Tələbəmizin uğuru: Akif Başoğlu MÜSİAD dərnəyinin sədri seçildi

Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbəsi Akif Başoğlu Gənc Müstəqil Sənayeçi və İş Adamları (MÜSİAD) dərnəyinin sədri seçilib. 

Hazırda AzMİU-nun magistratura pilləsində təhsil alan tələbəmiz Akif Başoğlu bakalavriat pilləsini də 2019/2023-cü illərdə Memarlıq fakültəsinin memarlıq ixtisası üzrə alıb.  

Təhsil aldığı müddətdə universitet və respublikanın ictimai həyatında fəal iştirak edən Akif Başoğlu təlim-tərbiyəsi ilə də öz həmyaşıdlarından fərqlənməyi bacarıb. 

Tələbəmizi təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq.
 

29-04-2024