AzMİU əlavə təhsil (təkrar ali təhsil) almaq üçün tələbə qəbulu elan edir

Əlavə ixtisas təhsili əyani və qiyabi təhsil formalarında həyata keçirilir. Əlavə 2-ci ixtisas təhsili almaq üçün əvvəlki ali   təhsili və ya hal-hazırda (bir ildən az olmayaraq) işlədiyi vəzifəsi seçdiyi ixtisasa uyğun gələn şəxslər qəbul oluna bilərlər. Bu şərtlərin ödənilməsi təhsil müəssisəsində  müsabiqə komissiyası tərəfindən müəyyən edilir. 
Təkrar ali təhsil üçün sənəd qəbulu 03-31 avqust tarixlərində və yalnız onlayn formada http://kabinet.azmiu.eu ünvanı vasitəsilə həyata keçrilir.

Təkrar ali təhsil almaq istəyənlər aşağıdaki sənədləri təqdim etməlidirlər:

  • Təhsil müəssisəsi rəhbərinin adına ərizə;
  • Ali təhsili haqqında sənədin (diplomun) surəti və  qiymət kitabçasından çıxarış (diploma əlavə, 3 nüsxə) ;
  • əmək kitabçasından çıxarış;
  • iş yerindən xahişnamə-xasiyyətnamə;
  • 4 ədəd 3x4 fotoşəkil;
  • Şəxsiyyət vəsiqəsinin surəti (3 nüsxə).
  • Sağlamlıq haqqında arayış

Qeyd: Özəl  və ya xarici aıi məktəbləri bitirmiş məzunlar diplomun tanınıması barədə sənəd təqdim etməlidir

Əlavə ixtisas alanların təhsil xərclərinin miqdarı və müvafiq ixtisas üzrə əyani formada təhsil alan bir tələbəyə sərf edilən illik ödənişindən az olmamaqla ali (orta ixtisas) təhsil müəssisəsinin özü tərəfindən müəyyən edilir və bütün təhsil müddəti ərzində sabit saxlanılır. 

Memarlıq fakültəsi (əyani təhsil)
•    Memarlıq
•    Dizayn
•    Şəhərsalma

Aşağıda adları sadalanan ixtisaslar üzrə təhsil əyani və qiyabi formada həyata keçirilir.

İnşaat fakültəsi
•    İnşaat  mühəndisliyi
    Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsi
•    Kommunikasiya sistemləri mühəndisliyi
•    Meliorasiya   mühəndisliyi
•    Ekologiya  mühəndisliyi
•    Neft-qaz   mühəndisliyi
•    Elektrik və elektronika mühəndisliyi


Nəqliyyat fakültəsi
•    Yer quruluşu və daşınmaz əmlakın kadatrı
•    Geomatika və geodeziya  mühəndisliyi
•     Nəqliyyat mühəndisliyi
•    Nəqliyyat tikintisi mühəndisliyi
•    Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi


İnşaat-texnologiya fakültəsi
•    Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi
•     Sənaye  mühəndisliyi
•    Materiallar  mühəndisliyi


Tikinti-iqtisad  fakültəsi
•     İqtisadiyyat
•     Biznesin idarə olunması
•    Menencment
•    Marketinq


Mexanika və  İnformasiya  texnologiyaları fakültəsi
•    İnformasiya  texnologiyaları
•     Maşin    mühəndisliyi
•    Mexanika  mühəndisliyi
•    Prosseslerin  avtomatlaşdrması  mühəndisliyi

 

Təkrar ali təhsil ilə bağlı onlayn müraciət


Əlaqə: 
E-mail: prorektorti@azmiu.edu.az

tekrartehsil@azmiu.edu.az
Tel:    (+994 12) 539 07 45;  538 92 79

 

03-08-2021