Yer quruluşu, torpaq və şəhər kadastrı
YER QURULUŞU, TORPAQ VƏ ŞƏHƏR KADASTRI İXTİSASININ TƏSVİRİ
Torpaq idarəçiliyi anlayışını daha yaxşı başa düşmək üçün ilk növbədə torpaq anlayışı müzakirə olunmaqdadır. Torpaq idarəçiliyi, getdikcə artan əhalini dəstəkləyəcək və torpaq ehtiyatlarından səmərəli istifadəni təmin edəcək bir sistem ağla gəlməlidir. Təbii mühitin pozulmasının qarşısını almaq üçün yeni yaşayış məskənlərinin yaradılması, su hövzələrinin və bataqlıq ərazilərin mühafizəsi, sosial və texniki infrastruktur sahələrinin inkişaf etdirilməsi vacib amillərdəndir.
Kadastr universal bir anlayış olub, bütün növ torpaq və əmlak yerlərinin, ərazilərin, sərhədlərin, dəyərlərin rəsmi xəritələşdirilməsi və sistematik şəkildə qeyd edilməsi işi kimi müəyyən edilir. «Kadastr» sözünün mənası rəsmi orqanların tərtib etdiyi siyahi, reyestr (cədvəl) deməkdir.
Şəhər cəmiyyətin həyatında çoxplanlı sosial orqanizm kimi, mürəkkəb iqtisadi- coğrafi, memarlıq və mühəndis tikinti, həmçinin mədəni kompleks kimi çıxış edir.
Yer quruluşu, torpaq və şəhər kadastrı ixtisası üzrə magistr təhsili alan tələbələr, layihələrin yazılması, xəritəçəkmə, ekspermental tətqiqatlar (torpaq və şəhər kadastrı, torpaq manitorinqi, torpaq qiymətləndirilməsi üzrə elmi tətqiqat işləri aparılması və təşkili), kadastr məlumat sistemlərinin yaradılməsı və tətbiqi kimi bacarıqlara yiyələnməktədirlər.