“SABAH qrupları” layihəsi Nobel festivalının tərəfdaşıdır

          Təhsil Nazirliyinin “SABAH qrupları” layihəsinin tərəfdaşlığı ilə “Gələcəyi ixtira edərkən” adlı II Orta Asiya Nobel Festivalı (Central Asia Nobel Fest) keçiriləcək. Nobel mükafatı laureatları Azərbaycandan və Mərkəzi Asiyadan olan tələbələr üçün həvəsləndirici video çəkməyi, həmçinin gənc tədqiqatçıları II Nobel Festivalında və Nobel Mühazirələri Həftəsində iştiraka dəvət etməyi qərara alıblar.

          2 hissədən ibarət olan, Nobel mükafatı laureatlarının və görkəmli alimlərin iştirakı ilə planlaşdırılan onlayn elmi simpozium  7-9 və 12-16 aprel tarixlərində baş tutacaq.

          Qeyd edək ki, Orta Asiya Nobel Festivalı hər il 40 ölkədən minlərlə tələbə və professoru, 5 Nobel mükafatçısını, 3 İnkişaf Mükafatı laureatını, onlarla dünya alimini, eləcə də tanınmış mütəxəssisləri, beynəlxalq təşkilatların rəhbərlərini və əsas mütəxəssisləri bir araya gətirən misilsiz bir elmi və təhsil tədbiridir.

          Festival çərçivəsində alimlər bütün Orta Asiya və Qafqazdan olan elmi ictimaiyyət və tələbələr üçün çıxış edəcəklər.

          Çıxışları izləmək üçün qeydiyyat linki: https://nobel-fest.inpolicy.net/phone/index.html

 

05-04-2021