Tədris şöbəsi

    Tədris şöbəsi-Təşkil olunduğu zamandan şöbənin fəaliyyəti Azərbaycan Respublikası Təhsil Nazirliyinin Əsasnaməsinə uyğun qurulmuşdur. Son illər Universitetdə aparılmış islahatlar, Avropa təhsil sisteminə inteqrasiya işlərinin davamı olaraq Universitet Rektorunun əmrinə uyğun Tədris şöbəsi mövcud ştat vahidləri çərcivəsində “Tədrisin təşkili və tənzimlənməsi”, “İnformasiya” və “Qeydiyyat” sektorları, “Tələbə bölməsi”, “TQDK-nın tələbə məzun məlumat sistemi”, “Qiymətləndirmə mərkəzi”,”Diplom otağı”, “Dispetçer qrupu”, “Arxiv”, “İnformasiya” sektorlarından ibarət təsdiq edilmişdir.
    2006-2007-ci tədris ilindən başlayaraq Universitetdə tədrisin Boloniya Deklorasiyasına uyğun təşkilinə başlanılmışdır. Hal-hazırda Universitetin bütün ixtisasları üzrə həm bakalavr həm də magistr pillələri üzrə mütəxəssis hazırlığı Avropa kredit transfer sisteminin tələblərinə uyğun təşkil olunmuşdur. Tədrisin təşkili Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Kredit sisteminə aid Əsasnamələr”ə uyğun qurulmuşdur. 
Tədris şöbəsi tədrisin təşkili və məzmunu ilə bağlı bütün işlərlə məşğul olur və tədrisin keyfiyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində daimi iş aparır. Bu ilk növbədə elm və texnikanın son nailiyyətləri nəzərə alınmaqla fənn proqramları və tədris planlarının təkmilləşdirilməsindən ibarətdir.
    Tədris illəri üzrə akademik təqvim (bakalavr və magistr səviyyəsi üçün), İxtisaslar üzrə tədris planları, tədris yükləri, imtahan cədvəlləri, imtahan sualları, akademik borcu olan tələbələrin dərslərinin təşkili və imtahanları, tələbələrin köçürülmələri, universitetə yenidən bərpa olunmaları, İkinci ali təhsil, akademik məzuniyyət və hərbi xidmətlə bağlı sənədləşmə işləri, transkriptlərin hazırlanması, tələbə hərəkəti ilə bağlı statistik məlumatlar, Buraxılış işlərinin mövzularının təsdiqi, Müdafiə ilə bağlı hazırlıq işləri və s. Tədris şöbəsinin ümumi fəaliyyətini əhatə edir. Şöbədə hal-hazırda 12 nəfər çalışır.

      Şöbə müdiri: Fililogiya üzrə fəlsəfə doktoru, dosent Əliyeva Səlmi Saleh qızı
   1992-ci ildən universitetdə çalışır. Azərbaycan Dillər Universitetini bitirib, BDU-nun dissertantı olub, 2018-ci ilədək Tədris şöbəsində metodist, eyni zamanda  Əcnəbi dillər kafedrasında müəllim, baş müəllim,  2011-ci ildən isə dosentidir. 2018-ci ildən isəTədris şöbəsinin müdiri vəzifəsində çalışır.
1.Tədris yükləri, hesabatların hazırlanması:  Ştat cədvəli üzrə, kadrlar şöbəsi ilə birgə iş Əliyeva Səlmi Saleh qızı
2.Tədris prosesilə bağlı bütün növ əmrlərin hazırlanması:   Məmmədova Nəzrin İsmət qızı  
    Saathesabı, o cümlədən yay semestrinin tədris yükləri
    faktiki məlumatların mühasibatlığa verilməsi
    müəllimlərin şəxsi kartların doldurulması 
3.Tələbə işləri üzrə sektor :            
3.1.Statistik hesabatlar          -   Tələbə kontingentinin hərəkəti (əmrlərlə iş)
-    Hesabatların hazırlanması: Hacıyeva Şəfəq Nəriman qızı
Təhsil Nazirliyi, Maliyyə nazirliyi , Statistika komitəsi , Universitetin mühasibatlığı üçün.
3.2.  TMMS  elektron sistemi         (Dövlət İmtahan Mərkəzi):   
        “SHOY” elektron  sistemi        Təhsil Nazirliyi Mikayılov Seymur Baxşıəli oğlu
    I kurs tələbələrin sistemə daxil edilməsi 
    Tələbə kontingentinin hərtəkətinin sistemə mütəmadi daxil edilməsi 
    Əcnəbi tələbələrin sistemə daxil edilməsi
    Buraxılış kursları üzrə məlumatların sistemə daxil edilməsi 
4.Qiymətləndirmə sektoru:   Soltanov Mehti Əzizxan oğlu
    Test imtahan sualları bankının qurulması və testlərin ekspertizası (kafedralarla əlaqəli iş)
    Yazılı imtahan suallarının bankının hazırlanması 
    İmtahan biletlərinin çap olunması, fənlər üzrə kafedra ekspertləri tərəfindən təsdiq olunması
5. İnformasiya sektoru:  Hacıyeva Şəfəq Nəriman qızı 
    Digər strukturlarla qarşılıqlı iş 
    Transkriptlərin təsdiqi
    Imtiyazlı tələbələrlə bağlı sənədlərin hazırlanması 
    Təhsil Nazirliyinin hesabat formalarının hazırlanması 
    Tədris şöbəsinin elektron səhifəsinin aktiv saxlanılması: Tədris planlarının, akademik təqvimin, sillabusların, imtahan və dərs cədvəllərinin, buraxılış işlərinin mövzularının, yazılı və test bank suallarının, elanların, töhmət əmrlərinin və s. daxil edilməsi.
    Sorğu məktublarına cavab
    Arayışların təsdiqi (Hərbi stol,Sosial müdafiə və s.)
5.Arxiv işləri:   Abdullayeva Zeynəb Atabala qızı 
I kursa qəbul olunmuş tələbələrin şəxsi işlərinin tərtibatı, qeydiyyatı və saxlanılması 
    Tələbələrin köçürülməsi, tələbə sırasından xaric edilməsi və bərpa olunması, akademik məzuniyyət alması və təkrar kursda saxlanılması, şərti kursa qəbul olması, Təkrar Ali təhsil alan tələbələrin şəxsi işlərinə aid işlər. 
    Bitirmə əmrlərinin “şəxsi işə” işlənilməsi
    Akademik arayışların yazılması
    Məzunlara aid sənədlərin geri qaytarılması
    Məzunların şəxsi işlərinin əsas arxivə təhvil həhsil edilməsi.
6. Qeydiyyat sektoru:   Hüseynov Məhəmməd Abasəli oğlu    
Akademik borcu qalan tələbələrin ümumi bazası
    Fənlərə uyğun akademik borcu olan tələbələrin qruplaşdırılması
    Fənlərə aid kredit haqqının hesablanması və ona nəzarətin edilməsi
    Yay semestrinə hazırlıq və təşkili, tələb olunan normativ sənədlərin təminatı
    Alt qruplarla bağlı imtahan cədvəllərin hazırlanması 
 7. Diplom sektoru:    Qafarova Validə Vəli qızı  
Universiteti bitirən tələbələr haqqında proqnozun hazırlanması və TN-nə təqdim olunması
    Universiteti bitirmə və DAK əmrlərinin hazırlanması 
    Diplom və qiymət cədvəlinin yazılması 
    Diplomların həqiqiliyinin yoxlanılması sorğularına cavabların hazırlanması
    Fakültə dekanlıqları və digər strukturlarla iş birliyi 
    Təhsil Nazirliyinin məzun məlumat sisteminə məlumatların hazırlanması
    8. Sənədlərin müvafiq qurumlara çatdırılması və qeydiyyatı  Qurbanlı Pərvin
    
      9.Dispetçer xidməti:  Dadaşova Zemfira Nəcəf qızı
                                    Mustafayeva Reyhan Əlihəsən qızı
                                    Abbasova İncinaz  Fərman qızı 
Dərs cədvəllərinin hazırlanması
    Dərslərin keçirilməsinin nəzarətdə saxlanılması   
    Auditoriya fondunun təchizatını nəzarətdə saxlamaq 
    
 
Fakültə haqqında. Memarlıq fakültəsi öz köklü ənənələrinə görə universitetimizdə və memarlıq ixtisasını tədris edən digər ali məktəblər arasında həmişə seçilmişdir. Fakültə Memarlıq və dizayn ixtisasları üzrə bakalavr və magistr təhsili pilləsində mütəxəssislər hazırlayır. Fakültənin professor-müəllim heyətinin böyük əksəriyyəti memarlıq layihələndirilməsi- şəhərsalma, dizayn, abidələrin bərpası sahəsində respublikanın tanınmış mütəxəssisləri və alimləridir. Hal - hazırda fakültədə AMEA-nın 1 müxbir üzvü, 12 memarlıq doktoru, 17 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent öz dərin nəzəri və praktik biliklərini tələbələrimizlə paylaşır. Onlardan 2 nəfəri «Şöhrət» ordeni laureatı, 12 nəfəri respublikanın əməkdar memarı, 1 nəfəri isə Respublika Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülmüşdür.

Fakültənin 21 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent, baş müəllim və müəllim olmaqla 122 üzvü vardır.

Fakültədə təhsil. Fakültəyə daxil olmaq istəyən abituriyentlər qabiliyyət seçimindən sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul (test) imtahanlarında iştirak edir və universitetdə rəsm və rəsmxətdən qabiliyyət imtahanı verirlər.

Yaranma tarixi. Memarlıq fakültəsinin 90 ildən artıq yaşı vardır.

İlkin olaraq indiki Neft Akademiyasının nəzdindəki İnşaat fakültəsinin tərkibində Memarlıq bölməsi kimi mövcud olmuşdur. 1968-ci ildə inşaat fakültəsindən memarlıq bölməsinin ayrılması nəticəsində memarlıq fakültəsi yaradılmışdır. Memarlıq fakültəsində 2 istiqamətdə memarlıq və dizayn sahəsi üzrə tədris olunan fənlərin elmi-təcrübi fəaliyyətinin əsas məqsədi layihələndirmə prosesinin mənimsənilməsinə yönəldilmişdir. Fakültənin bakalaviatura, magistratura və doktorantura bölməsində hər bir istiqamətdə olan ixtisaslar üzrə kadr hazırlığı aparılır. Fakültəni bitirən mütəxəssislər memarlıq, şəhərsalma, ətraf mühitin dizaynı, tarixi abidələrin bərpası, dizayn və s. sahələrdə səmərəli fəaliyyət göstərirlər.