İxtisaslar
Bakalavr səviyyəsi üzrə (2024/25-ci tədris ili)
Memarlıq fakültəsi:
- Memarlıq (Az, En, Ru)
- Dizayn (Az, En, Ru)
- Şəhərsalma (Az, Ru)
İnşaat fakültəsi:
- İnşaat mühəndisliyi (Az, En, Ru)
- Materiallar mühəndisliyi (Az)
- Sənaye mühəndisliyi (Az)
Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsi:
- Kommunikasiya sistemləri mühəndisliyi (Az, En, Ru)
- Meliorasiya mühəndisliyi (Az, Ru)
- Ekologiya mühəndisliyi (Az, En)
- Elektrik və elektronika mühəndisliyi (Az)
- Neft-qaz mühəndisliyi (Az)
Nəqliyyat fakültəsi:
- Yer quruluşu və daşınmaz əmlakın kadastrı (Az)
- Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi (Az, En)
- Geomatika və geodeziya mühəndisliyi (Az)
- Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi (Az)
- Nəqliyyat mühəndisliyi (Az)
- Nəqliyyat tikintisi mühəndisliyi (Az)
Tikinti-iqtisad fakültəsi:
- İqtisadiyyat (Az) Qiyabi-Az
- Menecment (Az)
- Marketinq (Az, En)
- Biznesin idarə edilməsi (Az)
- Davamlı inkişafın idarə edilməsi (Az)
Mexanika və informasiya texnologiyaları fakültəsi:
- İnformasiya texnologiyaları (Az, En, Ru)
- Maşın mühəndisliyi (Az)
- Mexanika mühəndisliyi (Az)
- Proseslərin avtomatlaşdırılması mühəndisliyi (Az)
- İnformasiyaların təhlükəsizliyi (Az)
Bakalavr səviyyəsində təhsilini bitirən hər bir əcnəbi vətəndaş magistraturada təhsil ala bilər.
Bu halda namizəddən tədris dilinə uyğun beynəlxalq dil biliklərini təsdiq edən sertifikat (İELTS,TOEFL) və ya dil sertifikatı tələb olunur.
Bakalavr təhsilini xarici ölkələrdə almış əcnəbi vətəndaşlar üçün Təhsil Nazirliyi tərəfindən verilən ixtisas tanınması və ekvivalentliyinin müəyyən edilməsini təsdiq edən sənəd (nastrifikasiya) mütləqdir.
Magistratura səviyyəsi üzrə (2024/25-ci tədris ili)
- Şəhərsalma (Az)
- Memarlıq (Az, En, Ru)
- Dizayn (Az, Ru)
- İnşaat mühəndisliyi (Az, En, Ru)
- Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi (Az)
- Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi (Az, Ru)
- Mühəndis sistemlərinin və qurğularının tikintisi mühəndisliyi (Az)
- Ekologiya mühəndisliyi (Az, En)
- Neft-qaz qurğuları mühəndisliyi (Az)
- Elektrik mühəndisliyi (Az)
- Proseslərin avtomatlaşdırılması mühəndisliyi (Az)
- Nəqliyyat tikintisi mühəndisliyi (Az)
- Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi (Az)
- Geodeziya və xəritəçilik mühəndisliyi (Az)
- Yer quruluşu,torpaq və şəhər kadastrı (Az)
- Tikinti materialları və məmulatlarının texnologiyası mühəndisliyi (Az)
- Materialşünaslıq mühəndisliyi (Az)
- Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi (Az)
- Biznesin idarə edilməsi (Az)
- Menecment (Az)
- Sənayenin təşkili və idarə edilməsi (Az, En, Ru)
- Marketinq (Az)
- İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi (Az, En, Ru)
- Texnoloji maşın və avadanlıqlar mühəndisliyi (Az)
- Mexanika mühəndisliyi (Az)
Fakültə haqqında. Memarlıq fakültəsi öz köklü ənənələrinə görə universitetimizdə və memarlıq ixtisasını tədris edən digər ali məktəblər arasında həmişə seçilmişdir. Fakültə Memarlıq və dizayn ixtisasları üzrə bakalavr və magistr təhsili pilləsində mütəxəssislər hazırlayır. Fakültənin professor-müəllim heyətinin böyük əksəriyyəti memarlıq layihələndirilməsi- şəhərsalma, dizayn, abidələrin bərpası sahəsində respublikanın tanınmış mütəxəssisləri və alimləridir. Hal - hazırda fakültədə AMEA-nın 1 müxbir üzvü, 12 memarlıq doktoru, 17 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent öz dərin nəzəri və praktik biliklərini tələbələrimizlə paylaşır. Onlardan 2 nəfəri «Şöhrət» ordeni laureatı, 12 nəfəri respublikanın əməkdar memarı, 1 nəfəri isə Respublika Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülmüşdür.
Fakültənin 21 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent, baş müəllim və müəllim olmaqla 122 üzvü vardır.
Fakültədə təhsil. Fakültəyə daxil olmaq istəyən abituriyentlər qabiliyyət seçimindən sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul (test) imtahanlarında iştirak edir və universitetdə rəsm və rəsmxətdən qabiliyyət imtahanı verirlər.
Yaranma tarixi. Memarlıq fakültəsinin 90 ildən artıq yaşı vardır.
İlkin olaraq indiki Neft Akademiyasının nəzdindəki İnşaat fakültəsinin tərkibində Memarlıq bölməsi kimi mövcud olmuşdur. 1968-ci ildə inşaat fakültəsindən memarlıq bölməsinin ayrılması nəticəsində memarlıq fakültəsi yaradılmışdır. Memarlıq fakültəsində 2 istiqamətdə memarlıq və dizayn sahəsi üzrə tədris olunan fənlərin elmi-təcrübi fəaliyyətinin əsas məqsədi layihələndirmə prosesinin mənimsənilməsinə yönəldilmişdir. Fakültənin bakalaviatura, magistratura və doktorantura bölməsində hər bir istiqamətdə olan ixtisaslar üzrə kadr hazırlığı aparılır. Fakültəni bitirən mütəxəssislər memarlıq, şəhərsalma, ətraf mühitin dizaynı, tarixi abidələrin bərpası, dizayn və s. sahələrdə səmərəli fəaliyyət göstərirlər.