Tədqiqat istiqamətləri

Əsas tədqiqat istiqamətləri:
 
1.      Riyaziyyat
2.      Differensial tənliklər
3.      Nəzəri mexanika
4.      Deformasiya olunan bərk cismin mexanikası
5.      Mayenin, qazın və plazmanın mexanikası
6.      Maşınların, cihazların və aparatların dinamikası, möhkəmliyi
7.      Fizika
8.      Yarımkeçiricilər və dielektriklər fizikası
9.      Maqnit hadisələri fizikası
10.   Elektrofizika, elektofiziki qurgular
11.   Nəqliyyat, mədən və tikinti maşınqayırması
12.   Təkərli və tırtıllı maşınlar
13.  Yol, tikinti və qaldırıcı nəqliyyat maşınları
14.  İnformatika, hesablama texnikası və idarəetmə
15.   Texnoloji proseslərin və istehsalın avtomatlaşdırılması və idarə edilməsi (sahələr üzrə)
16.   Tikinti
17.   İnşaat konstruksiyaları, bina və qurğular
18.   Özüllər və bünövrələr, yeraltı qurğular
19.   İstilik təchizatı, ventilyasiya, qaz təchizatı və işıqlandırma
20.   Su təchizatı, kanalizasiya, su ehtiyatlarının mühafizəsinin tikinti sistemləri
21.   İnşaat materialları və məmulatları
22.   Hidrotexniki tikinti
23.   Tikintinin texnologiyası və təşkili
24.   Yolların, metropolitenlərin, aerodromların, körpülərin və nəqliyyat tunellərinin layihələndirilməsi və tikintisi
25.   Hidravlika və mühəndis hidrologiyası
26.   İnşaat mexanikası
27.   İnsan fəaliyyətinin təhlükəsizliyi
28.   Fövqəladə hallarda təhlükəsizlik (sahələr üzrə)
29.   Kənd təsərrüfatı elmləri
30.   Meliorasiya, rekultivasiya və torpaqların mühafizəsi
31.   İqtisad elmləri
32.   Xalq təsərrüfatının iqtisadiyyatı və idarə edilməsi (fəaliyyət sahələri və istiqamətləri üzrə, o cümlədən: iqtisadi sistemləri idarəetmə nəzəriyyəsi; makroiqtisadiyyat; komplekslərin, sahələrin və müəssisələrin iqtisadiyyatı, təşkili və idarə edilməsi; regional iqtisadiyyat; əməyin iqtisadiyyatı və s.)
33.   Texniki estetika və dizayn
34.   Memarlıq nəzəriyyəsi və tarixi, abidələrin bərpası və rekonstruksiyası
35.   Bina və qurğuların memarlığı
36.   Şəhərsalma, yaşayış məntəqələrinin planlaşdırılması, landşaft memarlığı
37.   Geodeziya

Fakültə haqqında. Memarlıq fakültəsi öz köklü ənənələrinə görə universitetimizdə və memarlıq ixtisasını tədris edən digər ali məktəblər arasında həmişə seçilmişdir. Fakültə Memarlıq və dizayn ixtisasları üzrə bakalavr və magistr təhsili pilləsində mütəxəssislər hazırlayır. Fakültənin professor-müəllim heyətinin böyük əksəriyyəti memarlıq layihələndirilməsi- şəhərsalma, dizayn, abidələrin bərpası sahəsində respublikanın tanınmış mütəxəssisləri və alimləridir. Hal - hazırda fakültədə AMEA-nın 1 müxbir üzvü, 12 memarlıq doktoru, 17 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent öz dərin nəzəri və praktik biliklərini tələbələrimizlə paylaşır. Onlardan 2 nəfəri «Şöhrət» ordeni laureatı, 12 nəfəri respublikanın əməkdar memarı, 1 nəfəri isə Respublika Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülmüşdür.

Fakültənin 21 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent, baş müəllim və müəllim olmaqla 122 üzvü vardır.

Fakültədə təhsil. Fakültəyə daxil olmaq istəyən abituriyentlər qabiliyyət seçimindən sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul (test) imtahanlarında iştirak edir və universitetdə rəsm və rəsmxətdən qabiliyyət imtahanı verirlər.

Yaranma tarixi. Memarlıq fakültəsinin 90 ildən artıq yaşı vardır.

İlkin olaraq indiki Neft Akademiyasının nəzdindəki İnşaat fakültəsinin tərkibində Memarlıq bölməsi kimi mövcud olmuşdur. 1968-ci ildə inşaat fakültəsindən memarlıq bölməsinin ayrılması nəticəsində memarlıq fakültəsi yaradılmışdır. Memarlıq fakültəsində 2 istiqamətdə memarlıq və dizayn sahəsi üzrə tədris olunan fənlərin elmi-təcrübi fəaliyyətinin əsas məqsədi layihələndirmə prosesinin mənimsənilməsinə yönəldilmişdir. Fakültənin bakalaviatura, magistratura və doktorantura bölməsində hər bir istiqamətdə olan ixtisaslar üzrə kadr hazırlığı aparılır. Fakültəni bitirən mütəxəssislər memarlıq, şəhərsalma, ətraf mühitin dizaynı, tarixi abidələrin bərpası, dizayn və s. sahələrdə səmərəli fəaliyyət göstərirlər.