Bütün tam ştatda işləyən müəllimlərin nəzərinə!

     Növbəti təqvim ili üçün ənənəvi olaraq Universitetimizdə “Daxili qiymətləndirmə” sistemi vasitəsi ilə tam ştatda olan müəllimlərin maaşına əlavə məbləğ veriləcək.
     Qiymətləndirmə sistemində 3 blok əsas götürülür: tədris səviyyəsi, elmi potensial və metodik fəaliyyət.
Müəllimlər formanı doldurub  sp.azmiu@gmail.com  ünvanına göndərməlidirlər. 
Sübutedici sənədləri isə toplayıb Strateji planlaşdırma şöbəsinə təqdim etməlidirlər.  Sənədlər formada göstərilən bütün kriteriyalara uyğun olmalıdır. 
     Formanı yükləmək üçün universitet saytında:
Universitet Strateji planlaşdırma şöbəsi Daxili qiymətləndirmə bölümünə daxil olmalıdırlar. 
     Ən yüksək nəticə göstərən müəllimlər 1 il boyunca öz maaşlarına əlavə maddi məbləğ əldə edəcəklər. 
     Əlavə suallarınız üçün Strateji planlaşdırma şöbəsi, əsas korpus 312-ci otağa və yaxud 6-09 nömrəsinə zəng edərək müraciət edə bilərsiniz.
Formalar elektron variantda  oktyabr  ayının  15-dən noyabr  ayının  15-dək təhvil verilməlidir. Bu tarixdən sonra sənədlərə cari tədris ilində baxılmayacaq.

https://docs.google.com/document/d/1V1WPvl6b_7UlKIcRpvix6Pday7Bd7TYc/edit    

22-10-2019