Hazırlıq kursları

Hazırlıq kursları
         Universitetimizdə memarlıq və dizayn ixtisaslarına hazırlaşan abituriyentlər üçün ödənişli əsaslarla fəaliyyət göstərən hazırlıq kursları vardır.
          Bu kurslar Azərbaycan Respublikası Təhsil Hazirliyinin icazəsi ilə rəsm və rəsmxət fənnindən ödənişli əsaslarla olmaqla açılmışdır. Kursların məqsədi memarlıq və dizayn ixtisasını seçən abituriyentlərə köməklik göstərməkdir. Burada Universitetimizin qabaqcıl müəllimləri rəsm və rəsmxət fənnindən abituriyentlərlə məşğul olurlar.
Hazırlıq kursları 1 oktyabr 2018-ci ildən 31 may 2019-cu ilə qədər davam edir.
 Fənlər üzrə cədvəllər:
 
Rəsmxət:   həftənin  I  və  III  günləri ,  saat 1600-dan  1830-dək;
Rəsm:        həftənin  II  və IV   günləri ,  saat 1800-dən  1830-dək .
 
Hazırlıq kurslarına yazılmaq üçün A. Sultanova küçəsi ,11 , I korpus, 902 №-li otaqda qeydiyyat aparılır.
 
Əlaqə tel:       (+994 12) 539-54-48
                     
(+994 12) 539-10-45
                      (+994 50) 442-26-62
Daxili tel :       5-75

Fakültə haqqında. Memarlıq fakültəsi öz köklü ənənələrinə görə universitetimizdə və memarlıq ixtisasını tədris edən digər ali məktəblər arasında həmişə seçilmişdir. Fakültə Memarlıq və dizayn ixtisasları üzrə bakalavr və magistr təhsili pilləsində mütəxəssislər hazırlayır. Fakültənin professor-müəllim heyətinin böyük əksəriyyəti memarlıq layihələndirilməsi- şəhərsalma, dizayn, abidələrin bərpası sahəsində respublikanın tanınmış mütəxəssisləri və alimləridir. Hal - hazırda fakültədə AMEA-nın 1 müxbir üzvü, 12 memarlıq doktoru, 17 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent öz dərin nəzəri və praktik biliklərini tələbələrimizlə paylaşır. Onlardan 2 nəfəri «Şöhrət» ordeni laureatı, 12 nəfəri respublikanın əməkdar memarı, 1 nəfəri isə Respublika Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülmüşdür.

Fakültənin 21 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent, baş müəllim və müəllim olmaqla 122 üzvü vardır.

Fakültədə təhsil. Fakültəyə daxil olmaq istəyən abituriyentlər qabiliyyət seçimindən sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul (test) imtahanlarında iştirak edir və universitetdə rəsm və rəsmxətdən qabiliyyət imtahanı verirlər.

Yaranma tarixi. Memarlıq fakültəsinin 90 ildən artıq yaşı vardır.

İlkin olaraq indiki Neft Akademiyasının nəzdindəki İnşaat fakültəsinin tərkibində Memarlıq bölməsi kimi mövcud olmuşdur. 1968-ci ildə inşaat fakültəsindən memarlıq bölməsinin ayrılması nəticəsində memarlıq fakültəsi yaradılmışdır. Memarlıq fakültəsində 2 istiqamətdə memarlıq və dizayn sahəsi üzrə tədris olunan fənlərin elmi-təcrübi fəaliyyətinin əsas məqsədi layihələndirmə prosesinin mənimsənilməsinə yönəldilmişdir. Fakültənin bakalaviatura, magistratura və doktorantura bölməsində hər bir istiqamətdə olan ixtisaslar üzrə kadr hazırlığı aparılır. Fakültəni bitirən mütəxəssislər memarlıq, şəhərsalma, ətraf mühitin dizaynı, tarixi abidələrin bərpası, dizayn və s. sahələrdə səmərəli fəaliyyət göstərirlər.