AzMİU-da "İşğaldan azad olunmuş ərazilərdə mühəndis infrastrukturunun yenidən qurulma məsələləri" mövzusunda konfrans

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunan ərazilərimizdə dağıdılmış mühəndis infrastrukturunun, tarixi və mədəniyyət abidələrinin müasir texnologiyalar əsasında yenidən qurulması işlərində Universitetimizin alimlərinin yaxından iştirakını təmin etmək məqsədilə AzMİU, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Azəriqaz İB, Azəristiliktəchizat ASC və AR Memarlıq və İnşaat Elminin İnkişafına Yardım Xeyriyyə Fondunun birgə təşkilatçılığı ilə 10-11 mart 2021-ci il tarixində AzMİU-da “İşğaldan azad olunmuş ərazilərdə mühəndis infrastrukturunun yenidən qurulma məsələləri” mövzusunda Respublika elmi-praktik konfrans keçiriləcək.


Konfrans asağıdakı bölmələr üzrə fəaliyyət göstərəcək:
 

1. İşğaldan azad olunmuş ərazilərdə tarixi və mədəniyyət abidələri.
2. Qarabağın yaşayış məntəqələrinin memarlıq planlaşdırılması və yenidən qurulması.
3. Mühəndis kommunikasiya sistemlərinin həlli yolları.
4. Su təsərrüfatı və meliorasiya sistemlərinin bərpası.
5. Yol infrastrukturunun yenidən qurulması.
6. Müasir telekommunikasiya sistemləri, onların bərpası və yenidən qurulması.
7. Ərazinin ekoloji problemləri və onların həlli yolları.
8. Ərazinin bərpasında iqtisadi və texnoloji məsələlər.

Konfrans materialları toplu şəklində çap ediləcək.

Materialların qəbulu 01 mart 2021-ci ilə qədərdir.

Göndərilmiş materiallar antiplagiat proqramından keçiriləcək.

Konfrans materiallarını aşağıdakı elektron ünvanlara göndərməyiniz xahiş olunur:
 g.feyziyeva@mail.ru
 hamlet1188@mail.ru

TƏŞKİLAT KOMİTƏSİ

 

25-01-2021