AzMİU-nun əməkdaşı "Təhsildə biznes bacarıqlarının və İnnovasiyanın inkişaf etdirilməsi" üzrə keçirilən təlimdə iştirak edib

          25-27 may 2021-ci il tarixlərində ADA Universitetində keçirilən "Təhsildə biznes bacarıqlarının və İnnovasiyanın inkişaf etdirilməsi" üzrə təlimində Universitetimizi İnnovativ Biznes İnkubator mərkəzinin rəhbəri Nəsibə Əmirbəyova təmsil edib.  Təlim ADA Universiteti və Kent Universitetinin birgə əməkdaşlığı əsasında keçirilib.   3 gün davam edən təlimdə sahibkarlıq bacarıqlarının təhsilə tətbiqi barədə bir çox metodlar təklif olunub. Kent Universitetinin ASPİRE inkubasiya mərkəzində aparılan işlərin effektivliyi və bu sahədəki təcrübələri barədə məlumat veriliib.

           Sonda iştirakçılara sertifikatlar təqdim olundu.

02-06-2021