Tikinti materialları və məmulatlarının texnologiyası mühəndisliyi
TİKİNTİ MATERİALLARI VƏ MƏMULATLARININ TEXNOLOGİYASI MÜHƏNDİSLİYİ İXTİSASININ TƏSVİRİ
Hər dövrün texnologiyası və müəyyən mənada sivilizasiyası o dövrdə istifadə olunan materiallarla məhdudlaşırdı. Tarixdən əvvəlki daş, mis, tunc və dəmir dövrlərini misal göstərmək olar. Materiallar sahəsindəki inkişaflardan asılı olaraq texnologiyada irəliləyişlər edilmişdir. Tarix boyu bəşəriyyət hər zaman daha davamlı, daha funksional, daha yeni, bir sözlə üstün alət və avadanlıqlara sahib olmağa çalışmışdır. İnsanlar tarix boyu yeni materiallar axtarışında olmuş və sahib olduqları materialları inkişaf etdirməyə çalışmışlar. Bu gün material sahəsində əsas tədqiqatlar həm yeni nəsil materialların, həm də onların müxtəlif biotibbi, elektrik-elektron, aerokosmik, avtomobil, müdafiə sənayesi və s. tətbiqinə diqqət yetirmişdir.