“Creative Spark Big Idea Challenge” müsabiqəsi müraciətlər üçün artıq AÇIQDIR!

Creative Spark proqramı çərçivəsində Britaniya Council 2022-ci ildə “Creative Spark Big Idea Challenge” müsabiqəsini yenidən keçirir.

Creative Spark Big Idea Challenge, sizi yenilikçi bir ‘startup’ inkişaf etdirməyə və dünyaya bu barədə video müraciətlə məlumat verməyə imkan yaradır. İstər bir biznes, istərsə də inanılmaz bir yaradıcılıq layihəsi və ya dünyanı daha yaxşı bir yerə çevirmək üçün fikir “Creative Spark Big Idea Challenge” yarışması vasitəsilə gerçəkləşə bilər.

Siz müraciətinizi təqdim edərək, böyük ideyanız üçün 1.000 funt sterlinqə qədər qrant maliyyələşdirmə, intensiv biznes dəstəyi və beynəlxalq mentorluq qazanmaq şansına sahib ola bilərsiniz. 3 yarışma kateqoriyası üzrə (Rəqəmsal Texnologiya, Sosial Təsir və Yaradıcılıq) fərqli ideyalara bərabər şans verilir.

18-35 yaş aralığında ideyası olan gənclər qeydiyyatdan aşağıdakı link vasitəsilə keçə bilərlər:

http://creativespark-bigidea.uk .

CSBIC barədə əlavə məlumat almaq istəyənlər AzMİU, I korpus, 113 nömrəli otağa müraciət edə bilərlər.

21-02-2022