"Mühəndis mexanikası" jurnalı
Təsisçi- Azərbaycan Memarlıq və İnşaat Universiteti (Mexanika kafedrası)
Bölmələr- mexanika, riyaziyyat, fizika, inşaat konstruksiyaları, əsaslar və özüllər, tənqid və biblioqrafiya
Nəşr ili- 2020
Dövriliyi- ildə 4 dəfə
Dillər- Azərbaycan, rus və ingilis
Ünvan:Bakı-1073/1, A.Sultanova küç. 11
Tel: (+99412) 539-10-36
E-mail: [email protected]
Jurnalın nömrəsi | 1-2 | 3-4 |
Məqalələrin son təqdimetmə tarixi | aprel | oktyabr |
Jurnalın nəşr tarixi | iyun | noyabr |
*Qeyd. Mühəndis mexanikası jurnalı 2022-ci il üçün məqalələrin qəbulu artıq başlanılıb.Məqalələrinizi elektron ünvana göndərə bilərsiniz.
Jurnalın hədəf və məqsədləri
Beynəlxalq miqyaslı elmi-texniki jurnal kimi nəşr olunan bu jurnalda deformasiya olunan bərk cisimlər mexanikası, elastiklik və plastiklik nəzəriyyəsi, ümumi mexanika, inşaat mexanikası, materiallar müqaviməti, hidromexanika və aeromexanika sahəsində əvvəllər çap olunmamış və digər jurnallara göndərilməmiş məqalələr çap olunur. Belə ki, məqalələr aspirantların, elmi işçilərin apardıqları nəzəri və təcrübi tədqiqatların yeni nəticələrini ümumiləşdirən və aktual mövzuları əhatə edən materiallar olmalıdır. “Mühəndis mexanikası” jurnalı 23.07. 2019-cu il tarixdə Ədliyyə Nazirliyində qeydiyyata alınmışdır (reyestr № 4245 ).Jurnal CrossRef (ABŞ) beynəlxalq qediyyat agentliyinə daxildir.
Mühəndis mexanikası jurnalı №3-2023
Mühəndis mexanikası jurnalı №2-2023
Mühəndis mexanikası jurnalı №1-2023
Mühəndis mexanikası jurnalı №3-4(3)-2021
Mühəndis mexanikası jurnalı №1(1)-2021
Fakültə haqqında. Memarlıq fakültəsi öz köklü ənənələrinə görə universitetimizdə və memarlıq ixtisasını tədris edən digər ali məktəblər arasında həmişə seçilmişdir. Fakültə Memarlıq və dizayn ixtisasları üzrə bakalavr və magistr təhsili pilləsində mütəxəssislər hazırlayır. Fakültənin professor-müəllim heyətinin böyük əksəriyyəti memarlıq layihələndirilməsi- şəhərsalma, dizayn, abidələrin bərpası sahəsində respublikanın tanınmış mütəxəssisləri və alimləridir. Hal - hazırda fakültədə AMEA-nın 1 müxbir üzvü, 12 memarlıq doktoru, 17 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent öz dərin nəzəri və praktik biliklərini tələbələrimizlə paylaşır. Onlardan 2 nəfəri «Şöhrət» ordeni laureatı, 12 nəfəri respublikanın əməkdar memarı, 1 nəfəri isə Respublika Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülmüşdür.
Fakültənin 21 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent, baş müəllim və müəllim olmaqla 122 üzvü vardır.
Fakültədə təhsil. Fakültəyə daxil olmaq istəyən abituriyentlər qabiliyyət seçimindən sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul (test) imtahanlarında iştirak edir və universitetdə rəsm və rəsmxətdən qabiliyyət imtahanı verirlər.
Yaranma tarixi. Memarlıq fakültəsinin 90 ildən artıq yaşı vardır.
İlkin olaraq indiki Neft Akademiyasının nəzdindəki İnşaat fakültəsinin tərkibində Memarlıq bölməsi kimi mövcud olmuşdur. 1968-ci ildə inşaat fakültəsindən memarlıq bölməsinin ayrılması nəticəsində memarlıq fakültəsi yaradılmışdır. Memarlıq fakültəsində 2 istiqamətdə memarlıq və dizayn sahəsi üzrə tədris olunan fənlərin elmi-təcrübi fəaliyyətinin əsas məqsədi layihələndirmə prosesinin mənimsənilməsinə yönəldilmişdir. Fakültənin bakalaviatura, magistratura və doktorantura bölməsində hər bir istiqamətdə olan ixtisaslar üzrə kadr hazırlığı aparılır. Fakültəni bitirən mütəxəssislər memarlıq, şəhərsalma, ətraf mühitin dizaynı, tarixi abidələrin bərpası, dizayn və s. sahələrdə səmərəli fəaliyyət göstərirlər.