Orhun mübadilə proqramı
Orhun Mübadilə Proqramı nədir?
Orhun Mübadilə Proqramı Türk Şurası Türk Universitetlər Birliyinə üzv olan universitetlər arasında imzalanacaq protokollar çərçivəsində həyata keçirilən tələbə və müəllim mübadiləsi proqramıdır.
Mübadilə hansı ölkələrlə həyata keçirlir?
Orhun mübadilə proqramına müraciət ildə bir dəfə - aprel/may ayında həyata keçirilir. Mübadilə proqramında iştirak etmək istəyən professor-müəllim heyəti və tələbələr AzMİU-nun Xarici əlaqələr şöbəsinə müraciət edə bilərlər.
Orhun Mübadilə Proqramından yararlanmaq istəyən tələbələr üçün məlumat:
-
Mübadilə proqramına müraciət edəcək tələbələr, müraciət etmək istədikləri universitetin internet saytına daxil olmaqla təhsil aldıqları ixtisasın bu universitetdə olub-olmadığını yoxlamalıdırlar. Bütün müraciətlər qəbul edildikdən sonra tələbələr üstünlük verdikləri universitetin tələbə qəbulu qərarlarına uyğun olaraq qiymətləndiriləcək və nəticələr elan ediləcək.
-
Mübadilə ən azı bir, ən çox isə iki semestri əhatə edir.
-
Tələbələr Orhun Mübadilə Proqramının tələbəsi olduqları müddətdə öz ali təhsil müəssisələrinə ödəməli olduqları təhsil haqqını ödəməyə davam edirlər. Mübadilədə iştirak edən tələbələr qeydiyyatlarını dondura bilməzlər. Tələbələr mübadilə proqramı çərçivəsində təhsil alacaqları ali təhsil müəssisəsinə əlavə təhsil haqqı ödəmirlər.
-
Orhun Mübadilə Proqramı tələbələri getdikləri ali təhsil müəssisəsindəki tələbələrin yerinə yetirdiyi maliyyə öhdəliyini yerinə yetirməlidirlər.
-
Ali təhsil müəssisələri öz tələbələrindən tələb etdikləri maliyyə ödənişləri istisna olmaqla, Orhun Mübadilə Proqramı tələbələrinə əlavə maliyyə tələbləri irəli sürə bilməzlər.
-
Orhun Mübadilə Proqramında iştirak edən tələbələrin təhsil müddətində öz universitetlərindən aldıqları digər təqaüd və kreditlər davam edir.
-
Tələbələrin qalma və yemək xərcləri qəbul edən universitet tərəfindən qarşılanacaq. Bu imkanlar xaricində tələbələrə nağd pul ödənilməyəcək.
-
Xarici tələbə kimi başqa ölkədə təhsil alan tələbələr mübadilədən yararlana bilməzlər.
-
Üçüncü və sonuncu kurs tələbələri mübadilə proqramına müraciət edə bilməzlər.
-
Tələbələr yalnız bir universitet seçə bilərlər.
-
Müraciət etmək üçün tələbələrin ÜOMG 100 ballıq sistem üzərindən minimum 75 olmalıdır.
Tələb olunan sənədlər:
-
Transkript (ingilis dilinə tərcümə və rəsmi təsdiq olunmuş)
-
Tələbə Haqqında Məlumat Forması (ÖĞRENCİ BİLGİ FORMU). Forma kompüterdə doldurulmalıdır.
Orhun Mübadilə Proqramından yararlanmaq istəyən müəllimlər üçün məlumat:
-
Müəllim mübadiləsi bir ali təhsil müəssisəsində çalışan akademik heyətin digər ali təhsil müəssisəsində həyata keçirəcəyi tədris fəaliyyətini əhatə edir.
-
Mübadilə proqramına müraciət edəcək akademik heyət üstünlük verdikləri universitetin internet saytına daxil olmaqla tədris etdikləri fənnlərin bu universitetdə olub-olmadığını və tədris dilini yoxlamalıdır.
-
Bütün müraciətlər qəbul edildikdən sonra ev sahibi universitetin verdiyi qərara əsasən müəllimlər seçiləcək və nəticələr elan ediləcək.
-
Akademik heyətin mübadilə müddəti tədris ilində bir dəfə olmaqla ən azı bir həftə, ən çoxu bir semestri əhatə edə bilər.
-
Professor-müəllim heyətinin akademik fəaliyyəti həftədə cəmi altı saatdan az ola bilməz. Dərs saatları həftədə altı saatdan çox olmadıqda seminarlar, panellər və ya konfranslar kimi akademik fəaliyyətlər də bu çərçivədə nəzərə alınır. Tədris fəaliyyətini əhatə etməyən mobillik Orhun Mübadilə Proqramı çərçivəsində qəbul edilə bilməz.
-
Akademik Heyətin Mobillik Proqramı adlı sənəddə mühazirəçinin fəaliyyəti ətraflı şəkildə göstərilir. Bu Plan akademik heyətin öz universitetinin və səfər etdiyi universitetin müvafiq kafedrası tərəfindən təsdiq edilir. Akademik Heyətin Mobillik Proqramı, mübadiləyə başlamaqdan ən az 15 gün əvvəl tərəfdaş universitetə göndərilir.
-
Bu Planda gediləcək ali təhsil müəssisəsinin tədris dili, mühazirəçilərin hansı dildə dərs deyəcəyi və bu dilin bilik səviyyəsi kimi xüsusi hallara üstünlük verilir. Bundan öncə mübadilə fəaliyyətində iştirak etməyən professor-müəllim heyətinin müraciətlərinə üstünlük verilir.
-
Mübadilə proqramında iştirak etmək hüququ qazanan və üzrsüz olaraq mübadilədə iştirak etməyən professor-müəllim heyəti üç il ərzində yenidən bu proqramdan yararlanmaq üçün müraciət edə bilməz.
-
Göndərən universitet professor-müəllim heyətinin nəqliyyat xərclərini, qəbul edən universitet yaşayış və yemək xərclərini qarşılayacaq. Bu imkanlar istisna olmaqla, professor-müəllim heyətinə nağd ödəniş edilməyəcək.
Tələb olunan sənədlər:
-
Müəllim Haqqında Məlumat Forması (ÖĞRETİM ÜYESİ BİLGİ FORMU)
-
Akademik Heyətin Mobillik Proqramı (ÖĞRETİM ÜYESİ HAREKETLİLİK PROGRAMI)
Bütün sənədlər kompüterdə doldurulub, [email protected] e-mail ünvanına göndərilməlidir.
Tələbə və müəllim mübadiləsi ilə bağlı ətraflı məlumat almaq üçün Xarici əlaqələr Şöbəsi ilə əlaqə saxlaya bilərsiniz.
Orhun Mübadilə Proqramının AzMİU üzrə koordinatoru:
Könül Şirinova
Tel./Faks: +994 12 434 15 97
E-mail: [email protected]
[email protected]
Fakültə haqqında. Memarlıq fakültəsi öz köklü ənənələrinə görə universitetimizdə və memarlıq ixtisasını tədris edən digər ali məktəblər arasında həmişə seçilmişdir. Fakültə Memarlıq və dizayn ixtisasları üzrə bakalavr və magistr təhsili pilləsində mütəxəssislər hazırlayır. Fakültənin professor-müəllim heyətinin böyük əksəriyyəti memarlıq layihələndirilməsi- şəhərsalma, dizayn, abidələrin bərpası sahəsində respublikanın tanınmış mütəxəssisləri və alimləridir. Hal - hazırda fakültədə AMEA-nın 1 müxbir üzvü, 12 memarlıq doktoru, 17 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent öz dərin nəzəri və praktik biliklərini tələbələrimizlə paylaşır. Onlardan 2 nəfəri «Şöhrət» ordeni laureatı, 12 nəfəri respublikanın əməkdar memarı, 1 nəfəri isə Respublika Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülmüşdür.
Fakültənin 21 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent, baş müəllim və müəllim olmaqla 122 üzvü vardır.
Fakültədə təhsil. Fakültəyə daxil olmaq istəyən abituriyentlər qabiliyyət seçimindən sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul (test) imtahanlarında iştirak edir və universitetdə rəsm və rəsmxətdən qabiliyyət imtahanı verirlər.
Yaranma tarixi. Memarlıq fakültəsinin 90 ildən artıq yaşı vardır.
İlkin olaraq indiki Neft Akademiyasının nəzdindəki İnşaat fakültəsinin tərkibində Memarlıq bölməsi kimi mövcud olmuşdur. 1968-ci ildə inşaat fakültəsindən memarlıq bölməsinin ayrılması nəticəsində memarlıq fakültəsi yaradılmışdır. Memarlıq fakültəsində 2 istiqamətdə memarlıq və dizayn sahəsi üzrə tədris olunan fənlərin elmi-təcrübi fəaliyyətinin əsas məqsədi layihələndirmə prosesinin mənimsənilməsinə yönəldilmişdir. Fakültənin bakalaviatura, magistratura və doktorantura bölməsində hər bir istiqamətdə olan ixtisaslar üzrə kadr hazırlığı aparılır. Fakültəni bitirən mütəxəssislər memarlıq, şəhərsalma, ətraf mühitin dizaynı, tarixi abidələrin bərpası, dizayn və s. sahələrdə səmərəli fəaliyyət göstərirlər.