Xarici əlaqələr şöbəsi

Ali təhsil müəssisəsinin rəqabətədavamlığının əsas şərtlərindən biri onun fəaliyyətinin beynəlmiləlləşdirilməsidir. Əcnəbi tələbələrin cəlb olunması, tədris prosesində qabaqcıl xarici ali təhsil mütəxəssislərinin iştirakının təşkil olunması, tələbə-müəllim mübadiləsi, ikili diplom proqramları, beynəlxalq elmi tədqiqatlar, konfranslar, qrant layihələrində iştirak, beynəlxalq akkreditasiyalar, beynəlxalq reytinq bazalarında təmsil olunma, saytda ingilis dilində səhifələrin olması Universitetin beynəlmiləlləşməsini nümayiş etdirən amillərdir. Azərbaycan Memarlıq və İnşaat Universitetinin elm və təhsil sahələrinin beynəlmiləlləşdirmə prosesi universitetin ümumi fəaliyyətinin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir və 2013-cü ildə qəbul olunan “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” və “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”na əsaslanaraq universitetin beynəlmiləlləşmə strategiyası müəyyənləşdirilmişdir.

Beynəlmiləlləşmə strategiyasına əsasən Xarici Əlaqələr şöbəsinin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:

  • beynəlxalq proqramlarında və layihələrində iştirakın genişləndirilməsi
  • akademik heyət və tələbə mübadiləsi sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi
  • beynəlxalq universitetlərlə tərəfdaşlığın əsasında ikili diplom proqramlarının həyata keçirilməsi və s. 

Fakültə haqqında. Memarlıq fakültəsi öz köklü ənənələrinə görə universitetimizdə və memarlıq ixtisasını tədris edən digər ali məktəblər arasında həmişə seçilmişdir. Fakültə Memarlıq və dizayn ixtisasları üzrə bakalavr və magistr təhsili pilləsində mütəxəssislər hazırlayır. Fakültənin professor-müəllim heyətinin böyük əksəriyyəti memarlıq layihələndirilməsi- şəhərsalma, dizayn, abidələrin bərpası sahəsində respublikanın tanınmış mütəxəssisləri və alimləridir. Hal - hazırda fakültədə AMEA-nın 1 müxbir üzvü, 12 memarlıq doktoru, 17 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent öz dərin nəzəri və praktik biliklərini tələbələrimizlə paylaşır. Onlardan 2 nəfəri «Şöhrət» ordeni laureatı, 12 nəfəri respublikanın əməkdar memarı, 1 nəfəri isə Respublika Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülmüşdür.

Fakültənin 21 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent, baş müəllim və müəllim olmaqla 122 üzvü vardır.

Fakültədə təhsil. Fakültəyə daxil olmaq istəyən abituriyentlər qabiliyyət seçimindən sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul (test) imtahanlarında iştirak edir və universitetdə rəsm və rəsmxətdən qabiliyyət imtahanı verirlər.

Yaranma tarixi. Memarlıq fakültəsinin 90 ildən artıq yaşı vardır.

İlkin olaraq indiki Neft Akademiyasının nəzdindəki İnşaat fakültəsinin tərkibində Memarlıq bölməsi kimi mövcud olmuşdur. 1968-ci ildə inşaat fakültəsindən memarlıq bölməsinin ayrılması nəticəsində memarlıq fakültəsi yaradılmışdır. Memarlıq fakültəsində 2 istiqamətdə memarlıq və dizayn sahəsi üzrə tədris olunan fənlərin elmi-təcrübi fəaliyyətinin əsas məqsədi layihələndirmə prosesinin mənimsənilməsinə yönəldilmişdir. Fakültənin bakalaviatura, magistratura və doktorantura bölməsində hər bir istiqamətdə olan ixtisaslar üzrə kadr hazırlığı aparılır. Fakültəni bitirən mütəxəssislər memarlıq, şəhərsalma, ətraf mühitin dizaynı, tarixi abidələrin bərpası, dizayn və s. sahələrdə səmərəli fəaliyyət göstərirlər.