Alimlərimizin məqalələri “Web of Science” bazasında indeksləşən jurnalda dərc olunub

          Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) bir qrup müəlliminin məqaləsi Web of Science beynəlxalq bazasına daxil olan  nüfuzlu  jurnallarda dərc olunub.

          AzMİU-nun Strateji inkişaf üzrə prorektoru, İnformasiya texnologiyaları və sistemləri kafedrasının dosenti, t.e.d. Ülkər Səttarovanın “Mövcud ədəbiyyatda Ali təhsil sistemində müasir tədris metodlarının təhlili” adlı məqaləsi ZBORNIK INSTITUTA ZA PEDAGOSKA ISTRAZIVANJA jurnalında dərc olunub.

          Fizika kafedrasının müdiri, professor Adil Abdullayevin “Boru daxilində doymamış mayenin kritikdən aşağı təzyiqlə axması zamanı istilik ötürmə əmsalının tədqiqi” adlı məqaləsi MODERN PHYSICS LETTERS B jurnalında dərc olunub. Həmçinin A. Abdullayev, kafedranın dosenti  Valik Əhmədov və assistent Aidə İsayevanın həmmüəllifliyi ilə yazılmış “Amorf maqnityumşaq (CoFe)75Si10B15 ərintisindən hazırlanmış lentlərdə maksimal maqnit nüfuzluğuna termik emal parametrlərinin təsiri” və kafedranın dosenti  Dilarə Qafarovanın “InGaTe2 zəncirvari yarımkeçiricinin sintezi, rentgen quruluş analizi və elektron quruluşu” adlı məqalələri  INTERNATIONAL JOURNAL OF MODERN PHYSICS B jurnalında çap olunub. Kafedranın digər dosentləri Hüseynağa Hüseynovun “Yarımparabolik kvant çuxurunda termoelektrik hərəkət qüvvəsinin histerezisi” məqaləsi THIN SOLID FILMS jurnalında, dosent Təbriz Şamilovun “Silindrik sürüşmə dalğalarının xüsusi problemlərinin həlli (sabit kəmiyyətlərin paylanması halında γ-α+2˃0 və α=β)” adlı məqaləsi isə NEWS OF THE NATIONAL ACADEMY OF SCIENCES OF THE REPUBLIC OF KAZAKHSTAN-SERIES PHYSICO-MATHEMATICAL jurnalında dərc olunub.

       Universitetin Kimya kafedrasının dosenti Tamilla Zeynalovanın “Bis (1,5-siklooktadien) Ni (0) Ni (COD)2 kompleksinə C–H turşularının oksidləşdiricisinin əlavə edilməsi” adlı məqaləsi THEORETICAL AND EXPERIMENTAL CHEMISTRY, Geomatika kafedrasının müdiri, dosent Saçlı Qəniyevanın  kafedranın dosenti Eldar Qurbanovla həmmüəllif olaraq yazdığı “İqlim dəyişmələri şəraitində Kür-Araz ovalığında yarımsəhra-bitkilərinin yeraltı kök kütləsinin mövsümi dinamikası” adlı məqaləsi isə Web of Science beynəlxalq bazasında indeksləşən THEORETICAL AND EXPERIMENTAL CHEMISTRY jurnalında dərc olunub.

         Mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının baş müəllimi Aynurə Bayramovanın “CuIn5S8 kristallarında optik həyəcanlanmanın yüksək səviyyəsində  fotolüminessensiyası xüsusiyyətləri və fotocərəyanın nanosaniyəli rebaksasiyası” adlı məqaləsi OPTICS AND SPECTROSCOPY jurnalında dərc olunub.

 

04-05-2021