AzMİU-da payız semestrinin imtahan sessiyasına hazırlıq prosesi yekunlaşıb 

    
          2020/2021-ci tədris ilinin Payız semestrinin imtahan sessiyasına hazırlıq prosesi tam yekunlaşmaq üzrədir. Bu semestr onlayn formada keçiriləcək imtahanlarda işlərin daha səmərəli qurulması məqsədilə proktorlar qrupu yaradılıb. Universitetin kafedra və şöbələrində çalışan gənc administrativ heyətin tərkibindən 80-a yaxın işçi bu prosesə cəlb olunub. İKT Mərkəzi tərəfindən onların hər birinə treninqlər keçirilib. Universitet səviyyəsində imtahan prosesinə nəzarət sistemində də təkmilləşmələr aparılıb. İmtahanların təşkili prosesi və qaydaları öncədən tələbələrin şəxsi kabinetlərinə göndərilib. Pandemiyanın tədrisdə yaratdığı çətinliklər, Vətən Müharibəsi dövründə onlayn dərslərin təşkilində yaranmış texniki problemlər səbəbi ilə dərslərə qoşula bilməyən tələbələr üçün müəyyən güzəşlər tədbiq olunub. AzMİU-nun Elmi Şurasının iclasında ötən imtahan sessiyasında olduğu kimi, bu imtahan sessiyasında da tələbələrin xeyrinə müəyyən qərarlar qəbul edilib.     
İmtahanlarda şəffaflığı, obyektivliyi təmin etmək məqsədi ilə Apellyasiya Qərargahı yaradılıb. Mövcud şəraitə uyğun olaraq Qərərgaha daxil olan elektron müraciətlər, tələbələrin şikayətləri qısa müddətdə çevik şəkildə araşdırılacaq və lazımi tədbirlər görüləcək . Qeyd edək ki, distant formada keçirilən imtahanlar yanvarın 11-dən start götürəcək və fevralın 15-də sona çatacaq.
          Artıq 2020/2021 tədris ilinin Payız semestrinə yekun vurulub. Vətən müharibəsində iştirak edən əsgər-tələbələrimizə imtahan, buraxılış işlərinin müdafiəsi və yekun attestasiyalar təşkil olunub. Tələbələrimiz həm vətən qarşısında əsgəri borcunu yerinə yetirib, həm də universiteti bitirərək bakalavr diplomu alıblar.

07-01-2021