Memarlıq fakültəsinin tələbələri üçün onlayn təlim

          Lissabon Texnik Universitetinin magistr tələbəsi Aydan Ağabəyli Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq fakültəsinin tələbələri üçün onlayn təlim keçib. “BIM nədir?” adlanan təlimdə 60 tələbə iştirak edib.

          A.Ağabəyli təlimdə əsas məqsədinin tələbələri müəyyən obyektlərin layihələndirilməsinin, tikintisinin keyfiyyət və səmərəliliyini artıran yeni BİM texnologiyalarının xüsusiyyətləri, tətbiqi ilə bağlı məlumatlandırmaq və fikir mübadiləsi aparmaqdan ibarət olduğunu vurğulayıb. O, gənc memarları bu gün bütün dünyada tətbiq olunan BIM texnologiyaları ilə tanış edib, bu texnologiyanın tətbiqinin üstünlüklərindən danışıb.

           Məlumat üçün qeyd edək ki, A.Ağabəyli AzMİU-nun Memarlıq fakültəsini bitirib, magistr təhsilini AzMİU-nun xətti ilə Erasmus proqramı çərçivəsində Lissabon Texnik Universitetində alıb. Hazırda o, adıçəkilən universitetdə BIM texnologiyaları üzrə ikinci magistr təhsili alır.

 

28-04-2021