Qəbul qaydaları

Nəzərinizə çatdırırıq ki, Azərbaycan Memarlıq və İnşaat Universiteti tələbələri cəlb edən ŞİRKƏTLƏR VƏ TƏŞKİLATLARLA ƏMƏKDAŞLIQ EDİR!

Əcnəbi Vətəndaş Azərbaycan Memarlıq və İnşaat Universitetinə daxil olmaq üçün şəxsən və ya elektron şəkildə müraciət etməlidir.
Azərbaycan Memarlıq və İnşaat Universitetində tədris  Əcnəbi Vətəndaşların Hazırlığı fakültəsindən (ƏVHF) başlayır.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin Əcnəbi Vətəndaşların Hazırlığı fakültəsi xarici vətəndaşlara aşağıdakı ixtisaslar üzrə bir illik kurslar təklif edir:
  • Memarlıq, dizayn
  • Tikinti mühəndis
  • Tikinti – iqtisadiyyat
  • Kimya, biologiya, tibb, idman, kənd təsərrüfatı
  • Fizika - riyaziyyat
 Azərbaycan Memarlıq və İnşaat Universitetinin  Əcnəbi Vətəndaşların Hazırlığı fakültəsinə daxil olmaq üçün addımlar:
  • Tələb olunan sənədlərin skan surətlərini göndərmək.
  • Tələbə vizası almaq üçün əcnəbi vətəndaşın göndərdiyi mövcud sənədlər daxil olduqdan və universitetin aid olan bölümündə yoxlanıldıqdan sonra əcnəbi vətəndaşa Universitetin rəsmi dəvət məktubu göndərilir. Təhsil üçün Azərbaycana yalnız tələbə vizası ilə daxil olmaq olar. Bu, Azərbaycanla vizasız rejim tətbiq olunan ölkələrin vətəndaşlarına şamil olunmur. 
  • Müraciətin nəticəsi barədə məlumat 14 iş günü ərzində  alınır. 
  • Sonda Azərbaycan Memarlıq və İnşaat Universitetinin  Əcnəbi Vətəndaşların Hazırlığı fakültəsinə  şəxsən müraciət edib sənədlərin əslini təqdim etmək, ödəniş aparmaq və dərslərə başlamaq üçün sizə gün və vaxt təyin olunur. 
 Xarici vətəndaş ilə universitet arasında müqavilə bağlanır. Təhsil haqqı hər tədris ilinin əvvəlində tələbənin özü tərəfindən Təhsil Nazirliyinin təsdiq etdiyi məbləğdə ABŞ dolları ilə ödənilir. Əcnəbi tələbə hər hansı üzrlü və üzrsüz səbəbdən təhsilini davam etdirə bilmədiyi və ya davam etdirmək istəmədiyi halda, habelə yuxarıda göstərilən əsaslara görə universitetdən xaric olunduqda ödənilmiş təhsil haqqı qaytarılmır. Xarici vətəndaşın universitetə qəbul əmri verildiyi gündən o, universitetin tələbəsi statusunu alır.
Xarici tələbə kitabxana, idman kompleksi, tibbi xidmət, yataqxana, habelə ödənişli əsaslarla təhsil alan azərbaycanlı tələbələr  üçün müəyyən olunmuş digər hüquqlardan istifadə edir və xarici tələbə öz növbəsində:
  • təhsil müəssisəsinin daxili intizam qaydalarına riayət edir;
  • təhsil müəssisəsinin əmlakının korlanmasına yol vermir;
  • onun təqsiri üzündən təhsil müəssisəsinə vurulmuş zərər ödənilir.
Xarici tələbə hazırlıq fakültəsində təhsilini müvəffəqiyyətlə bitirdikdə, ona müvafiq ixtisas üzrə və təhsil aldığı dilə uyğun şəhadətnamə verilir  və müvafiq fakültənin 1-ci kursuna qəbul olunur.

Fakültə haqqında. Memarlıq fakültəsi öz köklü ənənələrinə görə universitetimizdə və memarlıq ixtisasını tədris edən digər ali məktəblər arasında həmişə seçilmişdir. Fakültə Memarlıq və dizayn ixtisasları üzrə bakalavr və magistr təhsili pilləsində mütəxəssislər hazırlayır. Fakültənin professor-müəllim heyətinin böyük əksəriyyəti memarlıq layihələndirilməsi- şəhərsalma, dizayn, abidələrin bərpası sahəsində respublikanın tanınmış mütəxəssisləri və alimləridir. Hal - hazırda fakültədə AMEA-nın 1 müxbir üzvü, 12 memarlıq doktoru, 17 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent öz dərin nəzəri və praktik biliklərini tələbələrimizlə paylaşır. Onlardan 2 nəfəri «Şöhrət» ordeni laureatı, 12 nəfəri respublikanın əməkdar memarı, 1 nəfəri isə Respublika Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülmüşdür.

Fakültənin 21 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent, baş müəllim və müəllim olmaqla 122 üzvü vardır.

Fakültədə təhsil. Fakültəyə daxil olmaq istəyən abituriyentlər qabiliyyət seçimindən sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul (test) imtahanlarında iştirak edir və universitetdə rəsm və rəsmxətdən qabiliyyət imtahanı verirlər.

Yaranma tarixi. Memarlıq fakültəsinin 90 ildən artıq yaşı vardır.

İlkin olaraq indiki Neft Akademiyasının nəzdindəki İnşaat fakültəsinin tərkibində Memarlıq bölməsi kimi mövcud olmuşdur. 1968-ci ildə inşaat fakültəsindən memarlıq bölməsinin ayrılması nəticəsində memarlıq fakültəsi yaradılmışdır. Memarlıq fakültəsində 2 istiqamətdə memarlıq və dizayn sahəsi üzrə tədris olunan fənlərin elmi-təcrübi fəaliyyətinin əsas məqsədi layihələndirmə prosesinin mənimsənilməsinə yönəldilmişdir. Fakültənin bakalaviatura, magistratura və doktorantura bölməsində hər bir istiqamətdə olan ixtisaslar üzrə kadr hazırlığı aparılır. Fakültəni bitirən mütəxəssislər memarlıq, şəhərsalma, ətraf mühitin dizaynı, tarixi abidələrin bərpası, dizayn və s. sahələrdə səmərəli fəaliyyət göstərirlər.