Tələbələrimizin buraxılış işləri MOOSAO-nun diplomlarına layiq görülüb

           MOOCAO-nun rəhbərliyi və Moskva Memarlıq İnstitutunun təşkilatçılığı ilə Memarlıq və dizayn üzrə buraxılış işlərinin XXIX onlayn baxış-müsabiqəsi keçirilib. Müsabiqəyə Rusiya, Qazaxıstan, Moldova, Ermənistandan yüzlərlə iştirakçı qatılıb.

           Müsabiqədə Azərbaycan Memarlıq və İnşaat Univeritetinin  Memarlıq fakültəsinin bakalavar və magistr səviyyəsi si üzrə təhsil alan tələbələri də iştirak edib. Tələbələrimizin buraxılış işləri yüksək qiymətləndirilib, MOOCAO-nun 1-ci  (8 iş) və 2-ci (19 iş) dərəcəli diplomlarına layiq görülüb. Bakalavr tələbəmiz Təhmasib Mollaeyyublu və  magistr Məryəm Rəhimlinin işləri isə Moskva Memarlıq İnstitutunun əlavə diplomunu qazanıb.  

           Yekun iclasda müsabiqənin gələn il Tambov şəhərində keçirilməsi  qərara alınıb. 

 

 

27-04-2021