AzMİU-nun 3 tələbəsi xaricdə təhsil almaq hüququ qazanıb

         AzMİU-nun 3 tələbəsi 2021/22-ci tədris ilində Erasmus+ Mübadilə proqramında iştirak edərək xaricdə təhsil almaq hüququ qazanıb.

         Memarlıq fakültəsinin magistrləri - Nəzrin Əhmədzadə, Nazlıxanım İbrahimli və Rəhimə Rəhdari magistr təhsillərinin növbəti bir semestrini xaricdə davam etdirəcək. Tələbələrimiz Avropa Birliyinin Erasmus+ mübadilə proqramı çərçivəsində İtaliyanın Milan Texniki Universitetində təhsil alacaqlar.

02-06-2021