Azərbaycan Memarlıq və İnşaat Universiteti 2021-ci il May ayının 21-22 tarixlərində İşğaldan azad olunmuş ərazilərdə fövqəladə hal riskləri mövzusunda  Respublika Elmi-texniki  Konfransı  keçiriləcək

          Konfransda  Ermənistanın işğalından azad olunmuş Azərbaycan ərazilərində aşağıdakı sahələr üzrə yaranmış risklər və onların idarə olunmasına  aid  mövzularda məruzələr müzakirə olunacaqdır:

     

  1. Memarlıq abidələri və tarixi-arxeloji obyektlər üçün yaranmış risklər 
  2. Hərbi əməliyyatlar və ərazilərin minalanması nəticəsində yaranmış risklər
  3. Ekoloji mənşəli təhlükəli risklər
  4. Ermənistan tərəfindən aparılan dag-mədən işlərindən yaranmış  risklər
  5. Meşələrin yandırılması nəticəsində fauna və flora üçün yaranmış risklər
  6. Su resursları və hidrotexniki qurğular üçün yaranmış  risklər

 

  1. Konfransın Proqramına  orijinal tədqiqatların nəticələri və xülasələr daxil ediləcəkdir
  2. Tezislərin tərtibatına tələbatlar: Konfransın genişləndirilmiş məruzə tezisləri  dərc olunacaqdır.  Məruzə tezisləri  həcmi -2 səhifəyədək ,  1.5 intervalda, 14 şriftlə (Times New Roman),  A4 formatda (soldan 3 sm, sagdan 1.5 sm, yuxarıdan 2.5 sm, aşağıdan 2 sm ) elektron formatda   Azərbaycan dilində qəbul olunur.  Məruzənin başlığı böyük hərflərlə , müəlliflərin adı,  soyadı və iş yerlərinin adı ardıcıl sətirlərdə kiçik hərflərlə göstərilir. Elektron versiya E-mail vasitəsilə və ya diskdə təqdim oluna bilər.
  3. Tezislərin qəbulu və əlavə məlumatların verilməsi  AzMİU-nun 2-ci korpusu, 10-cu mərtəbə, 2001-ci otaq,  məsul katib Aytən Əhmədova

          Telefonlar:  +99412-5390775 (5-30), +99450-3207816,

          E-mail: conference.21@mail.ru

          Məruzə tezislərinin təqdim olunması üçün son tarix:  10 may 2021-ci il

14-04-2021