Abituriyentlərin nəzərinə! AzMİU-da sənəd qəbulu onlayn keçirilir

      Qeydiyyat linkinə sürətli keçid:     http://bit.ly/azmiuqebul2020

     Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU)  2020/2021-ci tədris ili üzrə I kursa daxil olmuş tələbələrin sənəd qəbulu prosesi online şəkildə həyata keçiriləcək. AzMİU-nun bakalavriat səviyyəsinə qəbul olmuş şəxslər Dövlət İmtahan Mərkəzinin müəyyən etdiyi müddətdə sənədlərini elektron qaydada Universitetə təqdim etməlidirlər.
      Ölkədəki sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq tələbələrin təhsil müəssisələrində qeydiyyat prosesinin elektron qaydada keçirilməsi məqsədi ilə Təhsil Nazirliyi tərəfindən Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemində qeydiyyat platforması yaradılıb. Bu məqsədlə birinci tədris ili tələbələrindən 25 sentyabr 2020-ci il tarixindən 7 oktyabr 2020-ci il tarixinədək   AzMİU-nun rəsmi səhifəsinə (azmiu.edu.az) daxil olaraq, aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər:

           http://bit.ly/azmiuqebul2020

      Elektron qeydiyyat prosesində təhsil sisteminə daxil olan birinci tədris ili tələbələri sırasından olan sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələr müəyyən ediləcək və həmin tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi üçün informasiya sisteminə təkrar müraciət etmələrinə ehtiyac yaranmayacaq.

       Müəyyən olunmuş müddətdə abituriyentin qeydiyyatdan keçməməsi müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək.

Əlaqə:(012) 538 94 63  (Sənəd qəbulu komissiyası)

E-mail:  surxay52@mail.ru  

Facebook: https://www.facebook.com/azerbaycan.memarliq.inshaat.universiteti

01-10-2020