Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi
METROLOGİYA, STANDARTLAŞDIRMA VƏ SERTİFİKASİYA MÜHƏNDİSLİYİ İXTİSASININ TƏSVİRİ
Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi ixtisası üzrə magistr təhsili alan tələbələr, istehsalatda, elmi-tətqiqatda, standartlaşdırma və sertifikatlaşdırma mərkəzlərində, cihazların və avadanlıqların yoxlanılması laboratoriyalarında, sınaq laboratoriyalarında, məhsulların ekspertizası orqanlarında məhsulun keyfiyyətinə nəzarət kimi təcrübələr qazanırlar.
Tələbələrin işə düzəlmə əmsalı çox yüksəkdir. Belə ki, meterologiya standartlaşdırma və sertifikasiya mühəndisliyi ixtisasın tətbiq sahələrinə məhdudiyyət olmadığından və tələbələrin yaxşı nəzəri və praktiki biliklərə malik olmaları səbəbindən onlar tələbəlik illərindən öz gələcək kariyeralarını qurmağa nail olurlar.