AzMİU-nun müəllimi regional layihədə qalib olub

          Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) startupçısı Ramin Əkbərov EU4Climate regional layihəsi çərçivəsində “Özün Yarat” müsabiqəsində “Plastik”  kateqoriyası üzrə qalib olub.

         Avropa İttifaqının maliyyələşdirdiyi və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstək verdiyi layihə BMT-nin  İnkişaf Proqramı tərəfindən həyata keçirilib. Müsabiqənin sonunda R.Əkbərovun  “Drop by Drop”  layihəsi pul mükafatı və qiymətli hədiyyələrlə dəyərləndirilib.

        Qeyd edək ki, R.Əkbərov  AzMİU-nun İnşaat - texnologiya fakültəsinin gənc müəllimidir.

15-09-2020