“Heydər Əliyev və Azərbaycanın milli iqtisadi inkişaf modeli” adlı monoqrafiya çap olunub

       Azərbaycan Memarlıq və İnşaat Universitetinin(AzMİU) Tikinti-iqtisad fakültəsinin nəzdində “Biznesin iqtisadiyyatı və menecment” kafedrasının müdiri, professor Məhəbbət Məmmədovun elmi redaktorluğu  ilə işıq üzü görüb. 

       Monoqrafiyada müstəqil dövlətimizin qurucusu Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi, hazırda ölkə prezidenti İlham Əliyev tərəfindən yaradıcılıqla inkişaf etdirilən Azərbaycanın milli iqtisadiyyatının inkişaf modelinin çoxşaxəli strategiyasının formalaşması mərhələləri, xarakterik cəhətləri, müasir dövrdə ölkəmizin iqtisadiyyatının davamlı sosial-iqtisadi inkişafını təmin edən amillər və prespektiv inkişafının prioritetləri araşdırılır.

12-12-2020