Nəqliyyat fakültəsi

  


Fakültə haqqında

Professor-müəllim heyəti: 7 professor, 39 dosent, 25 baş müəllim,  5 assistent

Təhsil alanlar: Ümumi tələbələrin sayı 1007 nəfərdir ki, bunlardan, 858 nəfər əyani, 149 nəfər qiyabi təhsil alır.

Nəqliyyat fakultəsi 1975-ci ildə yaradılmışdır. Fakultə ilk dövrlərdə “Yol inşaat” fakültəsi adlanmışdır. Yaradıldığı ildən başlayaraq fakültəyə ardıcıl olaraq professor R.M.Əliyev (1975-1976), N.Ə.İsrafilov (1976-1986), dosentlər R.Q.Əskərbəyli (1986-1996), F.M.Cəfərov (1997-2000), Y.M. Piriyev (2000-2013) rəhbərlik etmişlər.

Fakültə nəzdində 4 kafedra fəaliyyət göstərir, bunlardan ikisi ixtisas kafedrasıdır:

1. “Nəqliyyat və logistika”

2. “Geomatika”

3. “Fövqaladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi”

4. “Fizika və kimya”

 

Fakültədə təhsil

Fakültəyə daxil olmaq istəyən abituriyentlər Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul (test) imtahanlarında iştirak edir. Fakültədə təhsil Azərbaycan dilində aparılır. Fakültənin idarəetmə orqanları Elmi Şura və dekanlıqdır. Fakültə Elmi Şurasının tərkibi 12 nəfərdən ibarətdir (2 nəfər elmlər doktoru, professor, 6 nəfər elmlər namizədi, dosent, 2 nəfəri baş müəllim, 2 nəfər tələbə). Fakültə Elmi Şurasına fakültənin dekanı dosent Yusifzadə Elçin Nazim oğlu rəhbərlik edir. “Nəqliyyat” fakültəsi dekanlığında bakalavriat səviyyəsində 5 ixtisas üzrə mütəxəssis hazırlığı aparılır.

Tədrisin təşkili

Dərslər mühazirə, seminar, laboratoriya, kurs layihəsi, kurs işi formasında təşkil edilir. Semestr imtahanları universitet tərəfindən mərkəzləşdirilmiş monitorinq, test üsulları və kafedrada xüsusi proqram vasitəsilə keçirilir. 

Tələbənin biliyi maksimum 100 balla qiymətləndirilir. Bundan 50 balı tələbə semestr ərzində, 50 balı isə imtahanda toplayır. Semestr ərzində toplanan 50 bala aşağıdakılar aiddir:

dərsə davamiyyətə görə  - 10 bal

sərbəst işə görə - 10 bal

məşğələ, seminar və ya laboratotiya dərslərinin nəticələrinə görə - 30 bal

Əgər fənn üzrə kurs işi (layihəsi) nəzərdə tutulubsa, onda məşğələ (seminar) və laboratoriya dərslərinə görə 20 bal, kurs işinin (layihəsinin) hazırlanması və müdafiəsinə görə 10 bal verilir. 

Tələbənin imtahanda topladığı bal, 17 baldan aşağı olmamalıdır. Fənn üzrə ayrılmış bütün saatların 25%-dən çoxunda iştirak etməyən tələbə həmin fənnin imtahanına buraxılmır. 

Fənn üzrə semestr ərzində toplanmış balın yekun miqdarına görə tələbənin biliyi Avropa Kredit Transfer Sisteminə (AKTS) görə aşağıdakı kimi qiymətləndirilir:

51 baldan aşağı

- "qeyri-kafi"  (F)

51-60 bal

- "qənaətbəxş"  (E)

61-70 bal

- "kafi" (D)

71-80 bal

- "yaxşı" (C)

81-90 bal

- "çox yaxşı" (B)

91-100 bal

"əla" (A)

4-cü kurs tələbələri, sonuncu (VIII) semestrdə müvafiq ixtisaslara aid müəssisə və qurumlarda təyin edilmiş təcrübə rəhbərinin nəzarəti ilə 14 həftəlik Texnoloji İstehsalat təcrübəsi keçir və sonda 100 ballıq sistem üzrə universitetdə yaradılmış komissiya tərəfindən qiymətləndirilir.

Tələbələr Yekun attestasiya üzrə Dövlət imtahanını verərək və ya buraxılış işini müdafiə edərək universiteti bitirmiş hesab edilir. 

Müvafiq ixtisaslar üzrə təhsil alan tələbələr təhsil aldığı müddətdə hər hansı fənn üzrə semestr imtahanını müvəffəqiyyətlə vermədiyi halda, akademik borc yaranır. Akademik borcun ləğv edilməsi üçün tələbənin dekanlığa müraciəti əsasında müvafiq semestr üzrə fərdi və alt qruplar üzrə dərslərdə iştirak edir və semestrin sonunda imtahan təşkil edilir. “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli, 348 nömrəli qərarında dəyişikliklər edilməsi barədə 3.2.14 bəndinə əsasən akademik borcun ləğv edilməsi üçün tələbənin dekanlığa müraciəti əsasında uyğun semestr üzrə müvafiq fənnin kreditinin 25 % ödənişilə təkrar imtahan verərək akademik borcunu ləğv etməsi imkanı mövcuddur.

Təhsil haqları

Əyani şöbədə təhsil alan tələbələr üçün illik təhsil haqqı 2000 AZN, qiyabi şöbədə təhsil alan tələbələr üçün isə illik təhsil haqqı 1700 AZN təşkil edir. Dövlət sifarişi və  ödənişli əsaslarla təhsil almalarından asılı olmayaraq, əyani formada təhsil alan tələbələr, semestr imtahanları üzrə onların ümumi orta müvəffəqiyyət göstəricilərindən (ÜOMG) asılı olaraq, adi (aylıq 100 AZN), zərbəçi (aylıq 145 AZN), əlaçı (aylıq 175 AZN) təqaüdlə təmin edilir.

Fakültədə ixtisaslar üzrə mütəxəssis hazırlığı aşağıdakı kimi aparılır:

1. 050710–Yerquruluşu və daşınmaz əmlakın kadastrı

2. 050612–Geomatika və geodeziya mühəndisliyi

3. 050621 –Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi

4. 050632 –Nəqliyyat mühəndisliyi

5. 050633 –Nəqliyyat tikintisi mühəndisliyi

6. 050614- Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi

 

Əməkdaşlıq etdiyimiz Beynəlxalq Əməkdaşlar və Təşkilatlar


1. Xarkov Milli Avtomobil Yolları Universiteti   (www.khadi.kharkov.ua)

2. Slovakiya Kositse Texniki Universiteti 

3. Yıldız Texniki Universiteti

4. Azərbaycan Avtomobil yolları Dövlət Agentliyi

5. "Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzi" MMC

6. "AzVİRT" MMC

7. Bakı Metropoliteni QSC

8. "Gidrotransproyekt" Elmi Tədqiqat Mərkəzi MMC

9. "Körpü-Bina-Tikinti" MMC

10. Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti

11. Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı

12. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti

13. Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti

14. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyi

15. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi

16. "FHN" Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin "Azərdövlətlayihə" Dövlət Baş Layihə İnstitutu

17. "GeoProbe" MMC

18. "GEOİD" MMC

19. "GEOTOTAL" MMC

20. Avro-Asiya İnşaat Korporasiyası "EVRASCON" ASC

21. "Azərinşaatlayihə" DBL-KTİ

 

Karyera imkanları

Fakültəni bitirən mütəxəssislər Daşınmaz əmlakın kadastrı, Geomatika və geodeziya mühəndisi, Nəqliyyat texnologiyaları mühəndisi, Yol, Körpü, dəmir yolu  tikintisində və s. bu kimi sahələrdə çalışa bilərlər.  

“Nəqliyyat və Logistika” kafedrası

Kafedranın əsası 1950-ci ildə Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsinin nəzdində “Yolların tikintisi və istismarı” kafedrası adı ilə qoyulmuş, 1976-cı ildən həmin adla AzMİU-nin tərkibində fəaliyyət göstərmiş və 1977- 1996-cı illərdə “Avtomobil yolları, körpülər və tunellər” kafedrası adlandırılmışdır. 1996-cı ildən kafedra buraxılış ixtisaslarına uyğun olaraq “Nəqliyyat yolları, körpülər və tunellər” adlanmağa başlamışdır. 2009-cu ildən "Nəqliyyat tikintisi və yol hərəkətinin təşkili" kafedrası adlandırılmışdır. Müxtəlif illərdə kafedraya professor R.M.Əliyev (1976-1985), dosent Y.M.Piriyev (1985-2000) rəhbərlik etmişlər. Kafedra əməkdaşlarının hazırladıqları yeddi dərslik, dərs vəsaiti və bir neçə metodik vəsait nəşr olunaraq tələbələrin istifadəsinə verilmişdir. Kafedranın elmi fəaliyyətinin əsas istiqaməti nəqliyyat yollarının və bu yollarda olan mühəndis layihələndirilməsi, tikintisi və istismarı ilə bağlı texniki məsələlərin həllinə yönəlmişdir. 

Kafedra əməkdaşlarının büyük bir qismi TRASEKA proqramı çərçivəsində tarixi “İpək yolu”nun bərpası üzrə layihələrdə fəal iştirak edirlər. Bundan əlavə kafedra əməkdaşları 1999-cu ildə respublikamızda “Yol haqqında” qanunun hazırlanması üçün Milli Məclis tərəfindən yaradılmış işçi qrupunun tərkibində fəal iştirak etmişlər. Kafedranın MDB və xarici ölkələrin ali məktəbləri ilə əlaqələri bu gün də davam etməkdədir. 2021-ci ilin sentyabr ayından yeni standartlara müvafiq ixtisas hazırlığının tələblərinə uyğun olaraq kafedranın adı dəyişdirilərək "Nəqliyyat və Logistika" kafedrası olmuşdur.  “Nəqliyyat və Logistika” kafedrasının  6 dosent, 12 baş müəllimi, 1 assistenti və 3 nəfər tədris köməkçi heyəti vardır.Hazırda kafedraya t.e.n., dos. T.M. Əhmədov rəhbərlik edir.

                 

 

 

 

 

 

 

 

 

Geomatika” kafedrası

Kafedra 1950-ci ildə Azərbaycan Politexnik İnstitutunun nəzdində yaranıb.  Bu kafedranın təşkilatçısı Leninqrad şəhərindən dəvət olunmuş istedadlı alim L.İ.Lipman olmuşdur. 1976-cı ilə qədər kafedraya Azərbaycan dilində nəşr olunmuş ilk “Geodeziya”, “Mühəndis geodeziyası kursu” dərsliklərinin müəllifi, dos. M.N.Şəfiyev rəhbərlik etmişdir. 1975-ci ildə Zaqafqaziya regionunda ilk dəfə AzPİ-də yeni “tətbiqi geodeziya” ixtisasının açılması “Mühəndis geodeziyası” kafedrasının geniş profilli bir kafedraya çevrilməsində mühüm rol oynamışdır. Elə həmin vaxtdan AzMİU-nin tərkibində fəaliyyətə başlayan kafedra yalnız Azərbaycan deyil, keçmiş SSRİ üçün yüzlərlə yüksək ixtisaslı kadrlar hazırlamışdır. 1976-1981-ci illərdə kafedraya dos. Ş.Q.Mustafayev rəhbərlik etmiş və onun əməyi sayəsində kafedra üçün yüksək ixtisaslı kadrlar yetişdirilmişdir. 1981-1998-ci illərdə isə kafedraya t.e.n., dosent A.M.Mütəllimov rəhbərlik etmişdir.

Kafedranın əməkdaşları “Geodeziya və kartoqrafiya”, “Mühəndis geodeziyası”, “Geodeziya. Aeroçəkiliş” kimi ümumittifaq jurnallarında 120-dən artıq məqalə çap etdirmişlər. Keçən dövr ərzində kafedra əməkdaşları tərəfindən dövlət büdcəsi hesabına iki mühüm əhəmiyyətli elmi iş hazırlanmış və tətbiq olunmaq üçün istehsalata göndərilmişdir. Kafedra respublikada “Geodeziya və xəritəçəkmə” istiqaməti üzrə əsas baza hesab olunur. Bu sahə üzrə təhsil alan tələbələr əldə etdikəri nəzəri biliklərin tədris ilinin sonunda keçirdikləri 3 həftəlik çöl-tədqiqat təcrübəsi ilə möhkəmləndirirlər. Hazırda kafedranın 2 professoru, 6 dosenti, 12 baş müəllimi, 3 assistenti və  3 nəfər tədris köməkçi heyəti vardır və kafedraya f.r.e.n., dos. S.A.Qəniyeva rəhbərlik edir.

  

 

 

 

          

 

 

 

“Fövqalədə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” kafedrası

       1955- ci ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitunda “Mülki müdafiə” kafedrası kimi yaradılmış, 1975-ci ildən Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda “Mülki müdafiə” adı ilə fəaliyyətini davam etdirən bu kafedraya 1990-ci ilədək ehtiyatda olan polkovnik  M.X.Vaynbrand rəhbərlik etmişdir.  1990-cı ilədək kafedrada ancaq “Mülki müdafiə” fənni tədris olunurdu. Həmin ildən kafedraya ehtiyatda olan I dərəcəli kapitan, texnika elmləri doktoru, professor H.O.Ocaqov  rəhbərlik etmişdir. O,bu dövrdə kafedrada  müəllim heyətinin tərkibini zənginləşdirmiş, maddi-texniki baza möhkəmləndirilmiş və elmi-tədqiqat işlərinin genişlənməsinə imkanlar yaratmışdır. 1993-cü ildə “ Mülki müdafiə” kafedrasının  adı dəyişdirilərək “Həyat fəaliyyətinin təhlükəsizliyi” adlandırılmışdır. Ölkəmizdə “ Həyat fəaliyyətinin təhlükəsizliyi”  ixtisası üzrə mütəxəssislərin hazırlanması Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda  H.O.Ocaqovun rəhbərliyi ilə həyata keçirilmişdir. Professor H.O.Ocaqov “Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi” ixtisası üzrə ölkəmizdə məktəb yaratmışdır.  Kafedrada təhslini bakalavr, magist və doktorantura səviyyələri üzrə kadrlar hazırlanır. Azərbaycan və ingilis bölmələrində kadr hazırlığı həyata keçirilir.  Kafedrada “Həyat fəaliyyətinin təhlükəsizliyi” ixtisası üzrə yüksək ixtisaslı mütəxəssislərin hazırlanması üçün 8 dərslik, 16 dərs vəsaiti həmçinin ingilis dilində bir dərs vəsaiti , 12 metodiki vəsait, 6 monoqrafiya, 30- dan çox  magistr  və bakalavr səviyyəsi üçün fənn  proqramı işlənib hazırlanmışdır. Bu vəsaitlərin çoxu ölkənin digər ali məktəblərində də istifadə olunur. Kafedranın təşkilatçılığı ilə Azərbaycan Memarlıq və İnşaat Universitetində Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyinin müxtəlif aspektlərinə aid  25-ə yaxın beynəlxalq konfrans və simpoziumlar keçirilmişdir. Kafedra əməkdaşlarının indeksləşmiş beynəlxalq jurnallarda elmi məqalələri dərc olunur,patentlər alınmışdır. 2016-cı ildən kafedraya Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, kimya elmləri doktoru, professor İ.İ. Mustafayev rəhbərlik edir.

 “Fizika və kimya” kafedrasının Fizika bölməsi

Kafedra 1975-ci ildə təşkil olunmuş və ilk kafedra müdiri professor A.O. Mehrabov olmuşdur. Az vaxt ərzində “Fizika” kafedrası böyük inkişaf yolu keçmişdir. Hazırda o, müasir avadanlıqlarla təchiz olunmuş tədris və elmi-tədqiqat laboratoriyalarına və güclü kadr potensialına malikdir. Kafedranın ən böyük nəaliyyətlərindən biri onun əməkdaşlarının dünyanın qabaqcıl elm mərkəzləri ilə əlaqələr yaratmasıdır. Bu əlaqələrin son nəticələri kafedra əməkdaşlarının namizədlik və doktorluq dissertasiyalarında öz əksini tapmışdır. Kafedrada 4-tədris və 1-elmi-tədqiqat laboratoriyası (Metal və ərintilərin fizikası) fəaliyyət göstərir. Kafedrada 2 professor, 9 dosent, 1 assistent, 4 tədris-köməkçi heyət çalışır və kafedranın 4-dissertantı var. Hal-hazırda kafedraya f.ü.e.d., prof. A.P. Abdullayev rəhbərlik edir.

 

 

 

 

 

 

Tədris laboratoriyalarında aşağıdakı laboratoriya işləri yerinə yetirilir.

1.Sərbəstdüşmə təcilinin Atvud maşını vasitəsilə təyini.
2.Fırlanma hərəkəti qanunlarının Oberbek rəqqası vasitəsi ilə öyrənilməsi.
3.Bərk cismin ətalət momentinin burulma rəqqası vasitəsi ilə təyini.
4.Yunq modulunun əyilmə üsulu ilə təyini.
5.Jiroskopun  pressesiyasının öyrənilməsi və ətalət momentinin təyini.
6.Güllənin hərəkət sürətinin fırlanan ballistik rəqqas vasitəsilə təyini.
7.Ağırlıq qüvvəsi təcilinin çevirmə rəqqası vasitəsilə təyini.
8.Stoks üsulu ilə mayelərin daxili sürtünmə əmsalının təyini.
9.Havanın istilik tutumları nisbətinin Kleman-Dezorm üsulu ilə təyini.
10.Naqillərin  xüsusi müqavimətinin təyini.
11.Maqnetron üsulu ilə elektronun xüsusi yükünün təyini (ФПЭ – 03).
12.Yerin maqnit sahəsi intensivliyinin üfüqi toplananının təyini.
13.Öz – özünə induksiya əmsalının təyini.
14.Solenoidin maqnit sahəsinin öyrənilməsi (ФПЭ – 04).
15.Kondensatorun dolması və boşalması proseslərinin öyrənilməsi (ФПЭ – 08).
16.Holl vericisi vasitəsilə solenoidin maqnit sahəsinin öyrənilməsi.
17.Qarşılıqlı induksiya hadisəsinin öyrənilməsi (ФПЭ – 05).
18.Seqnetoelektriklərin elektrik xassələrinin öyrənilməsi (ФПЭ – 02).
19.Termoelektron emissiyanın öyrənilməsi (ФПЭ – 06).
20.Havanın istilikkeçirmə əmsalının qızdırılmış məftil üsulu ilə təyini.
21.Relaksasiya rəqslərinin öyrənilməsi (ФПЭ -12).
22.Rəqs konturunda sönən rəqslərin tədqiqi (ФПЭ – 10).
23.Rəqs konturunda məcburi rəqslərin tədqiqi (ФПЭ – 11).
24.Harmonik elekterik hərəkət qüvvəsinin təsiri ilə sadə xətti sxemlərdə elektrik  proseslərinin öyrənilməsi (ФПЭ – 09).
25.Ferromaqnitlərdə histerezis hadisəsinin öyrənilməsi (ФПЭ – 07).
26.Mexaniki rəqslərin öyrənilməsi və riyazi rəqqas vasitəsilə ağırlıq qüvvəsi təcilinin təyini.
27.Mikroskopun böyütməsinin və kiçik cisimlərin ölçülərinin təyini.
28.Mikroskop vasitəsilə müstəvi paralel şəffaf lövhənin sındırma əmsalının təyini.
29.Abbe refraktometri vasitəsilə mayelərin sındırma əmsalının təyini.
30.Linzanın fokus məsafəsinin təyini.
31.İnterferensiya hadisəsinin öyrənilməsi və işığın dalğa uzunluğunun Nyuton halqaları vasitəsilə təyini.
32.İşığın difraksiya hadisəsinin öyrənilməsi və difraksiya qəfəsi vasitəsilə işığın dalğa uzunluğunun təyini.
33.İşığın polyarlaşma hadisəsi və Malyus qanununun öyrənilməsi.
34.İşığın mühitdə udulması və Buger –Lambert qanununun öyrənilməsi.
35.Xarici fotoeffekt hadisəsinin müşahidəsi. Vakuum fotoelementinin volt-amper xarakteristikasının qurulması.
36.Bir və ya çox yarıqdan Frenel difraksiyası.
37.Lüksmetr vasitəsilə işıqlanmanın təyini.
38.Hidrogen atomunun xətti spektrinin tədqiqi və Ridberq sabitinin təyini.
39.Fotoeffekt hadisəsinə əsasən Plank sabitinin və çıxış işinin təyini (ФПЭ -10).

 

 

 

 

 

 

 

 

 

 

“Fizika və kimya” kafedrasının Kimya bölməsi

“Fizika və kimya” kafedrasının Kimya bölməsi müstəqil kafedra kimi 1975-ci ildə təşkil olunmuş və ilk kafedra müdiri professor S.S.İsmayıl olmuşdur. 1975-ci ildən indiki zamana qədər Kimya laboratoriyaları genişlənmiş, müasir avadanlıqla təmin edilmişdir. Tədris olunan bütün fənnlər (Ümumi kimya (qeyri-üzvi kimya),  Üzvi kimya, Analitik kimya və instrumental analiz, Ətraf mühitin kimyası və toksikologiya, Fiziki kimya, Tətbiqi kimya) üzrə dərs vəsaitləri tələbələrin ixtiyarına verilmişdir. Kimya bölməsində 4-tədris laboratoriyası  fəaliyyət göstərir. Kafedrada 2 professor, 6 dosent, 1 assistent, 2 tədris-köməkçi heyət çalışır və kafedranın 1-dissertantı var. Hal-hazırda Kimya bölməsi “Fizika və kimya”kafedrasının tərkibində fəaliyyətini davam etdirir. 1988-ci ildən 2021-ci ilə kimi kafedraya professor Ə.B.Əliyev rəhbərlik etmişdir. 2021 ci ildən isə kafedraya f.ü.e.d., prof. A.P. Abdullayev rəhbərlik edir. 

Tədris laboratoriyalarında aşağıdakı laboratoriya işləri yerinə yetirilir:

1.Ümumi kimya (Qeyri-üzvi kimya, Tətbiqi kimya)

2.Metalların ekvivalent kütləsinin təyini
3.Kimyəvi reaksiyaların sürətinin qatılıqdan və temperaturdan asılılığının təyini.
4.Məhlulların qatılığının titrləmə üsulu ilə təyini. Duzların hidrolizi.
5.Oksidləşmə-reduksiya reaksiyalarının yerinə yetirilməsi.
6.Müxtəlif duzların elektrolizi.
7.Metalların korroziyasına aid təcrübələr
8.Maqnezium və kalsiuma dair təcrübələr. Suyun müvəqqəti codluğunun təyini
9.Alüminium və onun birləşmələrinin kimyəvi xassələrini əks etdirən təcrübələrin yerinə yetirilməsi.
10.Metalların (Cr, Mn, Fe) xassələrini əks etdirən təcrübələrin yerinə yetirilməsi
11.Metan, etilen və asetilenin laboratoriyada alınması

Üzvi kimya

1. Benzoy turşusunun kristallaşdırmaqla və sublimasiya ilə təmizlənməsi

2. Benzoy turşusunun ərimə temperaturunun təyini

3. Sadə və fraksiyalı distillə. Suyun distilləsi

4. Su və spirt qarışığının fraksiyalı distilləsi

5. Xüsusi çəkinin təyini

6. Molekulyar refraksiyanın hesablanması

7. Karbohidrogenlərin laboratoriyada alınması

Analitik kimya və instrumental analiz

1.  I və II analitik qrup  kationlarının vəsfi təyini

2.  III və IV analitik qrup  kationlarının vəsfi təyini

3.  V və VI analitik qrup  kationları

4.  Anionların sistemli analizi.  Fərdi götürülmüş maddənin analizi

5.  Qravimetrik təyinat. BaCl2 məhlulunda bariumun təyini.

6.  BaCl2 kristalhidratında kristallaşma suyunun təyini təyini.

7. Titrimetrik təyinat. Kompleksonometrik metod . CaCl2 məhlulunda kalsiumun təyini.

8.   Permanqanometrik metodla Mor duzunda dəmirin təyini

9.   Fotometrik təyinat. FEK-də məhlulun qatılığının təyini

Fiziki kimya

1. Özlülüyün viskozimetr vasitələ təyini

2. . Refraksiya additivliyinin hesablanması

3.  Paraxorun hesablanması

4.  Səthi gərilmə əmsalının təyini

5. Səthi gərilmə izotermlərinin qurulması

6. Reaksiya sürət sabitinin təyini

Ətraf mühitin kimyası və toksikologiya

1.  Havada karbon qazının miqdarının təyini

2. Havada tozun miqdarının təyini

3. Laboratoriyada kükürd dioksidin miqdarının  təyini

4. Havada olan qaz qarışığının analizi

5. Atmosfer çöküntülərində həll olan və həll olmayan maddələrin ümumi kütləsinin təyini

6. Atmosfer çöküntülərində həll olan və həll olmayan maddələrin ümumi kütləsinin təyini

7.  Laboratoriyada istixana effektinin təyini.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 Fakültədə tədris olunan fənlər

Fizika -1, Fizika - 2, Fizika,  Fizikanın əsasları, Tətbiqi fizika, Kimya, Ümumi kimya, Nəzəri mexanika, Statika, Materiallar müqaviməti, Dinamika, Materiallar müqaviməti-1, Materiallar müqaviməti-2, İnşaat mexanikası-1, İnşaat mexanikası-2, Geodeziya - 1, Geodeziya - 2, Mühəndis geodeziyası, Torpaqşünaslığın əsasları, Geomatika mühəndisliyinə giriş və mühəndislik hesablamaları, Ölçmə bilgisi - 1, Ölçmə bilgisi-2, Yerquruluşunun əsasları, Kadastrın əsasları , Müasir ölçmə texnologiyaları, Torpaq bazarı və torpaq ehtiyatlarının idarə edilməsi, Torpaq kadastrı, Yerquruluşu layihələndirilməsi, Torpaqların monitorinqi və mühafizəsi, Yaşayış məntəqələrinin planlaşdırılması, Ölçmə səhvləri nəzəriyyəsi və hesablamalrın tarazlaşdırılması-1,  

Ölçmə səhvləri nəzəriyyəsi və hesablamalrın tarazlaşdırılması-2, Geometrik geodeziya, Kartoqrafiya, Kartoqrafiya-1, Kartoqrafiya-2,  Coğrafi İnformasiya Sistemləri-1,Coğrafi İnformasiya Sistemləri-2,Ali geodeziya,  Fotoqrammetriya-1,  Fotoqrammetriya-2,   Yer quruluşunun layihələndirilməsi, Daşınmaz əmlak hüququ, Rəqəmsal xəritələşmə,  Geodezi astronomiya, Geodeziyada kompyuter qrafikası,  Ərazinin eroziyaya qarşı təşkili, Yaşayış məntəqələrinin planlaşdırılmas,ı Məsafədən zondlama, Torpaq kartoqrafiyası, Şəhər kadastrı, Torpaq hüququ, Daşınmaz əmlakın qiymətləndirilməsi və qeydiyyatının əsasları ,Yer quruluşu kadastr işlərinin təşkili və planlaşdırılması ,Torpaqların bonitirovkası ,Ünvan işi ,Tətbiqi geodeziya-1, Tətbiqi geodeziya-2,  Kosmik geodeziya, Riyazi kartoqrafiya və kartoqrafik modelləşmə, Fiziki geodeziya, Logistikanın əsasları, Vahid nəqliyyat sistemi, Nəqliyyat növlərinin konstruksiya xüsusiyyətləri ,Nəqliyyat prosesinə texniki hazırlıq,  Nəqliyyat daşımalarının texnologiyası,  Nəqliyyat logistikası, Avtomobil nəqliyyat vasitələrinin konstruksiyası, Nəqliyyatın və nəqliyyat yollarının ümumi kursu, Avtomobil yolları-1, Avtomobil yolları-2, Avtomobillərin ekoloji təhlükəsizliyi, Yol hərəkəti təşkilinin texniki nizamlama vasitələri ,Dəmiryol nəqliyyatının hərəkət vasitələri, Dəmir yolları, Nəqliyyat mühərrikləri, Avtomobillər (k.ə), Yol hərəkətinin təşkili və təhlükəsizliyi , Yol şəraiti və hərəkətin təhlükəsizliyi , Nəqliyyat vasitələrinin texniki istismarının əsasları, Nəqliyyat vasitələrinin təhlükəsizliyi və avtotexniki ekspertizası, Yol hərəkət qaydaları və HT,  Nəqliyyat yollarında süni qurğular-1,  Nəqliyyat yollarında süni qurğular-2, Dəmir yolları ,Avtomatlaşdırılmış layihələndirmə sistemləri (Nəqliyyat yollarında), Aerodromlar ,Şəhər yolları və küçələri, Avtomobil yollarının tikintisi , Körpü keçidləri ,Avtomatlaşdırmanın əsasları, Tunellər və metropolitenlər, Avtomobil yollarının istismarı, Mürəkkəb təbii şəraitlərdə avtomobil yollarının layihələndirilməsi.

 

 

Nəqliyyat fakültəsində tədris olunan fənlər üzrə aşağıdakı dərslik və dərs vəsaitləri çap olunmuşdur:

-

S.A.Qəniyeva. Mühəndis geodeziyası. Dərslik. Bakı, “Elm və təhsil”, 2011,       316 səh.

A.M.Mütəllimov, S.A.Qəniyeva, P.Ç.Qaziyeva. Tətbiqi geodeziya. Dərslik. Bakı, “Xəzər Universiteti nəşriyyatı”, 2016, 562 səh.

 R.M.Quliyev. Daşınmaz əmlakın kadastrı. Dərslik. Bakı, Qanun nəşriyyatı, 2021, 336 səh.

 A.İ.İsmayilov. Kadastrın əsasları. Dərslik. Bakı, “Müəllim” nəşriyyatı, 2008,     212 səh.

 Ганиева С.А., Аразов Г.Т. Эволюция внешней формы и внутренней структуры Земли. Баку, 2006, 194стр.

Quliyev R.M. Yerquruluşu. Yerquruluşunun elmi əsasları. I cild. Dərslik. Bakı, “MBM”, 2007, 224 səh.

Quliyev R.M. Yerquruluşu. Torpaq bazarı və torpaq ehtiyatlarının idarə edilməsi. II cild. Dərslik. Bakı, “MBM”, 2008, 312 səh.

 Q.Ş.Məmmədov, A.B.Cəfərov. Torpaqların banitirovkası. Dərslik. Bakı, SkyG, 2015, 238 səh.

Qərib Məmmədov, Teymur Nizamzadə, Azər Cəfərov. Yerquruluşu və torpaqdan istifadənin əsasları. Dərslik. Bakı,Elm”, 2012, 300 səh.

R.M.Quliyev. Ünvan işi. Dərslik. Bakı, “MBM”, 2014, 92 səh.

MehdiyevA.Ş., İsmayılov A.İ. Coğrafi İnformasiya Sistemləri. Dərslik. Bakı,Müəllimnəşriyyatı, 2010, 232 səh.

 Q.Ş.Məmmədov, A.B.Cəfərov, A.S. Oruclu, G.Mhmədova. Torpaqların coğrafiyası. Dərslik. Bakı, SkyG, 2021, 258 səh.

 Р.А.Эминов. Геодезия. Учебник для высших школ, Университетов и Академий. Баку, ТПП Тахсил. 2012, 466 стр.

 İsmayılov M.M., Qəniyeva S.A. Torpaq və çoxməqsədli kadastr. Dərs vəsaiti. Bakı, “ZİYA+” Mətbəəsi, 2006, 345 səh.

Mütəllimov A.M. Geodeziya və kartoqrafiyanın tarixi və metodologiyası. Dərs vəsaiti. Bakı, “MSV Nəşr”,  2020, 112 səh.

E.A.Qurbanov. “Yer quruluşu, torpaq və şəhər kadastrının tarixi və metodologiyası”. Dərs vəsaiti. Bakı, “MSV nəşr” MMC, 2021, 96 səh.

Z.A.Novruzova. “Kartoqrafiya”. Dərs vəsaiti. Bakı, AzMİU, 2021-104 səh.

Amin İsmayıl oğlu İsmayılov. Azərbaycan torpaqlarının İnformasiya Sistemi. Dərs vəsaiti. Bakı, “Elm”, 2004, 308 səh.

 Qərib Məmmədov, Teymur Nizamzadə, Azər Cəfərov. Yerquruluşunun elmi əsasları. Dərs vəsaiti. Bakı, “Elm”, 2012, 112 səh.

 Q.Ş.Məmmədov, A.B.Cəfərov, A.S.Ağababalı, Q.Y. Xanbabayev. Torpaqdan istifadə və daşınmaz əmlakın kadastrına dair terminlərin izahlı lüğəti. Bakı, “Elm”, 2019, 320 səh.

 Sara Zülfi qızı Məmmədova, Azər Bəhlul oğlu Cəfərov.  Torpaqların münbitlik xassəsi. Dərs vəsaiti. Bakı, “Elm”, 2005, 194 səh.

 С.И.Гусейнова, Т.М.Керимов, Ш.Ф.Мутталибова, Н.Ф.Казымов. Физико-Химические сенсоры. Баку, 2014, 174стр

Т.М.Керимов, Н.М.Пашаев, А.А.Фатуллаев, Г.З.Эфендиев, Ш.Ф.Муталлибова. Дизайн молекул в наночастицах. Баку, 2013, 275стр.

 Bakalavr hazırlığı üçün Geomatika kafedrasının “Geodeziya və xəritəçilik mühəndisliyi” ixtisasında tədris olunan fənlərin proqram toplusu. “Politex” MMC-nin mətbəəsi, Bakı, 2014, 124 səh.

Bakalavr hazırlığı üçün Geomatika kafedrasının “Yer quruluşu, torpaq və şəhər kadastrı” ixtisasında tədris olunan fənlərin proqram toplusu “Politex” MMC-nin mətbəəsi, Bakı, 2014, 150 səh.

 Magistr hazırlığı üçün Geomatika kafedrasının “Geodeziya və xəritəçilik mühəndisliyi” və “Yer quruluşu, torpaq və şəhər kadastrı” ixtisasında tədris olunan fənlərin proqram toplusu “Politex” MMC-nin mətbəəsi, Bakı, 2016, 78 səh.

S.A.Qəniyeva. “Ali geodeziya” fənni üzrə laboratoriya işlərinin icrası üçün metodik göstəriş. Bakı, AzMİU, 2012, 39 səh.

 S.A.Qəniyeva. “Sferoidik geodeziya” fənni üzrə laboratoriya işlərinin icrası üçün metodik göstəriş. Bakı, AzMİU, 2005, 54 səh.

 V.V.Əliyev, Z.N.Qocamanova, S.X.Ömərov, R.M.Dənziyev, P.Ç.Qaziyeva. “Fotoqrammetriya”. Metodik göstəriş. Bakı, AzMİU, 2017, 52 səh.

S.A.Qəniyeva, E.A.Qurbanov, R.F.Piriyev, S.B.Verdiyev, P.Ç.Qaziyeva, Ş.V.Qüdrətzadə. “Trianqulyasiya şəbəkələrinin parametrik üsulu ilə tarazlaşdırılması”. Metodik göstəriş. Bakı, AzMİU, 2018, 40 səh.

S.A.Qəniyeva, R.F.Piriyev, S.B.Verdiyev, C.T.Mehdiyev, N.Y.Dünyamalıyeva, M.V.Məmmədova. “Mühəndis geodeziyası”. Metodik göstəriş. Bakı, AzMİU, 2018, 102 səh.

 S.A.Qəniyeva, T.İ.Cəfərov, S.B.Verdiyev, C.T.Mehdiyev. “Müasir ölçmə texnologiyaları”. Metodik vəsait. Bakı, “MSV NƏŞR” MMC, 2021, 92 səh.

 S.A.Qəniyeva, R.F.Piriyev, E.A.Qurbanov, C.T.Mehdiyev, S.X.Ömərov. “Trianqulyasiya şəbəkələrinin korrelat üsulu ilə tarazlaşdırılması”.Metodik göstəriş. Bakı, AzMİU, 2017, 44 səh.

 S.A.Qəniyeva, Ə.İ.İsmayılov, Ş.F.Müttəlibova, S.B.Verdiyev, T.İ.Cəfərov. “Kosmik geodeziya”. Metodik göstəriş. Bakı, AzMİU, 2017, 84 səh.

 S.A.Qəniyeva, Ş.F.Müttəlibova, C.T.Mehdiyev, S.B.Verdiyev, T.İ.Cəfərov, P.Ç.Qaziyeva. “Kompüter qrafikası”. Metodik göstəriş. Bakı, AzMİU,           2018, 94 səh.

 S.A.Qəniyeva, Ş.F.Müttəlibova, A.M.Mütəllimov, E.A.Qurbanov, S.B.Verdiyev. “Kompüter modelləşdirilməsi”. Metodik göstəriş. Bakı, AzMİU, 2017, 72 səh.

Ş.F.Müttəlibova, S.A.Qəniyeva. “Geoinformasiya sistemləri”. Metodik göstəriş. Bakı, AzMİU, 2018, 108 səh.

M.P.Babayev, E.A.Qurbanov. “Səhralaşma-torpaq deqradasiyasının tədqiqi”. Metodik tövsiyyə. Bakı, “Elm”, 2008, 48 səh.

 A.B.Qurbanov. “Geodeziya ölçmələrinin riyazi hesablanması” fənni üzrə laboratoriya işlərinin icrası üçün metodik göstəriş. (I hissə). Bakı, AzMİU,    2007, 36 səh.

 N.Y.Dünyamalıyeva. “Geodeziya ölçmələrinin riyazi hesablanması” fənninə aid metodik göstərişlər (II hissə). Bakı, AzMİU, 2013, 90 səh.

Ş.F.Müttəlibova. “Məsafədən zondlama”. Metodik göstəriş. Bakı, AzMİU,  2017, 116 səh.

dərslik - İ.M. İsmayılov və başqaları «Ümumi fizika kursu» Rəqslər və dalğalar. Optika və atom fizikasın Bakı-2005, 403 səh.

dərslik - T.M.Pənahov, T.Q.Şamilov         «Fiziki materialşünaslıq»Bakı-2011,     51 səh.

  dərs vəsaiti - E.Qocayev, D.M.Qafarova “Fizika –II hissə”Bakı-2012, 312 səh.

dərs vəsaiti - T.M.Pənahov, D.M.Qafarova «Лабораторные работы по Физики-1» Bakı-2013, 90 səh.

 dərslik - T.M.Pənahov, İ.V.Musazadə, H.İ. Hüseynov, S.H.Məmmədova«Ümumi fizika kursu (Ali texniki universitetlərin hazırlıq fakultələrinin dinləyiciləri və litseylər üçün)»        Bakı-2014, 534 səh.

 dərs vəsaiti - T.M.Pənahov, D.M.Qafarova və başqaları «Лабораторные работы по Физики-2»  Bakı-2016, 94 səh

dərslik - T.M.Pənahov, V.İ.Əhmədov «Ümumi fizika kursu Fizika-1» Bakı-2016, 400 səh.

 dərslik - T.M.Pənahov, V.İ.Əhmədov «Ümumi fizika kursu Fizika-2» Bakı-2016, 405 səh.

dərslik - V.İ.Əhmədov «Ümumi fizika» Bakı-2017, 517 səh.

dərs vəsaiti - T.M.Pənahov, İ.İ.Əlizadə, H.İ.Hüseynov «Fizika 1-ə aid Laboratoriya praktikumu » Bakı-2017, 218 səh.

dərslik - T.M.Pənahov,İ.İ.Əlizadə «Tətbiqi fizika» Bakı-2018, 326 səh.

proqram – «Fizika kafedrasında tədris olunan fənlərin proqramlar toplusu» «MSV NƏŞR» mətbəəsində ofset üsulu çap olunmuşdu. Bakı – 2019, 58 səh.

 dərs vəsaiti – Ə.B. Əliyev, Ş.S. Əhməd, T.G. Zeynalov «Analitik kimyadan laboratoriya işləri» Bakı – 2011, 105 səh.

dərslik – Ə.B. Əliyev «Kimya» Bakı – 2012, 595 səh.

dərs vəsaiti – Ə.B. Əliyev «Kimya praktikumu» Bakı – 2014, 310 səh.

dərslik – S.Ə. Novruzov «Üzvi-kimya praktikumu» Bakı – 1015, 269 səh.

dərs vəsaiti – Ə.B. Əliyev, Ş.S. Əhməd «Analitik kimya» Bakı – 2015 203səh.

dərs vəsaiti – R.A. Quliyev, Ə.B. Əliyev, N.M. Babayev «Fiziki kimya» Bakı – 2016, 130 səh

учебное пособие – Б.М. Мамедова, Т.Г. Зейналова, А.С. Абдуллаева «Лабораторные работы по общей химии» Баку – 2016, 140 стр.

dərslik – Ə.B. Əliyev «Kimya» Bakı – 2017, 538 səh.

vəsait – R.A. Quliyev, Ə.B.Əliyev, N.M. Babayev, A.S. Abdullayeva «Fiziki kimyadan laboratoriya işləri» Bakı – 2017, 59 səh.

 dərs vəsaiti – N.M. Babayev, Ş.S. Əhməd «Ətraf Mühitin Kimyasından laboratoriya işləri» Bakı – 2019, 67 səh.

dərs vəsaiti – Ə.B. Əliyev, N.M. Babayev «Üzvi Kimya» Bakı – 2020, 295 səh.

 proqram – «Kimya kafedrasında tədris olunan fənlərin proqramlar toplusu» Bakı – 2021, 115 səh.

 

 

Ünvan: Bakı şəhəri, Az-1073, Ayna Sultanova küç.11, I tədris binası, 5-ci mərtəbə, 513-cü otaq

Əlaqələr: Tel: (012) 539 05 79


 

 

































































































Fakültə haqqında. Memarlıq fakültəsi öz köklü ənənələrinə görə universitetimizdə və memarlıq ixtisasını tədris edən digər ali məktəblər arasında həmişə seçilmişdir. Fakültə Memarlıq və dizayn ixtisasları üzrə bakalavr və magistr təhsili pilləsində mütəxəssislər hazırlayır. Fakültənin professor-müəllim heyətinin böyük əksəriyyəti memarlıq layihələndirilməsi- şəhərsalma, dizayn, abidələrin bərpası sahəsində respublikanın tanınmış mütəxəssisləri və alimləridir. Hal - hazırda fakültədə AMEA-nın 1 müxbir üzvü, 12 memarlıq doktoru, 17 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent öz dərin nəzəri və praktik biliklərini tələbələrimizlə paylaşır. Onlardan 2 nəfəri «Şöhrət» ordeni laureatı, 12 nəfəri respublikanın əməkdar memarı, 1 nəfəri isə Respublika Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülmüşdür.

Fakültənin 21 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent, baş müəllim və müəllim olmaqla 122 üzvü vardır.

Fakültədə təhsil. Fakültəyə daxil olmaq istəyən abituriyentlər qabiliyyət seçimindən sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul (test) imtahanlarında iştirak edir və universitetdə rəsm və rəsmxətdən qabiliyyət imtahanı verirlər.

Yaranma tarixi. Memarlıq fakültəsinin 90 ildən artıq yaşı vardır.

İlkin olaraq indiki Neft Akademiyasının nəzdindəki İnşaat fakültəsinin tərkibində Memarlıq bölməsi kimi mövcud olmuşdur. 1968-ci ildə inşaat fakültəsindən memarlıq bölməsinin ayrılması nəticəsində memarlıq fakültəsi yaradılmışdır. Memarlıq fakültəsində 2 istiqamətdə memarlıq və dizayn sahəsi üzrə tədris olunan fənlərin elmi-təcrübi fəaliyyətinin əsas məqsədi layihələndirmə prosesinin mənimsənilməsinə yönəldilmişdir. Fakültənin bakalaviatura, magistratura və doktorantura bölməsində hər bir istiqamətdə olan ixtisaslar üzrə kadr hazırlığı aparılır. Fakültəni bitirən mütəxəssislər memarlıq, şəhərsalma, ətraf mühitin dizaynı, tarixi abidələrin bərpası, dizayn və s. sahələrdə səmərəli fəaliyyət göstərirlər.

Fakültə haqqında. Memarlıq fakültəsi öz köklü ənənələrinə görə universitetimizdə və memarlıq ixtisasını tədris edən digər ali məktəblər arasında həmişə seçilmişdir. Fakültə Memarlıq və dizayn ixtisasları üzrə bakalavr və magistr təhsili pilləsində mütəxəssislər hazırlayır. Fakültənin professor-müəllim heyətinin böyük əksəriyyəti memarlıq layihələndirilməsi- şəhərsalma, dizayn, abidələrin bərpası sahəsində respublikanın tanınmış mütəxəssisləri və alimləridir. Hal - hazırda fakültədə AMEA-nın 1 müxbir üzvü, 12 memarlıq doktoru, 17 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent öz dərin nəzəri və praktik biliklərini tələbələrimizlə paylaşır. Onlardan 2 nəfəri «Şöhrət» ordeni laureatı, 12 nəfəri respublikanın əməkdar memarı, 1 nəfəri isə Respublika Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülmüşdür.

Yaranma tarixi. Memarlıq fakültəsinin 90 ildən artıq yaşı vardır.

İlkin olaraq indiki Neft Akademiyasının nəzdindəki İnşaat fakültəsinin tərkibində Memarlıq bölməsi kimi mövcud olmuşdur. 1968-ci ildə inşaat fakültəsindən memarlıq bölməsinin ayrılması nəticəsində memarlıq fakültəsi yaradılmışdır. Memarlıq fakültəsində 2 istiqamətdə memarlıq və dizayn sahəsi üzrə tədris olunan fənlərin elmi-təcrübi fəaliyyətinin əsas məqsədi layihələndirmə prosesinin mənimsənilməsinə yönəldilmişdir. Fakültənin bakalaviatura, magistratura və doktorantura bölməsində hər bir istiqamətdə olan ixtisaslar üzrə kadr hazırlığı aparılır. Fakültəni bitirən mütəxəssislər memarlıq, şəhərsalma, ətraf mühitin dizaynı, tarixi abidələrin bərpası, dizayn və s. sahələrdə səmərəli fəaliyyət göstərirlər.

Fakültədə təhsil. Fakültəyə daxil olmaq istəyən abituriyentlər qabiliyyət seçimindən sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul (test) imtahanlarında iştirak edir və universitetdə rəsm və rəsmxətdən qabiliyyət imtahanı verirlər.