Beynəlxalq reytinq bazaları

Azərbaycan Memarlıq və İnşaat Universiteti Round University Ranking sisteminə daxil olub 

           Round University Ranking (RUR Ranking) - universitetlərin beynəlxalq reytinq sistemidir. Reytinq sistemində bu il üzrə dünyanın 763 aparıcı universitetləri 4 istiqamətdə 20 göstərici üzrə qiymətləndirilir: tədris, tədqiqat, beynəlxalq əlaqələr və maliyyə.  Bu reytinq Rusiyanın RUR Agency tərəfindən 2010-cu ildən bu günə qədər hər il nəşr olunur.
         Reytinqin əsas məqsədi ali təhsilə marağı olanları (abituriyentlər, tələbələr, akademik və elmi işçilər) cəlb etməkdir. Dünyanın Harvard, Oksford, Kembric kimi nüfuzlu universitetləri reytinqdə ön sıralarda yer alır.  RUR ranking 6 bölmə üzrə: humanitar, texniki, təbiət, sosial, bioloji və tibb elmləri üzrə hazırlanmışdır.
         Azərbaycan Memarlıq və İnşaat Universiteti bu il ilk dəfədir ki, dünyanın müxtəlif  ən yaxşı universitetləri arasında bu siyahıya daxil olub. Universitet humanitar elmlər üzrə 486-cı və texniki elmlər üzrə 392-ci yerdə qərarlaşıb. Azərbaycan Universitetləri arasında AzMİU yeqanə universitetdir ki, beynəlxalq RUR ranking sisteminə daxil olub.
 “RUR ranking” təşkilatın tam nəticələrini bu linkdən əldə edə bilərsiniz:
 http://roundranking.com/universities/azerbaijan-university-of-architecture-and-construction.html?sort=O&year=2017&subject=SH

Azərbaycan Memarlıq və İnşaat Universiteti UI Green Metric World University reytinq bazasına daxil olmuşdur

         Azərbaycan Memarlıq və İnşaat Universiteti bu il ilk dəfədir ki, “UI Green Metric World University” reytinq bazasına ekoloji cəhətdən dünyanın ən ekoloji universitetlər siyahısına daxil olmuşdur. Qeyd etmək lazımdır ki, UI Green Metric reytinqi İndoneziya Universiteti tərəfindən 2010-cu ildən nəşr olunur.
Azərbaycan Memarlıq və İnşaat Universiteti dünyanın ən yaxşı 619 universitetlər arasında, 453-cü yerdə qərarlaşıb. Azərbaycan Universitetləri arasında AzMİU yeqanə universitetdir ki, beynəlxalq Green Metric reytinq sisteminə daxil olmuşdur. AzMİU ilə yanaşı Böyük Britaniyanın Oksford Universiteti, Türkiyənin Boğaziçi Universiteti, Rusiyanın Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu və bu kimi dünyanın nüfuzlu universitetləri siyahıda yer tutmuşdur.
Reytinqin altı əsas meyarları arasında istehlak və enerjiyə qənaət göstəriciləri, su ehtiyatlarının səmərəli istifadəsi, tullantıların saxlanması və emalı, ətraf mühitə uyğun nəqliyyat vasitələrinin istifadəsi və kampus ərazisində yaşıllıq sahəsini qiymətləndirir. Reytinqdə eyni zamanda təhsil və elmi fəaliyyət göstəriciləri nəzərə alınır.
UI Green Metric World University Ranking ekologiya sahəsində yeganə beynəlxalq reytinqdir və onun məqsədi akademik cəmiyyətin diqqətini cəlb edərək ətraf mühit problemlərinin həllinə kömək etməkdir.
2017-ci il UI Green Metric-nin tam nəticələrini bu saytdan əldə edə bilərsiniz:
http://greenmetric.ui.ac.id/overall-ranking-2017/

Azərbaycan Memarlıq və İnşaat Universiteti QS reytinq bazasının dünyanın ən yaxşı universitetləri siyahısına düşüb

Böyük Britaniyanın Ümümdünya Universitetlərinin Reytinq Təşkilatı “Quacquarelli Symonds” (QS)  illik göstəricilərinə görə 2018-ci ili üçün ali təhsil müəssisələrinin reytinqini dərc edib. Azərbaycan Memarlıq və İnşaat Universiteti bu il ilk dəfədir ki, dünyanın müxtəlif  ən yaxşı universitetləri arasında  bu siyahıya daxil olub. QS reytinq təşkilatının 2018-ci ili üçün “İnkişaf Etməkdə olan Şərqi Avropa və Mərkəzi Asiya” regionu üzrə reytinq cədvəlində AzMİU 171-180 ən yaxşı universitetlər arasında qərarlaşıb.
Qeyd edək ki, QS təşkilatı həmin regionda fəaliyyətdə olan təxminən 20 ölkədən 300 universitet haqqında araşdırmalar aparmışdır. QS təşkilatı dünya universitetlərinin fəaliyyətini 6 əsas meyar üzrə qiymətləndirir.  Bu meyarlar - akademik nüfuz, elmi məqalələrdən sitat gətirmə, müəllim-tələbə nisbəti, işəgötürənlər arasında nüfuz, xarici müəllimlərin və xarici tələbələrin sayıdır.
AzMİU QS reytinq bazasına düşmək üçün hər bir kateqoriya üzrə universitet tərəfindən lazımi məlumatlar müvafiq şöbələrdən toplanaraq bazaya göndərilmiş və nəticələr yüksək qiymətləndirilmişdir.
QS reytinqində ən yüksək göstəricini universitetlərin “Akademik Reputasiyası”  indikatoru tutur.  “Akademik reputasiya” indikatoru üzrə göstəricilər ali təhsil müəssisələrinə öz akademik fəaliyyətlərinin mövcud vəziyyətini təhlil etmək imkanı verir. Bu zaman dünya üzrə rəy verənlərin cavabları əsas götürülür.
 “QS” təşkilatının son reytinq cədvəli haqqında ətraflı məlumatı bu linkdən əldə edə bilərsiniz:
https://www.topuniversities.com/university-rankings/eeca-rankings/2018
 
AzMIU üçüncü dəfə U-Multirank beynəlxalq reytinq sisteminə daxil olmuşdur       

U-Multirank, Avropa Birliyi tərəfindən yaradılan ən böyük beynəlxalq reytinq sistemidir. Artıq 4-cü ildir ki, U-Multirank dünya universitetlərini müxtəlif parametrlər üzrə qiymətləndirir.
Bu il dünyanın 1500 universiteti yüksək nəticələr əldə etməklə bu bazaya daxil olmaq imkanı əldə etmişdir. Universitetlər bu bazaya daxil olmaqla, tələbələrə, başqa universitetlərə, müəssisələrə həmin universitet haqqında daha geniş informasiya əldə etmək imkanı verir. Hər universitetin tədris və təlim fəaliyyətinin göstəricilərə əsaslanaraq, tələbələr onları maraqlandıran universitetlər haqqında asanlıqla geniş informasiya əldə edə bilirlər.
 Azərbaycan Memarlıq və İnşaat Universiteti bu il Mexanika və informasiya texnologiyaları və İnşaat fakültələri ilə Multirank reytinq bazasına daxil olmuşdur. Qeyd edək ki, universitetimiz ilk dəfə olaraq 2015-ci ildə bu reytinqə daxil olmuş və Avropa ekspertləri tərəfindən qiymətləndirilərək bu il olduğu kimi yüksək kateqoriya  almışdır.

https://www.umultirank.org/#!/explore?trackType=explore&sightMode=undefined&section=exploreUniversityDetail&detailUniversity=1781&name=azerbaijan-university-of-architecture-and-construction

Universitetimiz dünya reytinq jurnalında “Ən yaxşı tikinti ideyası” nominasiyası üzrə
qalib olmuşdur

                   Dünya şirkətlərini və universitetlərini bir çox profillər üzrə qiymətləndirən The New Economy Awards jurnalının 2015-ci il buraxılışında Azərbaycan Memarlıq və İnşaat Universiteti Best Construction Solutions (Ən yaxşı tikinti ideyası) nominasiyası üzrə qalib olmuşdur və təmənnasız olaraq jurnalın Education (Təhsil) bölməsində dünyanın qabaqcıl universitetlərindən olan Harvard, Colorado, Cambridge, Toronto universitetləri ilə bir siyahıya adı salınmışdır.
            Qeyd edilmişdir ki, Azərbaycan Memarlıq və İnşaat Universiteti innovativ tikinti xidmətləri təklif edir və ölkədə tikinti sahəsində inkişafın sürətləndirilməsinə bir başa kömək edir. 

      http://www.theneweconomy.com/awards/2015

               Azərbaycan Memarlıq və İnşaat Universiteti ikinci dəfə U-Multirank beynəlxalq reytinq sisteminə daxil olmuşdur

        Azərbaycan Memarlıq və İnşaat Universiteti Avropa Birliyi tərəfindən yaradılan U-Multirank beynəlxalq reytinq sisteminə ikinci dəfə ciddi tələblərə cavab verən universitetlərdən biri olaraq daxil olmuşdur. Bu siyahıya daxil olmaq ali təhsil müəssisələrində təhsilin əhatəli qiymətləndirilməsi ilə yanaşı, həm də universitet üçün yeni perspektivlər açır və xüsusi ilə xarici tələbələrin Azərbaycan universitetləri haqqında daha çox informasiya əldə etmələrinə imkan yaradır.
        Qeyd etmək lazımdır ki, Azərbaycandakı universitetlər arasında yalnız Bakı Dövlət Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universiteti bu reytinqə daxil olmuşdur.
Universitetimiz bu il də öz kateqoriyasını qoruyub saxlamış və Avropa ekspertləri tərəfindən yüksək kateqoriya ilə qiymətləndirilmişdir.

http://www.umultirank.org/#!/explore?trackType=explore&sightMode=undefined&section=exploreUniversityDetail&detailUniversity=1781

Fakültə haqqında. Memarlıq fakültəsi öz köklü ənənələrinə görə universitetimizdə və memarlıq ixtisasını tədris edən digər ali məktəblər arasında həmişə seçilmişdir. Fakültə Memarlıq və dizayn ixtisasları üzrə bakalavr və magistr təhsili pilləsində mütəxəssislər hazırlayır. Fakültənin professor-müəllim heyətinin böyük əksəriyyəti memarlıq layihələndirilməsi- şəhərsalma, dizayn, abidələrin bərpası sahəsində respublikanın tanınmış mütəxəssisləri və alimləridir. Hal - hazırda fakültədə AMEA-nın 1 müxbir üzvü, 12 memarlıq doktoru, 17 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent öz dərin nəzəri və praktik biliklərini tələbələrimizlə paylaşır. Onlardan 2 nəfəri «Şöhrət» ordeni laureatı, 12 nəfəri respublikanın əməkdar memarı, 1 nəfəri isə Respublika Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülmüşdür.

Fakültənin 21 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent, baş müəllim və müəllim olmaqla 122 üzvü vardır.

Fakültədə təhsil. Fakültəyə daxil olmaq istəyən abituriyentlər qabiliyyət seçimindən sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul (test) imtahanlarında iştirak edir və universitetdə rəsm və rəsmxətdən qabiliyyət imtahanı verirlər.

Yaranma tarixi. Memarlıq fakültəsinin 90 ildən artıq yaşı vardır.

İlkin olaraq indiki Neft Akademiyasının nəzdindəki İnşaat fakültəsinin tərkibində Memarlıq bölməsi kimi mövcud olmuşdur. 1968-ci ildə inşaat fakültəsindən memarlıq bölməsinin ayrılması nəticəsində memarlıq fakültəsi yaradılmışdır. Memarlıq fakültəsində 2 istiqamətdə memarlıq və dizayn sahəsi üzrə tədris olunan fənlərin elmi-təcrübi fəaliyyətinin əsas məqsədi layihələndirmə prosesinin mənimsənilməsinə yönəldilmişdir. Fakültənin bakalaviatura, magistratura və doktorantura bölməsində hər bir istiqamətdə olan ixtisaslar üzrə kadr hazırlığı aparılır. Fakültəni bitirən mütəxəssislər memarlıq, şəhərsalma, ətraf mühitin dizaynı, tarixi abidələrin bərpası, dizayn və s. sahələrdə səmərəli fəaliyyət göstərirlər.