Vakansiyalar

Vakansiyalar

"TITAN GROUP LTD"

Şirkət:"TITAN GROUP LTD"
Şöbə: Satış üzrə təcrübəçi (Sənayə və Soyutma avadanlıqları sahəsi üzrə)
Vəzifə öhdəlikləri:
  • Mövcud müştəri bazası ilə işləmə;
  • Müştəri bazasının inkişafı və yeni müştərilərlə işləmə;
  • Şirkət məhsullarının aktiv satışı;
  • Sifarişlərin qəbulu və emalı, texniki-kommersiya təkliflərinin hazırlanması;
  • Soyuducu sistemlərin və qurğuların istifadəsi ilə bağlı müştərilərə texniki məsləhətin verilməsi;
  • ERP proqramında kommersiya təkliflərinin işlənməsi;
  • Bütün kommersiya məsələlərinin işlənməsi (malın tədarükü şərtləri, tədarükə nəzarət, borcun ödənilməsi və s.);
  • Müvafiq şöbədən daxil olan tapşırıqların yerinə yetirilməsi;
  • Həftəlik hesabatların hazırlanması və müvafiq şöbəyə təqdim edilməsi.
Namizədə tələblər:
  • Ali təhsil (texniki sahə üzrə);
  • Microsoft Office (Word, Excel, Power Point, Outlook)
  • AutoCAD, Solidworks üzrə işləmə bacarığı arzuolunandır;
  • ERP proqramında iş təcrübəsi;
  • Azərbaycan və Rus dili (yazılı və şifahi sərbəst ünsiyyət), İngilis dili biliyi arzuolunandır.
İş qrafiki:
  • İş yeri: TITAN Group İstehsalat Birliyi, Binə, Zığ şössesi
  • İş vaxtı: 08:00-17:00
3 aylıq Təcrübə proqramını uğurla bitirən namizədlər, komandamıza rəsmi olaraq işə qəbul ediləcəkdir. Təcrübə proqramı müddətində namizədlərə ERP proqram təminatı, iş prinsipi və s. tədris olunacaq.
 
Uyğun olan namizədlər öz CV-lərini mövzu hissəsində “Satış üzrə təcrübəçi (Sənayə və Soyutma avadanlıqları sahəsi üzrə)” qeyd etməklə [email protected] mailinə  göndərə bilərlər.

"TITAN GROUP LTD"

Şirkət:"TITAN GROUP LTD" 
Vakansiyanın adı: Satışın Təşkili Departamentinə - Təcrübəçi
Namizədə olan fərdi tələblər:
  • Ali təhsilli (texniki, iqtisadi),
  • Universiteti bitirmiş və ya son kursda olan iş tapa bilməyən amma işləmək istəyən
  • Təşəbbüskar, aktiv və məqsədyönlü;
  • Fikrini sərbəst şəkildə çatdıra bilən;
  • Utanmaqdan çox ünsiyyət qurmağı xoşlayan;
  • İnternet üzərindən araşdırmağa həvəsli;
  • Gələcək karyerasını satış sahəsində görmək istəyən;
  • Riyazi-analitik düşünməyə malik olan.
 Vəzifə öhdəlikləri:
  • Bazar araşdırmasını həyata keçirmək;
  • Potensial müştəriləri axtarmaq;
  • Müştərilərə, məhsulların texniki xüsusiyyətləri barədə məlumatları düzgün çatdırmaq;
  • İstehsal prossesi ilə yaxından tanış olaraq bilgiləri yeniləmək;
  • Müştəri bazasının dövrü hesablatlarını hazırlamaq;
  • Müdriyyətin digər tapşırıqlarını vaxtlı vaxtında həyata keçirmək.
Tələb olunan bilik və bacarıqlar:
  • Word, Excel, Power Point-də işləmə bacarığı
  • Ünsiyyət qurmaqdan çəkinməmək
  • Linkedin sosial şəbəkəsində işləmə bacarığı
  • Azərbaycan dilində səlis nitq bacarığı
  • Rus və İngilis dili biliyi arzuolunandır.
İş şərtləri:
09:00-18:00 (Bazar ertəsi – Cümə)
3 aylıq Təcrübə proqramını uğurla bitirən namizədlər, komandamıza rəsmi olaraq işə qəbul ediləcəkdir. Təcrübə proqramı müddətində namizədlərə ERP proqram təminatı, iş prinsipi və s. tədris olunacaq.
Uyğun olan namizədlərin, öz CV-lərini mövzu hissəsinə “Satışın Təşkili Departamentinə - Təcrübəçi” qeyd etməklə [email protected] mailinə göndərmələri xahiş olunur.

"TITAN Group LTD"

Şirkət:"TITAN GROUP LTD" 

Vakansiyanın adı: ERP üzrə təcrübəçi
Vəzifə öhdəlikləri:
  • ERP proqramlarında işləmə, modul yazma və dəstək;
  • Proqram modullarının xidmət sahələrinə tətbiqi;
  • Digər struktur bölmələr ilə sorğuların aparılması və ehtiyacların müəyyən olunması;
  • ERP proqramının tətbiqi ilə bağlı görüşlərdə iştirak etmək və yaranan məsələlərin həll olunmasında  köməkliyin göstərilməsi;
Yaranan problemlərin tez bir zamanda həll olunması; 
  • Müvafiq şöbədən daxil olan tapşırıqların yerinə yetirilməsi;
  • Həftəlik, aylıq və rüblük idarəetmə hesabatlarının hazırlanması;
  • ERP-də prosseslərin avtomatlaşdırılması üçün hədəflərin təyin edilməsi;
  • Nəzarət mühitinin və sisteminin təkmilləşdirilməsində iştirak.
Namizədə tələblər:
  • İqtisadiyyat, Riyaziyyat, Kompüter elmləri sahəsində ali təhsil;
  • MS Office, Excel - üstün səviyyədə;
  • Güclü analitik təhlil qabiliyyətinə və riyazi düşüncəyə malik olması;
  • Dəqiq, məsuliyyətli və punktual olmaq, detallara önəm verə bilmək;
  • 3 və ya 4-cü kurs tələbələri və yeni məzunlar.
İş qrafiki:
09:00-18:00; (Bazar ertəsi – Cümə)
3 aylıq Təcrübə proqramını uğurla bitirən namizədlər, komandamıza rəsmi olaraq işə qəbul ediləcəkdir. Təcrübə proqramı müddətində namizədlərə ERP proqram təminatı, iş prinsipi və s. tədris olunacaq.
Uyğun olan namizədlər öz CV-lərini mövzu hissəsində “ERP üzrə təcrübəçi” qeyd etməklə [email protected] mailinə  göndərə bilərlər.

“Zenon” MMC şirkəti 

Şirkət: “Zenon“ MMC
Region: Bakı
Vəzifə: Memar
 
Tələblər:
• Təhsil: müvafiq ixtisas üzrə təhsil alan tələbə və məzunlar;
• İş təcrübəsi : tələb olunmur;
• Dil biliyi: Azərbaycan dili, ingilis dil biliyinin olması arzulanandır;
• AutoCad, Archi Cad, 3dMax proqramlarında işləmək bacarığı;
• Yaradıcılıq və müasir dizayn tendensiyaları üzrə biliklər.

Vəzifə öhdəlikləri:
• Eskiz və layihələrin yüksək keyfiyyətli təsvirlərinin hazırlanması;
• Layihə  işlərinin seçilmiş üsluba uyğun olaraq müəyyən edilmiş vaxtda icrasını təmin edilməsi;
• Verilmiş təlimatlar əsasında layihəni zamanında yüksək keyfiyyətlə həyata keçirmək.
 
İş şəraiti:
• Əmək haqqı: 400 AZN başlayaraq namizədə görə dəyişə bilər
• İş qrafiki: Tam iş qrafiki

Müraciət etmək istəyən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Memar” qeyd etməklə [email protected] elektron ünvanına göndərmələri xahiş olunur. CV faylı ilə birgə Portfolio mütləqdir.

Müraciətin son tarixi: 03.11.2021

Azərbaycan Texnologiya Universiteti

Müəssisə: Azərbaycan Texnologiya Universiteti
Region: Gəncə və Bərdə
Vəzifə: Müəllim

Tələblər:
- İxtisas üzrə magistr və ya bakalavr diplomu;
- Səlis Azərbaycan dili biliyi, İngilis dili biliyi arzuolunandır;
- Ofis proqramlarında (xüsusilə Microsoft Word, Excel və Power Point) sərbəst işləmə bacarığı;
- Təşkilati və yüksək səviyyəli ünsiyyət bacarıqları;
- Müsbət iş mühiti yarada bilmək bacarığı;
- Rəhbərlik tərəfindən təyin edilmiş, universitetin inkişaf ilə bağlı digər vəzifələri yerinə yetirməsi.

Əlavə məlumat:
Yüksək əmək haqqı və rəsmi əmək müqaviləsi ilə işləmək imkanı.
 
Maraqlanan namizədlər mövzu hissəsində “Müəllim” yazaraq [email protected] elektron poçt ünvanına CV göndərməklə müraciət edə bilərlər.

Müəllim qəbulu, aşağıda qeyd olunan ixtisaslar üzrə aparılacaq.
 
Fakültə haqqında. Memarlıq fakültəsi öz köklü ənənələrinə görə universitetimizdə və memarlıq ixtisasını tədris edən digər ali məktəblər arasında həmişə seçilmişdir. Fakültə Memarlıq və dizayn ixtisasları üzrə bakalavr və magistr təhsili pilləsində mütəxəssislər hazırlayır. Fakültənin professor-müəllim heyətinin böyük əksəriyyəti memarlıq layihələndirilməsi- şəhərsalma, dizayn, abidələrin bərpası sahəsində respublikanın tanınmış mütəxəssisləri və alimləridir. Hal - hazırda fakültədə AMEA-nın 1 müxbir üzvü, 12 memarlıq doktoru, 17 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent öz dərin nəzəri və praktik biliklərini tələbələrimizlə paylaşır. Onlardan 2 nəfəri «Şöhrət» ordeni laureatı, 12 nəfəri respublikanın əməkdar memarı, 1 nəfəri isə Respublika Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülmüşdür.

Fakültənin 21 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent, baş müəllim və müəllim olmaqla 122 üzvü vardır.

Fakültədə təhsil. Fakültəyə daxil olmaq istəyən abituriyentlər qabiliyyət seçimindən sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul (test) imtahanlarında iştirak edir və universitetdə rəsm və rəsmxətdən qabiliyyət imtahanı verirlər.

Yaranma tarixi. Memarlıq fakültəsinin 90 ildən artıq yaşı vardır.

İlkin olaraq indiki Neft Akademiyasının nəzdindəki İnşaat fakültəsinin tərkibində Memarlıq bölməsi kimi mövcud olmuşdur. 1968-ci ildə inşaat fakültəsindən memarlıq bölməsinin ayrılması nəticəsində memarlıq fakültəsi yaradılmışdır. Memarlıq fakültəsində 2 istiqamətdə memarlıq və dizayn sahəsi üzrə tədris olunan fənlərin elmi-təcrübi fəaliyyətinin əsas məqsədi layihələndirmə prosesinin mənimsənilməsinə yönəldilmişdir. Fakültənin bakalaviatura, magistratura və doktorantura bölməsində hər bir istiqamətdə olan ixtisaslar üzrə kadr hazırlığı aparılır. Fakültəni bitirən mütəxəssislər memarlıq, şəhərsalma, ətraf mühitin dizaynı, tarixi abidələrin bərpası, dizayn və s. sahələrdə səmərəli fəaliyyət göstərirlər.