İKT Mərkəzi təlimləri davam etdirir


          Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 2020/2021-ci tədris ilində distant (məsafədən) təhsilin təşkilində qarşıya çıxacaq problemlərin qarşısını almaq məqsədilə keçirilən təlimlər yeni tədris ilindən davam etdirilir. Avqust ayından start götürən təlimlər Universitetin İKT mərkəzi tərəfindən aparılır. Mərkəzin əməkdaşları pandemiya dövründə Zoom platformasından istifadədə çətinlik çəkən, əsasən, yaşlı müəllimlərə lazımi köməklik göstərir, bütün kafedalar üzrə onlayn dərsləri apara bilməyən müəllimlərin iştirakı təmin olunur.

          Məlumat üçün qeyd edək ki, sentyabrın 12-də keçirilən təlimdə 75 müəllim iştirak edib, onlardan bəziləri təkrar təlimlərə qoşulub. Ümumilikdə bu günə qədər 250-dən çox müəllim təlimlərə qoşulub.

16-09-2020