Effektiv təqdimat bacarıqları treyninqi

Təqdimat bacarıqlarının inkişaf etdirilməsi və rəqabətədavamlı əmək şəraitinə uyğun effektiv informasiya təqdimatı təcrübəsinin formalaşdırılması üçün silsilə treyninqlər elan edilir. Onlayn şəkildə təşkil ediləcək treyninqlər Universitet əməkdaşları və tələbələr üçün nəzərdə tutulub. Treyninqləri uğurla tamamlayanlara Universitet tərəfindən sertifikat təqdim ediləcək. Qeydiyyat üçün justdoit@azmiu.edu.az e-mail ünvanına əlaqə məlumatlarınızı (ad, soyad, telefon nömrəsi, çalışdığınız və ya təhsil aldğınız yer) göndərə bilərsiniz.

Son qeydiyyat tarixi: 10 may 2021-ci il

06-05-2021