Proseslərin avtomatlaşdırılması mühəndisliyi

Tədris planı

Təhsil proqramı

“Proseslərin avtomatlaşdıırlması mühəndisliyi” iхtisası üzrə bakalavr səviyyəsində mütəхəssis hazırlanır və оnun daхilində “Texnoloji proseslərin avtomatlaşdırılması və idarə edilməsi” iхtisaslaşması üzrə magistr hazırlığı yеrinə yеtirilir.

   Hər bir şirkət biznesin təşkili, istehsalı və şirkətin gəlirini artırmaq, bununla belə xərcləri azaltmaq üçün mütəmadi olaraq həllər axtarır. Proseslərin avtomatlaşdırılması mühəndisi məhz bununla məşğul olur. Tələbələr məhsulun keyfiyyətini qiymətləndirməyi, konstruktor sənədlərini hazırlamağı, avtomatlaşdırılmış sistemlərin proqram kompleksini layihələşdirməyi, vəsait və məhsulun sertifikatlaşdırılmasını aparmağı və s. öyrənirlər. Proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrası, istehsal proseslərinin avtomatlaşdırılması üçün istifadə olunan metod və vasitələrin layihələndirilməsi, yaradılması və istismarı ilə məşğul olan mütəxəssislər hazırlayır. İstehsal sahələrinin avtomatlaşdırılması, kompüter və informasiya texnologiyaları, idarəetmə nəzəriyyəsi, mikroprosessor texnikası, proqramlaşdırılabilən məntiqi kontroller, SCADA, elektronika, ölçmə texnikası, insturmental cihazların layihələndirilməsi müxtəlif sahələrdə əldə edilmiş nailiyyətlərdə istifadə edilir.Proseslərin avtomatlaşdırılması mühəndisliyi mühəndislik və informasiyanın idarə olunmasının birləşməsindən  ibarət elm sahəsidir.Belə ki,müxtəlif sistemlər hər istiqamətdə:istehsal xərci,məhsulların keyfiyyəti,iş təhlükəsizliyi ətraf mühit və bazar tələblərinə cavab eləcə də sənaye inzibatçılığı və idarəçiliyi kimi effektiv işləyə bilər.Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə təhsilini başa vurmuş tələbələr avtomatlaşdırılmış sistemlərin idarəsi mühəndisliyi,avtomatlaşdırılmış sistemlərin idarəsi mühəndisliyi, avtomatlaşdırılmış sistemlərin konstruktoru, istehsal proseslərinin mexanikləşdirilməsi və optimallaşdırılması mühəndisliyi, proqramçı, avtomatlaşdırılmış idarə sistemlərini işləyib-hazırlayan və s. Kimi vəzifələrdə çalışa bilər.

İxtisasın tarixi

    Avtomatlaşdırma termini ilk dəfə 1946-cı ildə avtomobil sənayesində mexanikləşdirilmiş istehsal xətlərinin və avtomat qurğuları idarəsində işlənmişdir. Bu termin Ford Avtomobil şirkətinin mühəndisi D.S.Harder ilə bağlıdır.

İxtisasın gələcəyi

   Təlim prosesində universitetlər, fəaliyyəti dizayn və tədqiqat üçün innovativ proqram vasitələrinin inkişafı ilə əlaqəli olan mütəxəsisslər hazırlayır. Gələcək məzunların vəzifələri istehsal proseslərinin avtomatlaşdırılması üçün yeni idarəetmə sistemlərinin və proqramlarının işlənib hazırlanmasını da əhatə edəcəkdir.

Fakültə haqqında. Memarlıq fakültəsi öz köklü ənənələrinə görə universitetimizdə və memarlıq ixtisasını tədris edən digər ali məktəblər arasında həmişə seçilmişdir. Fakültə Memarlıq və dizayn ixtisasları üzrə bakalavr və magistr təhsili pilləsində mütəxəssislər hazırlayır. Fakültənin professor-müəllim heyətinin böyük əksəriyyəti memarlıq layihələndirilməsi- şəhərsalma, dizayn, abidələrin bərpası sahəsində respublikanın tanınmış mütəxəssisləri və alimləridir. Hal - hazırda fakültədə AMEA-nın 1 müxbir üzvü, 12 memarlıq doktoru, 17 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent öz dərin nəzəri və praktik biliklərini tələbələrimizlə paylaşır. Onlardan 2 nəfəri «Şöhrət» ordeni laureatı, 12 nəfəri respublikanın əməkdar memarı, 1 nəfəri isə Respublika Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülmüşdür.

Fakültənin 21 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent, baş müəllim və müəllim olmaqla 122 üzvü vardır.

Fakültədə təhsil. Fakültəyə daxil olmaq istəyən abituriyentlər qabiliyyət seçimindən sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul (test) imtahanlarında iştirak edir və universitetdə rəsm və rəsmxətdən qabiliyyət imtahanı verirlər.

Yaranma tarixi. Memarlıq fakültəsinin 90 ildən artıq yaşı vardır.

İlkin olaraq indiki Neft Akademiyasının nəzdindəki İnşaat fakültəsinin tərkibində Memarlıq bölməsi kimi mövcud olmuşdur. 1968-ci ildə inşaat fakültəsindən memarlıq bölməsinin ayrılması nəticəsində memarlıq fakültəsi yaradılmışdır. Memarlıq fakültəsində 2 istiqamətdə memarlıq və dizayn sahəsi üzrə tədris olunan fənlərin elmi-təcrübi fəaliyyətinin əsas məqsədi layihələndirmə prosesinin mənimsənilməsinə yönəldilmişdir. Fakültənin bakalaviatura, magistratura və doktorantura bölməsində hər bir istiqamətdə olan ixtisaslar üzrə kadr hazırlığı aparılır. Fakültəni bitirən mütəxəssislər memarlıq, şəhərsalma, ətraf mühitin dizaynı, tarixi abidələrin bərpası, dizayn və s. sahələrdə səmərəli fəaliyyət göstərirlər.