İctimaiyyətlə Əlaqələr və Marketinq mərkəzi

     İctimaiyyətlə Əlaqələr və Marketinq mərkəzi 2022-ci ildən Sosial məsələlər və İctimaiyyətlə Əlaqələr üzrə prorektorluğun nəzdində təsis olunub və öz fəaliyyətini Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi və AzMİU-nun Nizamnaməsinə əsasən tənzimləyir.
    Mərkəzin əsas iş prinsipi marketinq fəaliyyətini sistemli və vahid hədəf doğrultusunda həyata keçirərək, universitetin vizyonunu tamamlamaq, həm daxili, həm xarici bazarda tanınması prosesində yenidən brendləşmənin həyata keçirilməsini təmin etməkdir.Həmçinin təhsildə innovasiyaların yaradılması və beynəlxalq təcrübələrin öyrənib tətbiq olunması prosesində innovativ təlim metodlarından istifadənin genişləndirilməsini təşkil etməkdir.Bu prosesləri həyata keçirərkən araşdırma və analiz fəaliyyətlərini düzgün təşkil edərək işlərin sürətli və operativ şəkildə tənzimlənməsinə nail olmaqdadır.
       Mərkəz universitetin ictimaiyyətlə əlaqələrinin düzgün qurulmasını həyata keçirməklə, təşkil olunan tədbirlərdə KİV nümayəndələrinin iştirakını təmin etmək, ictimaiyyətin universitetdə görülən işlər və qarşıda duran hədəflərlə bağlı  məlumatlandırılmasını və universitet imicinin qorunmasını təmin etmək məqsədi ilə fəaliyyət göstərir. 

Mərkəzin fəaliyyət istiqamətləri aşağıdakılardır:

  •   Azmiu.edu.az saytının idarə edilməsi,azərbaycan, ingilis və rus dillərində olmaqla gündəlik xəbərlərin yenilənməsi;
  •  Universitetin rəsmi sosial şəbəkə hesablarının aktiv şəkildə  istifadə edilməsi; 
  •  Universitet daxilində  bölmələr arasında kommunikasiyanın yaxşılaşdırılması;
  •  Universitetdə görülən işlər və qarşıda duran planlarla bağlı müəllim heyəti və tələbələrin məlumatlandırılması;
  •  Tələbələrin sosial fəaliyyətinin artırılması məqsədilə təlimlər və seminarların təşkil olunması;
  •  Universitetin beynəlxalq arenada təbliğatını həyata keçirməklə əcnəbi tələbələrin universitetə cəlb olunması;
  •  Yerli və beynəlxalq tədqiqat proqramlarına iştirakın dəstəklənməsi ilə müraciətlərin sayının artırılması;
  • Tələbələrin sosial layihələrinin sayının və çeşidliliyinin artırılması və onların davamlılığının təmin edilməsi;
  • Reklam haqqında Azərbaycan Respublikasının qanununa əsasən universitet daxilində reklamların yerləşdirilməsi və reklam büdcəsinin formalaşdırılması;

Fakültə haqqında. Memarlıq fakültəsi öz köklü ənənələrinə görə universitetimizdə və memarlıq ixtisasını tədris edən digər ali məktəblər arasında həmişə seçilmişdir. Fakültə Memarlıq və dizayn ixtisasları üzrə bakalavr və magistr təhsili pilləsində mütəxəssislər hazırlayır. Fakültənin professor-müəllim heyətinin böyük əksəriyyəti memarlıq layihələndirilməsi- şəhərsalma, dizayn, abidələrin bərpası sahəsində respublikanın tanınmış mütəxəssisləri və alimləridir. Hal - hazırda fakültədə AMEA-nın 1 müxbir üzvü, 12 memarlıq doktoru, 17 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent öz dərin nəzəri və praktik biliklərini tələbələrimizlə paylaşır. Onlardan 2 nəfəri «Şöhrət» ordeni laureatı, 12 nəfəri respublikanın əməkdar memarı, 1 nəfəri isə Respublika Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülmüşdür.

Fakültənin 21 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent, baş müəllim və müəllim olmaqla 122 üzvü vardır.

Fakültədə təhsil. Fakültəyə daxil olmaq istəyən abituriyentlər qabiliyyət seçimindən sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul (test) imtahanlarında iştirak edir və universitetdə rəsm və rəsmxətdən qabiliyyət imtahanı verirlər.

Yaranma tarixi. Memarlıq fakültəsinin 90 ildən artıq yaşı vardır.

İlkin olaraq indiki Neft Akademiyasının nəzdindəki İnşaat fakültəsinin tərkibində Memarlıq bölməsi kimi mövcud olmuşdur. 1968-ci ildə inşaat fakültəsindən memarlıq bölməsinin ayrılması nəticəsində memarlıq fakültəsi yaradılmışdır. Memarlıq fakültəsində 2 istiqamətdə memarlıq və dizayn sahəsi üzrə tədris olunan fənlərin elmi-təcrübi fəaliyyətinin əsas məqsədi layihələndirmə prosesinin mənimsənilməsinə yönəldilmişdir. Fakültənin bakalaviatura, magistratura və doktorantura bölməsində hər bir istiqamətdə olan ixtisaslar üzrə kadr hazırlığı aparılır. Fakültəni bitirən mütəxəssislər memarlıq, şəhərsalma, ətraf mühitin dizaynı, tarixi abidələrin bərpası, dizayn və s. sahələrdə səmərəli fəaliyyət göstərirlər.