Məzunlarımız

Ümumi məlumat

Azərbaycan Memarlıq və İnşaat Universitetinin həyata keçirdiyi təhsil siyasətinin əsas istiqamətlərindən biri məzunlarla işin həyata keçirilməsidir. Bu istiqamət təhsildə yüksək keyfiyyətin təmin olunması, mövcud boşluqların müəyyən edilməsi, güclü tərəflərin daha da inkişaf etdirilməsi üçün təhlillərin və statistik araşdırmaların aparılması üşün mühüm əhmiyyət kəsb etməkdədir.

Tələbələrin universiteti bitirdikdən sonrakı peşəkar fəaliyyəti daim AzMİU-nun diqqət mərkəzində olan məsələlərdəndir. 

Məzunlarla işin təşkil edilməsində, məzun şəbəkəsinin yaradılması xüsusi önəm kəsb edir. Məzun şəbəkəsi məzunlarla universitet arasında bağların daimi olması üçün bir vasitədir. AzMİU-nun məzun şəbəkəsi onlarla əlaqə qurmaq və qarşılıqlı əməkdaşlığı təmin etmək üçün mühüm yoldur. Həmçinin şəbəkə vasitəsilə məzunlar iş əlaqələri qura, görüşlər təşkil edə və universitet həyatına birbaşa cəlb oluna bilərlər.

AzMİU məzun şəbəkəsi yaradılarkən məzunlar haqqında hazırlanmış məlumat bazasındakı məlumatlardan istifadə edilir. Sözügedən bazada məzunun ad, soyad, ata adı, məzun olduğu ixtisas və il, əlaqə vasitələri, məşğulluq vəziyyəti haqqında məlumatlar öz əksini tapır.

Məzun bazasının hazırlanmasında əsas məqsədlər aşağıdakılardır:

  • Məzunların AzMİU ilə əlaqələrinin möhkəmləndirilməsi;

  • Məzunlarla iş prosesinin reallaşdırılması (onların universitetə dəvət olunması, tələbələrlə görüşlərin keçirilməsi, müxtəlif yönümlü və müxtəlif miqyaslı tədbirlərin keçirilməsi və s.);

  • Məzunların məşğulluq vəziyyətinin müəyyən edilməsi;

  • İşsiz olan məzunların ixtisas yönümlü karyera imkanlarının dəstəklənməsi;

  • Onların AzMİU-nun fəaliyyətinə dəstək verməsi;

  • Məzunların karyera uğurları haqqında məlumatların toplanılması və təbliğ edilməsi.

Fakültə haqqında. Memarlıq fakültəsi öz köklü ənənələrinə görə universitetimizdə və memarlıq ixtisasını tədris edən digər ali məktəblər arasında həmişə seçilmişdir. Fakültə Memarlıq və dizayn ixtisasları üzrə bakalavr və magistr təhsili pilləsində mütəxəssislər hazırlayır. Fakültənin professor-müəllim heyətinin böyük əksəriyyəti memarlıq layihələndirilməsi- şəhərsalma, dizayn, abidələrin bərpası sahəsində respublikanın tanınmış mütəxəssisləri və alimləridir. Hal - hazırda fakültədə AMEA-nın 1 müxbir üzvü, 12 memarlıq doktoru, 17 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent öz dərin nəzəri və praktik biliklərini tələbələrimizlə paylaşır. Onlardan 2 nəfəri «Şöhrət» ordeni laureatı, 12 nəfəri respublikanın əməkdar memarı, 1 nəfəri isə Respublika Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülmüşdür.

Fakültənin 21 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent, baş müəllim və müəllim olmaqla 122 üzvü vardır.

Fakültədə təhsil. Fakültəyə daxil olmaq istəyən abituriyentlər qabiliyyət seçimindən sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul (test) imtahanlarında iştirak edir və universitetdə rəsm və rəsmxətdən qabiliyyət imtahanı verirlər.

Yaranma tarixi. Memarlıq fakültəsinin 90 ildən artıq yaşı vardır.

İlkin olaraq indiki Neft Akademiyasının nəzdindəki İnşaat fakültəsinin tərkibində Memarlıq bölməsi kimi mövcud olmuşdur. 1968-ci ildə inşaat fakültəsindən memarlıq bölməsinin ayrılması nəticəsində memarlıq fakültəsi yaradılmışdır. Memarlıq fakültəsində 2 istiqamətdə memarlıq və dizayn sahəsi üzrə tədris olunan fənlərin elmi-təcrübi fəaliyyətinin əsas məqsədi layihələndirmə prosesinin mənimsənilməsinə yönəldilmişdir. Fakültənin bakalaviatura, magistratura və doktorantura bölməsində hər bir istiqamətdə olan ixtisaslar üzrə kadr hazırlığı aparılır. Fakültəni bitirən mütəxəssislər memarlıq, şəhərsalma, ətraf mühitin dizaynı, tarixi abidələrin bərpası, dizayn və s. sahələrdə səmərəli fəaliyyət göstərirlər.