Daxili qiymətləndirmə sistemi

      Hörmətli müəllimlər!

     2019-cu il üçün "Daxili qiymətləndirmə" formasını aşağıdakı linkə daxil olaraq yükləyə bilərsiniz.      Fo

     Forma

                 ​AzMİU-da differensial əmək haqqı sistemi tətbiq olunur

          AzMİU-da 2015-ci ildən etibarən hər il Daxili qiymətləndirmə layihəsi tətbiq edilir. Qiymətləndirmə sistemində təhsilverənin il boyu pedaqoji, elmi-metodik işlərinin keyfiyyəti, beynəlxalq təhsil sisteminə inteqrasiyası, təhsildə müasir texnologiyaların tətbiqi və tələbələrin rəyi öz əksini tapır. Müəllimin kateqoriyası öz tərəfindən doldurulmuş attestasiya vərəqəsinin konkret göstəricilərinə uyğun müəyyənləşdirilir.
Universitetdə Daxili qiymətləndirmə layihəsi Strateji inkişaf planının differensiallaşma və stimullaşdırma mexanizmlərinin təşkili bəndlərini əsas götürülərək tətbiq olunur.
2016-cı ili üçün layihə çərçivəsində namizədlərindən ümumi olaraq 21 müəllim seçilmişdir. Seçilmiş müəllimlərdən 4 nəfər A kateqoriyası, 17-si isə B kateqoriyası üzrə qiymətləşdirilmişdir. A kateqoriyası üzrə qiymətləndirilmiş müəllimlər  il boyu əmək haqlarına 120 AZN, B kateqoriyası 100 AZN məbləğində əlavələr əldə etdilər. 
AzMİU-da 2017-ci ildə də Daxili qiymətləndirmə layihəsi tətbiq edilmişdir və bu layihə təhsil xidmətinin keyfiyyətinin təkmilləşməsinə və rəqabətyönümlü mühitin yaranmasına böyük təsir edir.

      Azərbaycan Memarlıq və İnşaat Universitetində  differensial əmək haqqı sisteminin tətbiqinə başlanılıb

      Dövlət başçısının “Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”-nı təstiq etməsi ilə təhsildə prioritet istiqamətləri müəyyənləşdirməklə yanaşı universitetimizdə stimullaşdırıcı mexanizimlərin  təkminləşdirilməsi yönümündə işlərin görülməsinə zəmin yaratdı.
Azərbaycan Memarlıq və İnşaat Universitetində də tətbiq edilən “Daxili qiymətləndirmə” layihəsi bir başa bu prinsiplərə xidmət edir.
Layihənin hazırlanmasında bir sıra xarici ölkələrin qabaqcıl universitetlərinin professor-müəllim heyətinin fəaliyyətinin keyfiyyətcə qiymətləndirilməsinin prinsipləri əsas götürülmüşdür. Layihənin əsas vəzifəsi mütəxəssislərin hazırlıq keyfiyyətini yüksəltməkdir və Universitetin inkişaf prioritetlərinə müəllimlərin diqqətini cəlb edərək, onların potensialının bu istiqamətlərdə daha da dolğun reallaşdırılmasının motivasiyasıdır. Eyni zamanda, müəllimlərə differensial əmək haqqı verməklə stimullaşdırıcı mexanizimləri təkminləşdirmək və universitetdə sağlam rəqabəti formalaşdırmaq qarşıya məqsəd qoyulub.
AzMİU-da 2015-2016-cı tədris ili üçün Daxili qiymətləndirmə layihəsi tətbiq edilmişdir. Qiymətləndirmə sistemində təhsilverənin il boyu pedaqoji, elmi-metodik işlərinin keyfiyyəti, beynəlxalq təhsil sisteminə inteqrasiyası, təhsildə müasir texnologiyaların tətbiqi və tələbələrin rəyi öz əksini tapmışdır. Müəllimin bütün  fəaliyyəti konkret göstəricilərlə və onlara verilən ballarla qiymətləndirilmiş və attestasiya müəllimin reytinqini və kateqoriyasını müəyyənləşdirmişdir.
          Müəllimin kateqoriya üzrə mükafatlandırılması bir tədris ili müddətində aylıq əmək haqqına edilən əlavələr ilə icra olunur. Cari tədris ili üçün Universitetin Elmi şurasının təqdimatı ilə kateqoriyaların verilməsi rektorun əmri əsasında təsdiq olunmuşdur.
Azərbaycan Memarlıq və İnşaat Universitetdində hər il Daxili qiymətləndirmə layihəsinin tətbiqi planlaşdırılır və bu layihə təhsil xidmətinin keyfiyyətinin təkmilləşməsinə əlavə təkan olacaqdır.

          Strateji planlaşdırma şöbəsinin layihəsi olan “Daxili qiymətləndirmə”  AzMİU-nun professor-müəllim heyətinin universitet  daxili attestasiya qaydalarını tərtib  etmişdir. “Daxili qiymətləndirmə”  layihəsi akademik heyətin əməyinin qiymətləndirilməsinin sistem şəklinə gətirilməsi, onların əmək haqlarının ölçüsünün yerinə yetirdikləri işlərin nəticələrinə görə daha dəqiq nəzərə alınması və müəllimlərin kateqoriyalara bölünməsi zəruriyyətini yaradır. Bununla əlaqədar bir sıra xarici ölkələrin qabaqcıl universitetlərinin professor-müəllim heyətinin fəaliyyətinin keyfiyyətcə qiymətləndirilməsinin prinsipləri əsas götürülür. Bu layihənin əsas məqsədi ondan ibarətdir ki, ən yaxşı müəllimlər ədalətli seçilsin və işdə yaxşı göstəricilərinə görə mükafatla təltif olunsunlar. Strateji planlaşdırma şöbəsinin bu layihəsi universitet  rəhbərliyi tərəfindən müsbət  rəylə  qarşılanmışdır.
        Eyni zamanda  “Daxili qiymətləndirmə” layihəsi Fransanın Paris şəhərində Descartes universitetində  keçirilən beynəlxalq konfransda maraqla qarşılanmış və dekabr ayında işıq üzü görəcək dünyada  seçilmiş məruzələr toplusuna salınmışdır.

Formanı doldurub sp.azmiu@gmail.com e-mail ünvanına göndərməyiniz xahiş olunur.
Formalar yalnız elektron variantda qəbul edilir!

Fakültə haqqında. Memarlıq fakültəsi öz köklü ənənələrinə görə universitetimizdə və memarlıq ixtisasını tədris edən digər ali məktəblər arasında həmişə seçilmişdir. Fakültə Memarlıq və dizayn ixtisasları üzrə bakalavr və magistr təhsili pilləsində mütəxəssislər hazırlayır. Fakültənin professor-müəllim heyətinin böyük əksəriyyəti memarlıq layihələndirilməsi- şəhərsalma, dizayn, abidələrin bərpası sahəsində respublikanın tanınmış mütəxəssisləri və alimləridir. Hal - hazırda fakültədə AMEA-nın 1 müxbir üzvü, 12 memarlıq doktoru, 17 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent öz dərin nəzəri və praktik biliklərini tələbələrimizlə paylaşır. Onlardan 2 nəfəri «Şöhrət» ordeni laureatı, 12 nəfəri respublikanın əməkdar memarı, 1 nəfəri isə Respublika Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülmüşdür.

Fakültənin 21 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent, baş müəllim və müəllim olmaqla 122 üzvü vardır.

Fakültədə təhsil. Fakültəyə daxil olmaq istəyən abituriyentlər qabiliyyət seçimindən sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul (test) imtahanlarında iştirak edir və universitetdə rəsm və rəsmxətdən qabiliyyət imtahanı verirlər.

Yaranma tarixi. Memarlıq fakültəsinin 90 ildən artıq yaşı vardır.

İlkin olaraq indiki Neft Akademiyasının nəzdindəki İnşaat fakültəsinin tərkibində Memarlıq bölməsi kimi mövcud olmuşdur. 1968-ci ildə inşaat fakültəsindən memarlıq bölməsinin ayrılması nəticəsində memarlıq fakültəsi yaradılmışdır. Memarlıq fakültəsində 2 istiqamətdə memarlıq və dizayn sahəsi üzrə tədris olunan fənlərin elmi-təcrübi fəaliyyətinin əsas məqsədi layihələndirmə prosesinin mənimsənilməsinə yönəldilmişdir. Fakültənin bakalaviatura, magistratura və doktorantura bölməsində hər bir istiqamətdə olan ixtisaslar üzrə kadr hazırlığı aparılır. Fakültəni bitirən mütəxəssislər memarlıq, şəhərsalma, ətraf mühitin dizaynı, tarixi abidələrin bərpası, dizayn və s. sahələrdə səmərəli fəaliyyət göstərirlər.