Əcnəbi vətəndaşların hazırlığı fakültəsi

     Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Əcnəbi Vətəndaşların Hazırlığı Fakültəsinin (ƏVHF) 1984-cü ildə Azərbaycan Respublikası Maarif  Nazirliyinin sərəncamına əsasən yaradılmış  ali təhsilə qədərki tədris müəssisəsidir. Ötən illər ərzində fakültədə dünyanın təqribən 60-dan cox ölkəsinin – Avropa və Afrika, Yaxın Şərq və Latın Amerikası, Asiya və MDB ölkələrinin 3000-dən artıq vətəndaşı təhsil almış və onlara sertifikat verilmişdir.
     ƏVHF əsas vəzifəsi xarici ölkələrdən olan tələbələri AzMİU-da və Azərbaycanın digər ali təhsil ocaqlarında, bakalavr və magistr dərəcələri üzrə təhsil almaları üçün hazırlamaqdır.
     Tədris müddətində  Azərbaycana gələn əcnəbi vətəndaşların  yeni  dil mühitinə uyğunlaşması, ali məktəbin  baza fənlərinin öyrənilməsinə hazırlıq baxımından ilk addımıdır. 
     Tədris Azərbaycan, Rus və İngilis dillərində ən yeni dərslik və dərs vəsaitləri əsasında və təhsilin müasir metodikasına əsaslanaraq  aparılır.
     Fakültədə aşagıdakı istiqamətlər üzrə peşəkar hazırlıq aparılır: memarlıq, dizayn, mühəndis-texniki, inşaat-iqtisadiyyat, tibbi-bioloji, humanitar. Dillərlə yanaşı tələbələrə seçdikləri ixtisasa uyğun olaraq riyaziyyat, informatika, fizika, kimya, biologiya, iqtisadi və sosial coğrafiya, rəsmxət, rəsm fənləri tədris edilir.
     ƏVHF-da təhsil müddəti bir tədris ilidir: I semestr – 16 həftə; II semestr – 16 həftə.
     Tədris ilini uğurla bitirən əcnəbi vətəndaşlara AzMİU-da, həmçinin Azərbaycanın digər ali məktəblərində seçdikləri ixtisas üzrə təhsillərini davam etdirmək hüququ verən şəhadətnamə təqdim olunur.
     Eyni zamanda magistr və doktorantlar  üçün Azərbaycan, Rus və İngilis dillərində dil hazırlığı  kursları fəaliyyət göstərir. Bu kurslarda təhsil müddəti 6-9 aydır. İmtahanları müvəffəqiyyətlə verən tələbələrə sertifikat təqdim olunur.
     2018-ci ildən etibarən ƏVHF-da Lester Universiteti (Böyük Britaniya) tərəfindən akkreditə olunmuş İngilis dili kursu fəaliyyət göstərir.
     Tədris ilə yanaşı müxtəlif auditoriyadankənar işlər – şəhər və şəhərkənarına (Qobustan, Qala və s.) turlar,  muzey və sərgilərə ekskursiyalar, tematik gecə və konsertlər, tələbələrin konfranslarda iştirakları təşkil olunur. Tədris və auditoriyadankənar işlərin birgə təşkili  dinləyicilərə Azərbaycan, onun tarixi, mədəniyyəti və insanları haqqında daha cox məlumat almağa kömək edir, bu da təlim-tərbiyə prosesində gənclər arasında  tolerantlığın təbliğinə imkan yaradır.
     ƏVHF – də təhsil müqavilə əsasındadır. Təhsil haqqı tədris ilinin əvvəlində ödənilir. 

Fakültə haqqında. Memarlıq fakültəsi öz köklü ənənələrinə görə universitetimizdə və memarlıq ixtisasını tədris edən digər ali məktəblər arasında həmişə seçilmişdir. Fakültə Memarlıq və dizayn ixtisasları üzrə bakalavr və magistr təhsili pilləsində mütəxəssislər hazırlayır. Fakültənin professor-müəllim heyətinin böyük əksəriyyəti memarlıq layihələndirilməsi- şəhərsalma, dizayn, abidələrin bərpası sahəsində respublikanın tanınmış mütəxəssisləri və alimləridir. Hal - hazırda fakültədə AMEA-nın 1 müxbir üzvü, 12 memarlıq doktoru, 17 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent öz dərin nəzəri və praktik biliklərini tələbələrimizlə paylaşır. Onlardan 2 nəfəri «Şöhrət» ordeni laureatı, 12 nəfəri respublikanın əməkdar memarı, 1 nəfəri isə Respublika Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülmüşdür.

Fakültənin 21 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent, baş müəllim və müəllim olmaqla 122 üzvü vardır.

Fakültədə təhsil. Fakültəyə daxil olmaq istəyən abituriyentlər qabiliyyət seçimindən sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul (test) imtahanlarında iştirak edir və universitetdə rəsm və rəsmxətdən qabiliyyət imtahanı verirlər.

Yaranma tarixi. Memarlıq fakültəsinin 90 ildən artıq yaşı vardır.

İlkin olaraq indiki Neft Akademiyasının nəzdindəki İnşaat fakültəsinin tərkibində Memarlıq bölməsi kimi mövcud olmuşdur. 1968-ci ildə inşaat fakültəsindən memarlıq bölməsinin ayrılması nəticəsində memarlıq fakültəsi yaradılmışdır. Memarlıq fakültəsində 2 istiqamətdə memarlıq və dizayn sahəsi üzrə tədris olunan fənlərin elmi-təcrübi fəaliyyətinin əsas məqsədi layihələndirmə prosesinin mənimsənilməsinə yönəldilmişdir. Fakültənin bakalaviatura, magistratura və doktorantura bölməsində hər bir istiqamətdə olan ixtisaslar üzrə kadr hazırlığı aparılır. Fakültəni bitirən mütəxəssislər memarlıq, şəhərsalma, ətraf mühitin dizaynı, tarixi abidələrin bərpası, dizayn və s. sahələrdə səmərəli fəaliyyət göstərirlər.