı

                 Əcnəbi tələbələrin təhsili dekanlığı

         Universitetdə  1976-cı ildən xarici ölkələr üçün kadr hazırlığı aparılır.Fəaliyyətə başladığı gündən dünyanın 60-a yaxın ölkəsindən (link :xarici məzunlar) 2500-dən artıq əcnəbi tələbə AzMİU-nu bitirmişdir.

1.Xəbərlər və elanlar

2. Əcnəbi vətəndaşların universitetə qəbulu  

       AzMİU-ya qəbul hər tədris ili sentyabr  ayının 01-dən 15-dək aparılır

Qəbul şərtləri:

      AzMİU-ya qəbul olunan əcnəbi vətəndaşlar üçün seçdiyi ixtisasa uyğun Hazırlıq fakultəsini bitirmək barədə  Şəhadətnamə vacibdir.

         Orta məktəb və ya universitet bitirmələri ilə bağlı azərbaycan.rus və ya ingilis dilində sertifikat (diplom) təqdim edən xarici vətəndaşlar  Hazırlıq fakultəsində təhsil almadan universitetin 1-ci kursuna qəbul ola bilərlər.

       Əcnəbi vətəndaşların   dil  səviyyəsi universitet üzrə yaradılan müsahibə komissiyasında yoxlanılır və uyğun gəldiyi halda universitetə qəbul rəsmiləşdirilir.

Qəbul sənədləri :

-müəssisəsinin rəhbərinin adına ərizə (elektron formada da təqdim edilə bilər)

(link ərizə)

-əvvəlki təhsil səviyyəsində keçdiyi fənlər və həmin fənlərdən aldıqları qiymətləri  göstərən və müvafiq qaydada leqallaşdırılmış təhsil haqqında sənəd (transkript);

- sağlamlıq ,o cümlədən QİÇS,Hepatit B və C viruslarının daşıyısı olmaması haqqında arayış;

-təhsil vizası qeyd olunmuş pasport surəti;

- 6 ədəd 3x4 ölçüdə foto;

-tədris dilindən imtahan verilməsi barədə sertifikat (Hazırlıq fakultəsində oxumayanlar üçün)

-fəxri təltiflər,sertifikatlar,diplomlar və bu kimi sənədlərin surətləri 

Sadalanan sənədlər azərbaycan dilinə tərcümə olunmalı və notarius tərəfindən təsdiq edilməlidir.

2019/2020-ci tədris ilində universitetdə əcnəbi vətəndaşlar üçün təsdiqlənmiş  təhsil haqları:(Qiymətlər ABŞ dolları ilə göstərilib. )

                                                                 Bakalavriat    

İxtisaslar

Əyani

Qiyabi

Memarlıq

2500

Digər ixtisaslar

2000

1800

Magistratura

Memarlıq

2500

Digər ixtisaslar

2000

1800

Doktorantura

Bütün ixtisaslar

3000

2500

Hazırlıq

Bütün ixtisaslar

1000

Dil kursları

700

Qeyd:Təhsil haqqı  Mərkəzi Bankın kursuna uyğun milli valyuta ilə ödənilir.

3.Azərbaycan Respublikasında təhsil almaq istəyən əcnəbi vətəndaşlar üçün ölkə ərazisinə daxil olma və ölkədə yaşama:

1.Azərbaycana giriş üçün viza tələb olunan ölkələrdən gələn  əcnəbi vətəndaşlar  üçün təhsil vizası vacibdir;

2.Əcnəbi vətəndaş universitetə qəbul olunduqda universitet tərəfindən ona təhsil müddətində hər il  1 illik müvəqqəti yaşamaq icazəsi alınır;

( Miqrasiya )

4.Tədris

Əcnəbi tələbələr universitetdə tədris olunan bütün  ixtisaslar üzrə bakalavriat, magistratura  və doktorantura səviyyələrində təhsil ala bilərlər (azmiu.edu.az)

5.Əlaqə:AzMİU-da əcnəbi tələbələrin qəbulu,təhsili ilə bağlı müraciət etmək olar:

Ünvan:Az 1073, Bakı, A. Sultanova küçəsi 11.
Tel: (+99412) 538 94 01
E-mail: Prorektor-ir@azmiu.edu.az

ettf@azmiu.edu.az    

Dekanlıq:
Dekan – Dosent   Sadıkov  Polad  Mamed oğlu
Tel: (+99412) 538 94 01
E-mail: ettf@azmiu.edu.az
 
Dekan müavini – Sərdarova   Kəmalə  Şəmsəddin  qızı
Tel: (+99412) 538 94 01
E-mail: kamasardarova@gmail.com  
 
Fakültə haqqında. Memarlıq fakültəsi öz köklü ənənələrinə görə universitetimizdə və memarlıq ixtisasını tədris edən digər ali məktəblər arasında həmişə seçilmişdir. Fakültə Memarlıq və dizayn ixtisasları üzrə bakalavr və magistr təhsili pilləsində mütəxəssislər hazırlayır. Fakültənin professor-müəllim heyətinin böyük əksəriyyəti memarlıq layihələndirilməsi- şəhərsalma, dizayn, abidələrin bərpası sahəsində respublikanın tanınmış mütəxəssisləri və alimləridir. Hal - hazırda fakültədə AMEA-nın 1 müxbir üzvü, 12 memarlıq doktoru, 17 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent öz dərin nəzəri və praktik biliklərini tələbələrimizlə paylaşır. Onlardan 2 nəfəri «Şöhrət» ordeni laureatı, 12 nəfəri respublikanın əməkdar memarı, 1 nəfəri isə Respublika Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülmüşdür.

Fakültənin 21 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent, baş müəllim və müəllim olmaqla 122 üzvü vardır.

Fakültədə təhsil. Fakültəyə daxil olmaq istəyən abituriyentlər qabiliyyət seçimindən sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul (test) imtahanlarında iştirak edir və universitetdə rəsm və rəsmxətdən qabiliyyət imtahanı verirlər.

Yaranma tarixi. Memarlıq fakültəsinin 90 ildən artıq yaşı vardır.

İlkin olaraq indiki Neft Akademiyasının nəzdindəki İnşaat fakültəsinin tərkibində Memarlıq bölməsi kimi mövcud olmuşdur. 1968-ci ildə inşaat fakültəsindən memarlıq bölməsinin ayrılması nəticəsində memarlıq fakültəsi yaradılmışdır. Memarlıq fakültəsində 2 istiqamətdə memarlıq və dizayn sahəsi üzrə tədris olunan fənlərin elmi-təcrübi fəaliyyətinin əsas məqsədi layihələndirmə prosesinin mənimsənilməsinə yönəldilmişdir. Fakültənin bakalaviatura, magistratura və doktorantura bölməsində hər bir istiqamətdə olan ixtisaslar üzrə kadr hazırlığı aparılır. Fakültəni bitirən mütəxəssislər memarlıq, şəhərsalma, ətraf mühitin dizaynı, tarixi abidələrin bərpası, dizayn və s. sahələrdə səmərəli fəaliyyət göstərirlər.