Onlayn dərslərlə bağlı treninqlər uğurla davam edir

        İKT mərkəzi tərəfindən Universitetin akademik heyətinin texniki biliklərinin artırılması üçün nəzərdə tutulmuş onlayn dərslərin keçirilməsində effektivliyin arıtılmasına yönəldilmiş təlimlər uğurla davam etməkdədir. Təlimlərin 12-15 oktyabr tarixlərində  gündə bir dəfə keçirilməsi nəzərdə tutulmasına baxmayaraq müraciətlərin çoxluğunu nəzərə alaraq treyninqlərin hər gün iki növbədə təşkil edilməsinə qərar verilmişdir. Qeyd edək ki, treyninqlərdə 80-dən çox müəllim iştirak etmişdir və təlimlər zamanı Elektron Universitet sisteminin Onlayn dərslər modulundakı yeniliklər iştirakçıların nəzərinə çatdırılmış, o cümlədən tədrisin distant şəkildə aparılması üçün tətbiq olunan proqram təminatlarından istifadə vərdişləri təkmilləşdirilmişdir. Pandemiya şəraitini nəzərə alaraq təlimlər zamanı təhlükəsizlik qaydaları ciddi şəkildə gözlənilmiş, sosial məsafənin qorunması və qoruyucu maskadan istifadə təmin edilmişdir.

15-10-2020