Elanlar

Elanlar

IV kurs tələbələrinin nəzərinə! 

Tədris planına müvafiq olaraq AzMİU-nun sonuncu kurs tələbələri VIII semestrdə 14 həftəlik istehsalat təcrübəsinə göndəriləcəkdir. Tələbələr universitet tərəfindən göndərilən təcrübə yerlərindən əlavə, işlədiyi və ya təcrübə keçmək istədiyi müəssisələrdən məktub gətirərək, istehsalat təcrübələrini həmin müəssisədə keçmək imkanını əldə edə bilərlər. Bunun üçün müəssisə tərəfindən universitetə təqdim olunan məktubu Təcrübə və Karyera Mərkəzinə təqdim edilməsi zəruridir. Yalnız aşağıdakı tələblərə cavab verilən məktublar qəbul ediləcəkdir:
 
Müəssisənin fəaliyyət sahəsi (şirkət, təşkilat) mütləq şəkildə tələbənin təhsil aldığı ixtisasa uyğun olmalıdır.

Obyekt tipli və ya müvəqqəti fəaliyyət göstərən kiçik müəssisələrdə istehsalat təcrübəsinin keçirilməsinə icazə verilmir.

Məktub rəsmi blankda, müəssisənin rəhbərliyi tərəfindən imzalanmış şəkildə, universitetin rektoruna müraciət formasında yazılmalıdır.  (Məktub mütləq şəkildə nömrələnməlidir).

Müəssisə haqqında qısa məlumat, tələbənin adı, soyadı, qrup nömrəsi və tam olaraq təcrübə keçəcəyi şöbə (və ya layihənin adı) qeyd edilməlidir.

Müəssisənin əlaqə nömrəsi, ünvanı dəqiq qeyd edilməlidir.

Məktubların son qəbul tarixi: 27.12.2021

Əlavə məlumat üçün “Təcrübə və karyera” Mərkəzinə yaxınlaşa bilərsiniz. I №-li tədris binası, 4-cü mərtəbə, 403 otaq.

Əlaqə: (012) 5392695 

II kurs magistrantların nəzərinə!

Tədris planına müvafiq olaraq AzMİU-da təhsil alan II-ci kurs magistrantları sonuncu semestrdə 8 həftəlik Elmi-tədqiqat və Elmi-pedaqoji təcrübələrinə göndəriləcəkdir.

Magistrant universitetin təyin etdiyi elmi-tədqiqat müəssisələrindən savayı, istədiyi tədqiqat müəssisəsində təcrübə keçmək imkanını yalnız, həmin müəssisədə elmi-tədqiqat laboratoriyası olduğu halda əldə edə bilər. 

Bunun üçün müəssisə tərəfindən universitetə təqdim olunan məktubu Təcrübə və Karyera Mərkəzinə təqdim edilməsi zəruridir. Yalnız aşağıdakı tələblərə cavab verilən məktublar qəbul ediləcəkdir:

Müəssisə magistrantın təhsil aldığı ixtisasa uyğun olmalıdır.

Məktub rəsmi blankda, müəssisənin rəhbərliyi tərəfindən imzalanmış şəkildə, universitetin rektoruna müraciət formasında yazılmalıdır.

Məktub mütləq şəkildə nömrələnməlidir.

Məktubda magistrantın adı, soyadı, qrup nömrəsi və təcrübə keçəcəyi elmi-tədqiqat laboratoriyasının adı tam qeyd edilməlidir.

Müəssisənin əlaqə nömrəsi, ünvanı məktubun üzərində dəqiq qeyd edilməlidir.

Məktubların son qəbul tarixi:

1) Pilot təcrübə proqramı çərçivəsində yönləndiriləcək magistrantlar üçün: 08.10.2021

2) Ənənəvi təcrübə proqramı çərçivəsində yönləndiriləcək magistrantlar üçün: 27.12.2021

Əlavə məlumat üçün “Təcrübə və karyera” Mərkəzinə yaxınlaşa bilərsiniz. I №-li tədris binası, 4-cü mərtəbə, 403 otaq.

Əlaqə: (012) 5392695 

Fakültə haqqında. Memarlıq fakültəsi öz köklü ənənələrinə görə universitetimizdə və memarlıq ixtisasını tədris edən digər ali məktəblər arasında həmişə seçilmişdir. Fakültə Memarlıq və dizayn ixtisasları üzrə bakalavr və magistr təhsili pilləsində mütəxəssislər hazırlayır. Fakültənin professor-müəllim heyətinin böyük əksəriyyəti memarlıq layihələndirilməsi- şəhərsalma, dizayn, abidələrin bərpası sahəsində respublikanın tanınmış mütəxəssisləri və alimləridir. Hal - hazırda fakültədə AMEA-nın 1 müxbir üzvü, 12 memarlıq doktoru, 17 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent öz dərin nəzəri və praktik biliklərini tələbələrimizlə paylaşır. Onlardan 2 nəfəri «Şöhrət» ordeni laureatı, 12 nəfəri respublikanın əməkdar memarı, 1 nəfəri isə Respublika Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülmüşdür.

Fakültənin 21 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent, baş müəllim və müəllim olmaqla 122 üzvü vardır.

Fakültədə təhsil. Fakültəyə daxil olmaq istəyən abituriyentlər qabiliyyət seçimindən sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul (test) imtahanlarında iştirak edir və universitetdə rəsm və rəsmxətdən qabiliyyət imtahanı verirlər.

Yaranma tarixi. Memarlıq fakültəsinin 90 ildən artıq yaşı vardır.

İlkin olaraq indiki Neft Akademiyasının nəzdindəki İnşaat fakültəsinin tərkibində Memarlıq bölməsi kimi mövcud olmuşdur. 1968-ci ildə inşaat fakültəsindən memarlıq bölməsinin ayrılması nəticəsində memarlıq fakültəsi yaradılmışdır. Memarlıq fakültəsində 2 istiqamətdə memarlıq və dizayn sahəsi üzrə tədris olunan fənlərin elmi-təcrübi fəaliyyətinin əsas məqsədi layihələndirmə prosesinin mənimsənilməsinə yönəldilmişdir. Fakültənin bakalaviatura, magistratura və doktorantura bölməsində hər bir istiqamətdə olan ixtisaslar üzrə kadr hazırlığı aparılır. Fakültəni bitirən mütəxəssislər memarlıq, şəhərsalma, ətraf mühitin dizaynı, tarixi abidələrin bərpası, dizayn və s. sahələrdə səmərəli fəaliyyət göstərirlər.