Elanlar

25.04.2023

11.04.2023

     Müəllim və tələbələr üçün Orhun mübadilə proqramı elan olunur. 

     Əlavə edilən Excel sənəddə müraciət ediləcək universitet və ixtisasların adları, universitetin qonaqlama və yemək xərclərini üzərinə götürüb-götürməyəcəyi ilə bağlı hissə yer alıb.

     Tələb olunan sənədlər və şərtlər saytımızda verilib:  https://azmiu.edu.az/az/pages/594

     Sənədlər doldurulub (imzalanıb) e-mailə ([email protected]) göndərilməlidir.

     Son müraciət tarixi: 22 aprel

--------------------------------------------------------------------------------------------------------------------
 
30.03.2023
 
     2022-2023-ci tədris ili üçün mübadilə proqramlarına sənəd vermək arzusunda olan və bu səbəbdən ingilis dili sertifikatı almaq istəyən tələbələr üçün 6 aprel 2023-cü il tarixində saat 13.30-da şifahi, 7 aprel saat 10:00-da isə yazılı imtahan keçiriləcək. İmtahanda iştirak etmək istəyən tələbələr 5 aprel  tarixinədək Xarici əlaqələr şöbəsində (əsas korpus 414-cü otaq) qeydiyyatdan keçməlidirlər. İmtahan Əcnəbi dillər kafedrası tərəfindən keçirilir.

     İmtahanda iştirak üçün qeydiyyatdan keçmək istəyən tələbələr [email protected] ünvanına adı, soyadı, ata adı, qrup nomrəsi, ixtisası, əlaqə nömrələrini və sənəd vermək istədikləri universiteti yazaraq göndərə bilərlər.

--------------------------------------------------------------------------------------------------------------------
 
15.03.2023
 
09.03.2023

Qara Dəniz Universitetlər Şəbəkəsinin (BSUN- Black Sea Universities Network) nümayəndə heyətinin iştirakı ilə 10 mart 2023-cü il 15:00 tarixində III korpus, 4-cü mərtəbə, konfrans zalında "Böyük Çağırışlar Kontekstində İnşaat Mühəndisliyi - Mühəndislik Təhsilində Yeni Yanaşmalar" mövzusunda vorkşop keçiriləcək.
 
--------------------------------------------------------------------------------------------------------------------

12.10.2022

To the attention of the teachers teaching in English at the Faculty of Construction!
Application to Yildiz Technical University is open within the Erasmus + KA1 teacher and staff exchange program.
Staff Mobility for Teaching is for the academics from the relevant department. The selected academics are supposed to teach 8 hours at the relevant department of YTU.  
The grant for the staff is 140 Euro per day (7 days at most) and travel support which will be calculated by “Distance Calculator . Click for the details.
Staff mobility for Training is for the administrative staff from any department, especially international relations offices. The selected staff is supposed to attend the Staff Week which will be held by YTU IRO in Spring Semester. The details will be given later on.
The grant for the staff is 140 Euro per day (7 days at most) and travel support which will be calculated by “Distance Calculator . Click for the details.
 
Deadline: November 29, 2022
To apply to the program, please contact the International Relations Department of AzUAC.

Fakültə haqqında. Memarlıq fakültəsi öz köklü ənənələrinə görə universitetimizdə və memarlıq ixtisasını tədris edən digər ali məktəblər arasında həmişə seçilmişdir. Fakültə Memarlıq və dizayn ixtisasları üzrə bakalavr və magistr təhsili pilləsində mütəxəssislər hazırlayır. Fakültənin professor-müəllim heyətinin böyük əksəriyyəti memarlıq layihələndirilməsi- şəhərsalma, dizayn, abidələrin bərpası sahəsində respublikanın tanınmış mütəxəssisləri və alimləridir. Hal - hazırda fakültədə AMEA-nın 1 müxbir üzvü, 12 memarlıq doktoru, 17 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent öz dərin nəzəri və praktik biliklərini tələbələrimizlə paylaşır. Onlardan 2 nəfəri «Şöhrət» ordeni laureatı, 12 nəfəri respublikanın əməkdar memarı, 1 nəfəri isə Respublika Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülmüşdür.

Fakültənin 21 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent, baş müəllim və müəllim olmaqla 122 üzvü vardır.

Fakültədə təhsil. Fakültəyə daxil olmaq istəyən abituriyentlər qabiliyyət seçimindən sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul (test) imtahanlarında iştirak edir və universitetdə rəsm və rəsmxətdən qabiliyyət imtahanı verirlər.

Yaranma tarixi. Memarlıq fakültəsinin 90 ildən artıq yaşı vardır.

İlkin olaraq indiki Neft Akademiyasının nəzdindəki İnşaat fakültəsinin tərkibində Memarlıq bölməsi kimi mövcud olmuşdur. 1968-ci ildə inşaat fakültəsindən memarlıq bölməsinin ayrılması nəticəsində memarlıq fakültəsi yaradılmışdır. Memarlıq fakültəsində 2 istiqamətdə memarlıq və dizayn sahəsi üzrə tədris olunan fənlərin elmi-təcrübi fəaliyyətinin əsas məqsədi layihələndirmə prosesinin mənimsənilməsinə yönəldilmişdir. Fakültənin bakalaviatura, magistratura və doktorantura bölməsində hər bir istiqamətdə olan ixtisaslar üzrə kadr hazırlığı aparılır. Fakültəni bitirən mütəxəssislər memarlıq, şəhərsalma, ətraf mühitin dizaynı, tarixi abidələrin bərpası, dizayn və s. sahələrdə səmərəli fəaliyyət göstərirlər.